Lənkəran şəhər icra hakimiyyətinin başçısı Taleh Qaraşov - Dövlət müstəqilliyimizin bərpasından sonra Ümummilli lider Heydər Əliyevin apardığı uğurlu siyasət nəticəsində ölkəmiz sürətli inkişaf dinamikası ilə irəliləyərək öz potensial gücünü artırmış, dünyanın inkişaf etmiş, güclü dövlətləri sırasına daxil olmuşdur. Ölkəmiz təkcə iqtisadi gücünü deyil, siyasi və hərbi gücünü də xeyli artırmışdır. Ölkədə bütün sahələrin inkişafına yönələn siyasi xətt, əsas problem olan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə köklənmişdir. Ümummilli lider Heydər Əliyev gələcəyimiz təminaçısı olan gənclərimizi düşünərək onların müharibənin yaratdığı çətin vəziyyətdə yaşamamaları üçün Dağlıq Qarabağ məsələsinin həllində sülh yolunu seçmişdir. Bu gün Ulu öndərin siyasi xəttini uğurla davam etdirən ölkə Prezidentimiz cənab İlham Əliyev də ölkəmizin əsas problemli məsələsi olan Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda Ermənistan və onun havadarlarına öz mövqeyini açıq və sərt şəkildə bəyan etməkdədir.
Prezident İlham Əliyev 2020-ci ilin iyunun 3-də Tərtər rayonunda Olimpiya İdman Kompleksinin açılışı zamanı bildirmişdir ki, “Ermənistanın keçirdiyi saxta prezident və parlament seçkiləri bir şoudur. Bir çox təşkilatlar bu seçkiləri qınasa da Avropa Şurası bu məsələyə münasibət bildirmədi, susdu. Çünki Avropa Şurasının əsas hədəflərindən biri məhz Azərbaycanı ləkələməkdən ibarətdir.”
Əlbəttə ki, özlərini dünaynın ən humanist, hüquqi dövləti hesab edən bəzi Avropa dövlətlərində dövlət-vətəndaş, polis-vətəndaş münasibətlərinə baxdıqda zorakılıq, anarxiya müşahidə olunur. Özlərini Avropa nümunəsi kimi dünyaya tanıtmağa çalışan dövlətlər əslində hüquqi, siyasi cəhətdən ölkəmizlə müqayisə olunmayacaq səviyyədədilər.
Amerika kimi bir ölkədə insanlar arasında irqi ayrı-seçkiliyin qoyulması, qaradərililərə qarşı polisin vəhşicəsinə rəftarı bir dövlətin iqtisadi və siyasi gücünün nə qədər güclü olmasından asılı olmayaraq o dövlətin təməlinin hər zaman zəif olduğunu göstərir.
Ölkəmizdə xalqın mənafeyinin hər şeydən üstün tutulması, ölkə prezidenti cənab İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın vətəndaşlarla səmimi münasibəti dövlət-vətəndaş münasibətindəki həmrəyliyin bir nümunəsidir. Xalq da hər zaman öz liderinə inam və etimad nümayiş etdirir.Ümummilli liderin söylədiyi kimi “Ölkəmizdə xalq dövlət üçün yox,dövlət xalq üçün çalışır.”
Dövlətimizin güclənməsi, hərbi, siyasi, iqtisadi gücünün artması, heç bir dövlətin boyunduruğunu qəbul etməməsi əlbəttə ki, Avropa Şurasını, bəzi anti-Azərbaycan qüvvələrini narahat etməkdədir. Ölkəmizin sülh, davamlı və dayanıqlı inkişaf şəraitində yaşaması, son 10 il ərzində dünyanın mötəbər beynəlxaq yarışlarına, oyunlarına, festivallarına ev sahibliyi etməsi bütün dünaynın diqqətini ölkəmizə yönəltmişdir.
Azərbaycan Respublikasının Prezidentinin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının və mayın 4-də Qoşulmama Hərəkatının fövqəladə zirvə görüşlərinin keçirilməsi , bu zirvə görüşlərinin pandemiyaya həsr olunması dünya miqyasında, türk xalqları tarixində bir ilk oldu. Qoşulmama Hərəkatının zirvə görüşündə dünyanın dörd bir yanından 40-dan çox ölkənin dövlət və hökümət başçıları və xarici işlər nazirlərinin iştirak ediblər ki, bu da bir daha ölkəmizə və Prezidentimizə olan inamın, etibarın və etimadın göstəricisidir.
Tarix boyu ölkəmiz istər müstəqilliyinin qazanılmasında, istər ərazi bütövlüyün qorunmasında böyük sınaqlardan keçmişdir. Ölkəmizin gücünün artması, türk dövlətlərinin daim həmrəy olması istər dünən, istər bu gün bəzi dövlətləri qorxutmaqdadır.
Ölkə Prezidenti cənab İlham Əliyevin uğurlu islahatları, vaxtında qəbul etdiyi qərarları, qətiyyətli mövqeyi onu deməyə əsas verir ki, heç bir qüvvə ölkəmizin nüfuzunu sarsıda bilməz. Çünki dövlərimiz Ulu öndər ideologiyası və onun qoyduğu siyasi xətt üzrə uğurla idarə olunmaqda və inkişaf etməkdədir.Lənkəranda sahibkarlığın inkişafına güclü dəstək verilirÖlkədə sahibkarlığın inkişafı ilə bağlı cənab Prezidentin qarşıya qoyduğu vəzifələrə Lənkəranda da səylə əməl olunur, investorlara əlverişli şərait yaradılaraq layihələrinin icrasına dəstək verilir. Göstərilən qayğıdan ruhlanan sahibkarlar rayonun iqtisadi sferasına həvəslə investisiya qoyur, iri investisiya tutumlu layihələr həyata keçirir, yeni iş yerləri açırlar. Belə layihələrdən biri də cənub bölgəsində analoqu olmayan qənnadı fabrikinin tikintisidir. Yerli sahibkar İlham Nurəliyevin rəhbərlik etdiyi “NUR”ASC tərəfindən Lənkəran şəhərində general Fikrət Məmmədov küçəsində tikilən fabrik ən müasir texnologiya ilə qənnadi məhsulları istehsal edəcək. Layihə dəyəri 4 milyon manat təşkil edən fabrik üçün 0,5 hektar ərazidə ümumi tikinti sahəsi 5000 kv/m olan 4 mərtəbəli bina tikilib. Binanın birinci mərtəbəsi və zirzəmi anbar və saxlama kameraları üçün nəzərdə tutulacaq. İkinci və üçüncü mərtəbələr istehsalat sahəsi və 500 kv/m sahəni əhatə edən dördüncü mərtəbədə inzibati otaqlar yerləşəcəkdir. Braziliya, Türkiyə və Rusiya istehsalı olan ən müasir avadanlıqlarla təchiz olunacaq fabrikin illik istehsal gücü 1500-1800 ton olacaq. Fabrikdə 120 nəfər qənnadı ustası və texniki işçi yüksək maaşlı daimi işlə təmin olunacaqdır. Artıq fabrikin qarşısındakı ərazidə abadlaşdırma və yaşıllaşdırma işləri görülür.
Liman şəhərində küçələr asfaltlanırKoronavirus pandemiyasının çətinliklərinə baxmayaraq Lənkəran şəhəri ilə yanaşı rayonunun ayrı-ayrı yaşayış məntəqələrində də abadlıq-quruculuq işləri davam etdirilir, infrastruktur yaxşılaşdırılır. Davamlı olaraq həyata keçirilən abadlıq və mədəni quruculuq işləri rayonun Liman şəhərinin də görkəmini xeyli dəyişmişdir. Şəhərdə küçə və səkilər, suötürücü kanallar müntəzəm olaraq təmizlənir, dezinfeksiya olunur, barı və hasarlar suvaqlanaraq rənglənir, yaşıllaşdırma işləri aparılır. Bu günlərdə şəhərin əsas küçələrindən biri olan R.Rza küçəsi asfaltlanıb, ərazidə xeyli səliqə-sahman işləri görülüb. Görülən işlərlə yerindəcə tanış olmaq üçün R.Rza küçəsinə baş çəkən İcra başçısı Taleh Qaraşovu sevinclə qarşılayan sakinlər onlara göstərilən diqqət və qayğıya, xüsusilə karantin dövründə imkansız ailələrə, həssas qrupa aid vətəndaşlara dövlət tərəfindən və Heydər Əliyev Fondunun xəttilə göstərilən maddi və mənəvi dəstəyə görə Ölkə Prezidentinə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıq ifadə ediblər. Xüsusilə yaşadıqları R.Rza küçəsinin uzun illərdən sonra əsaslı şəkildə təmir olunub asfaltlanmasından məmnun olduqlarını bildiriblər. Sakinlərlə tibbi maska taxaraq fərdi qaydada təmas məsafəsində görüşüb söhbət edən İcra başçısı onların qayğıları ilə maraqlanmaqla yanaşı koronavirus pandemiyası ilə əlaqədar rayonda elan olunmuş karantin rejiminin tələblərinə əməl olunmasının vacibliyini, hər bir sakinin tibbi qoruyucu vasitələrdən, maska və digər ləvazimatlardan istifadəsinin zəruriliyini, özünü, doğmalarını və qohum-qonşularını dəhşətli bəladan mühafizə etməyə, sağlamlıqlarını qorumağa borclu olduğunu qeyd edib. Ölkə Prezidentinin səfərləri və görüşləri zamanı şəxsən qoruyucu maskadan istifadə etməsini ən gözəl nümunə kimi xüsusi vurğulayan İcra başçısı hamını bu nümunədən ibrətamiz şəkildə bəhrələnməyə, qapalı guşələrdə, marketlərdə, iaşə və ticarət obyektlərində, ictimai nəqliyyatda mütləq şəkildə tibbi maskalardan istifadə etməyə çağırmışdır.
Lənkəranda çoxmənzilli yaşayış binalarının əsaslı təmiri davam etdirilirLənkəran şəhərində və rayon ərazisində movcud olan çoxmənzilli yaşayış binaları istismar müddəti ərzində heç vaxtı əsaslı təmir olunmadığından möhkəmliyi zəifləyərək qəzalı vəziyyətə düşmüş, dam örtükləri isə tamamilə sıradan çıxmışdır. İcra başçısının səyyar qəbul-görüşlərində, fərdi və ya kollektiv müraciətlərdə sakinlər bu barədə tez-tez məsələ qaldırır və köməklik olunmasını xahiş edirdilər. Problemin ciddiliyini nəzərə alan Lənkəran ŞİH başçısı Taleh Qaraşov aidiyyəti dövlət orqanlarına müraciət edərək bu mühüm sosial əhəmiyyətli məsələnin həllindən ötrü hökumət səviyyəsində müvafiq tədbirlərin görülməsi təşəbbüsü ilə çıxış edib. Ətraflı araşdırma və mütəxəssis rəylərindən sonra ölkə Prezidentinin müvafiq sərəncamları ilə ayrılan vəsait hesabına 2015-ci ildən başlayaraq şəhərdə və rayon ərazisində qəzalı vəziyyətdə olan çoxmərtəbəli yaşayış binalarının mərhələli şəkildə əsaslı təmiri və dam örtüklərinin yenilənməsinə başlanılıb. Artıq 15 çoxmənzilli binada bərkitmə-möhkəmləndirmə işləri görülüb, zirzəmilər betonlanıb, yeni su-kanalizasiya xətləri çəkilib, dam örtükləri başdanbaşa dəyişdirilib, pilləkən qəfəsləri və fasadlar təmir olunaraq yenidən rənglənib. Koronavirus pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq qəzalı vəziyyətdə olan binalarda təmir-bərpa işləri bu gün də sürətlə davam etdirilir. Bu günlərdə Nizami küçəsi 88, 90, 92 saylı binalarda bərkitmə və izolyasiya işləri başa çatdırılıb, kanalizasiya sistemləri yenidən qurulub, fasadlarda suvaqlanma işləri tamamlanıb, mənzillərin köhnə pəncərələr yeni plastik pəncərələrlə əvəz olunub. Hazırda sözügedən binaların bloklarında pilləkən qəfəsləri və fasadlar təmir olunur, binada rənglənmə işləri aparılır. Binaların giriş hissələrində isə yeni dəmir qapılar qoyulacaq.
Son illərdə Ümumilikdə 1 qəzalı vəziyyətdə olan çoxmənzilli yaşayış binası üçün yeni bina tikilib, 15 qəzalı vəziyyətdə olan çoxmənzilli yaşayış binasında əsaslı təmir, bərpa-gücləndirmə və 360 binada isə dam örtükləri dəyişdirilərək yenidən qurulması işləri aparılıb. 2020-ci ildə isə daha 3 qəzalı vəziyyətdə olan binada təmir, bərpa-gücləndirmə işləri bu günlərdə başa çatdırılacaq, 2 qəzalı vəziyyətdə olan çoxmənzilli binada işlərə başlanılacaq.
Qəzalı vəziyyətdə olan çoxmərtəbəli yaşayış binalarında aparılan təmir-bərpa işlərini müntəzəm olaraq diqqətdə saxlayan İcra başçısı T.Qaraşov 8 iyun 2020-ci il tarixdə növbəti dəfə Nizami küçəsindəki 88, 90 və 92 saylı binalara baş çəkərək görülən işlərlə yerindəcə tanış olub. Binaların qarşısında sakinlərlə təmas məsafəsində fərdi söhbət aparan İcra başçısı görülən bütün işlərin ölkə Prezidenti cənab İlham Əliyevin vətəndaşların təhlükəsiz həyat şəraitinin təmin olunması və maddi-rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi davamlı sosial siyasətinin bəhrəsi olduğunu və bu siyasətin ölkə başçısının fəaliyyətinin əsasını təşkil etdiyini bir daha onların diqqətinə çatdırıb. Söhbət zamanı sakinlər müraciətlərinə həssaslıqla baxılmasına, onlara göstərilən diqqət və qayğıya, eyni zamanda koronavirus pandemiyası günlərində karantin şəraitində evdə qalan, müəyyən ehtiyac hiss edən ayrı-ayrı şəxslərə, imtiyazlı ailələrə verilən maddi və mənəvi dəstəyə görə dövlət başçısı İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər. İcra başçısı bir daha sakinlərə pandemiya ilə əlaqədar tətbiq olunan karantin qaydalarına ciddi riayət etməyi tövsiyə edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.