xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Süleyman Mikayılov: Azərbaycan cəmiyyətində korrupsiya və rüşvətxorluq olmamalıdı

3-06-2020, 11:12 158 dəfə baxılıb

Süleyman Mikayılov: Azərbaycan cəmiyyətində korrupsiya və rüşvətxorluq olmamalıdı


Koronavirus infeksiyası (COVİD-19) ilə mübarizə sahəsində iri ticarət mərkəzlərində monitorinqin keçirilmişdir

Süleyman Mikayılov: Azərbaycan cəmiyyətində korrupsiya və rüşvətxorluq olmamalıdı


01 iyun 2020-ci il tarixində Bakı şəhəri, Qaradağ rayonu ərazisində iri ticarət mərkəzləri olan Binə, Sədərək, Meyvəli, Bazarstore, Kingsmart və Sahil TM-də koronavirus infeksiyası (COVİD-19) ilə mübarizə sahəsində qəbul olunmuş qaydaların icrasının təmin edilməsinin yoxlanılması məqsədi ilə Qaradağ Rayon İcra Hakimiyyətinin monitorinq qrupları tərəfindən yerlərdə baxış keçirilmişdir.

Süleyman Mikayılov: Azərbaycan cəmiyyətində korrupsiya və rüşvətxorluq olmamalıdı


Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov - Respublikamızda xüsusi karantin rejiminin tətbiq edildiyi, bütün dövlət strukturlarının fəaliyyətinin əhalinin sağlamlığının qorunmasına yönəldiyi bir vaxtda bəzi vəzifəli şəxslərin mövcud vəziyyət və şəraitdən öz mənafeləri üçün istifadə edərək hüquqazidd əməllərinə yol vermələri ilə bağlı araşdırmaların aparılması tədbirləri ardıcıl olaraq həyata keçirilir. Həm Dövlət Təhlükəsizliyi Xidmətinin, həm də Baş Prokurorluğun həyata keçirdiyi əməliyyatlar nəticəsində Prezident İlham Əliyevin tapşırığı ilə yaradılmış Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi karantin rejimi ilə bağlı qaydaların müxtəlif yollarla pozulması, vəzifə imkanlarından sui-istifadə etməklə, rüşvət almaqla, kimsəsiz və aztəminatlı ailələrə göstərilən yardımları mənimsəməklə cinayət məsuliyyətinə cəlb edilənləri xalq pislədi. Zorla özgəsinin payını əlindən almaq, başqasının süfrəsinə əl uzatmaq kimi bəd əməllər millətimizə xas olmayan xüsusiyyətlərdən sayılıb. Əslində 2018-ci ildən başlanmış, 2019-cu ildə daha geniş vüsət alan, cari ildə də davam etdirilməkdə olan dövlət idarəçiliyinin bütün istiqamətlərini əhatə edən islahatlar xalqımız tərəfindən razılıqla qarşılanır.

Ölkə başçısı tərəfindən verilmiş tapşırıqlardan düzgün nəticə çıxarmayan, rüşvət və korrupsiya hallarına son qoymayan şəxslərin dövlət tərəfindən ciddi cəzalandırılması davam edir. Dövlət Təhlükəsizliyi Xidmətinin apardığı əməliyyat tədbirləri nəticəsində aşkarlanmış korrupsiya halları, rüşvətxorluq, dövlət əmlakının talama səbəblərindən Ağstafa, Yevlax, Neftçala, Biləsuvar Rayon İcra Hakimiyyətlərinin keçmiş başçıları həbs olunmuşlar. Onların aqibətindən ibrət götürməyən növbəti şəxs İmişli Rayon İcra Hakimiyyətinin başçısı oldu. Onların törətdikləri dövlətçiliyə və xalqa xəyanətdən başqa heç nə ilə əvəz oluna bilməz. Korrupsiya ilə mübarizənin daha da sərtləşdirilməsi, vətəndaş-məmur münasibətlərində aparılan islahatlarda daha sağlam prinsiplərə nail olunması dövlətimizin prioritet məsələlərindən birinə çevrilmişdir. Bu sahədə əldə edilmiş uğurlarla yanaşı, əfsuslar olsun ki, əhali arasında narazılıqlar yaratmış neqativ halların baş verməsi, təkrarlanması faktları da müşahidə olunmuşdur. Ən yüksək səviyyədə edilən çağırışlar, xəbərdarlıqlar, eləcə də ifşa olunmuşların acı aqibəti bəd əməllər yolunu tutanlara bir dərs olmamışdır.

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Yevlax şəhərinin və Ağstafa, Biləsuvar, İmişli və Neftçala rayonlarının icra hakimiyyəti başçıları, habelə bir sıra şəhər-qəsəbə icra nümayəndələrinin cinayət məsuliyyətinə cəlb olunaraq həbs edilməsi təmin olunmuşdur.

Bu baxımdan Salyan rayonunda da öz işinə məsuliyyətlə yanaşmayan məmurlara qarşı kəskin mübarizə aparılır. Belə ki, Salyan rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə komissiya yaradılmış, komissiya üzvləri ərazilərdə yoxlamalar aparmışdır. Karantin rejiminin tələblərini pozduğuna görə Salyan Rayon İcra Hakimiyyəti başçısının Parça Xələc kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Sadiq Dəmirov tutduğu vəzifədən azad edilmiş, fəaliyyətinin araşdırılması üçün rayon prokurorluğuna müraciət olunmuş və barəsində rayon prokurorluğunda cinayət işi açılmışdır. Hazırda cinayət işi ilə əlaqədar istintaq aparılır.

Dövlət başçısı Azərbaycan Respublikasının Baş Prokurorunu vəzifəyə təyin olunması ilə əlaqədar qəbul edərkən ölkədə korrupsiyaya qarşı amansız mübarizə aparılması ilə bağlı prinsipal mövqeyini bir daha diqqətə çatdırmış, tətbiq edilən məsuliyyət tədbirlərinin təkcə yerli icra hakmiyyəti orqanları ilə kifayətlənməyəcəyini,

cəmiyyətin əsaslarını sarsıdan çirkin əməllərə yol verən bəzi mərkəzi icra hakimiyyəti orqanlarını da əhatə edəcəyini açıq bildirmişdir. Prezident bildirmişdir: «Qanun qarşısında hamı bərabərdir, Azərbaycan cəmiyyətində korrupsiya və rüşvətxorluq olmamalıdır. Hər halda biz çalışmalıyıq ki, korrupsiya və rüşvətxorluq üçün meydanı həm inzibati yollarla, həm də institusional üsullarla daraldaq. Eyni zamanda cəza tədbirləri də tətbiq olunur və tətbiq ediləcəkdir».

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində həyata keçirilən xüsusi əməliyyat ölkə Prezidentinin bəyan etdiyi fikirlərinin bariz göstəricisi oldu. Sözügedən Nazirliyin yüksək vəzifəli şəxsləri, o cümlədən nazir müavini Rafiq Bayramov və Nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov öz səlahiyyətlərindən elə özləri üçün istifadə etməklə cəmiyyətin və dövlətin mənafelərinə zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermişlər. Ölkə başçısının dediyi kimi, onlar da qanundan kənarda qalmamış, barələrində həbs qətimkan tədbiri seçilmişdir. Belə məmurların xəyanət yolunu seçməsi həm hüquqi, həm də mənəvi baxımdan bağışlanmazdır və onlara qarşı qanunun ən sərt formada tətbiqi mütləqdir.

Ölkəmizin başçısı cənab İlham Əliyevin dünyanı bürüyən COVİD-19 pandemiyasından minimum itkilərlə çıxmaq üçün qətiyyətli addımlar atdığı bir vaxtda ciyayətə cəlb olunan məmurlar bu siyasətə qarşı mənəviyyata sığmayan hərəkətlər etməklə əslində dövlətin mənafeyinə ciddi zərbə vurur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının Baş Prokuroru vəzifəsinə Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisinin təyin edilməsi Azərbaycanda korrupsiyaya qarşı aparılan ciddi mübarizənin təzahürüdür. Aparılan ictimai-siyasi, iqtisadi, hüquqi və kadr islahatların ölkəmizin yeni inkişaf mərhələsinə keçidini şərtləndirir. Prezident İlham Əliyev: «Bütün hüquq-mühafizə orqanları elə çalışsınlar ki, həm vətəndaşlar, ictimaiyyət onların işindən razı olsun, eyni zamanda dövlətin maraqları və qanunun aliliyi təmin olunsun»-deyə öz tövsiyələrini vermişdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi