xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

"Sizin kimi rəhbərimizin olmağı ilə fəxr edir, qürur duyuruq" — Prezidentə yazırlar

4-05-2020, 10:53 65 dəfə baxılıb

"Sizin kimi rəhbərimizin olmağı ilə fəxr edir, qürur duyuruq" — Prezidentə yazırlar


Vətəndaşlardan Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq məktubları gəlməkdə davam edir.
Məktublardan bir neçəsini diqqətə çatdırırıq:

“Hörmətli cənab Prezident.

Mənim 90 yaşım var. Həyatın hər üzünü görmüşəm. Ulu öndər Heydər Əliyevin dövründə uzun illər məsul vəzifələrdə çalışmışam. O illəri indi də xoş duyğularla xatırlayıram.

İndiki koronavirus zamanında xalqımızın sağlamlığı üçün Sizin rəhbərliyinizlə atılan bütün addımları dəstəkləyirəm. Bir daha əmin oldum ki, xalqımızın həyatı, sağlamlığı Sizin üçün hər şeydən əhəmiyyətlidir.

Mehriban xanım Əliyevanın bizim kəndin aztəminatlı ailələrinə göndərdiyi ərzaq yardımı təkcə maddi kömək deyil, həm də onun sübutudur ki, Siz və Mehriban xanım xalqımızın kədərinə də, sevincinə də hər zaman şəriksiniz. Ulu Tanrı birliyimizi, həmrəyliyimizi daha da möhkəm etsin.

Hörmətlə,

Nəbiyev Ağagül.

Azərbaycan Respublikası, Yardımlı rayonu, Ostayır kəndi”.

***

“Hörmətli cənab Prezident.

Dünyanın qorxu və təlaş içində olduğu bir zamanda Azərbaycanda yaşamağımıza görə sevinc hissləri keçiririk. Bu çətin günlərdə xalqımıza arxa duraraq millətimizə, Vətənimizə layiqli Prezident olduğunuzu bir daha sübut etdiniz.

Sizin uzaqgörənliyiniz, yüksək idarəçilik qabiliyyətiniz bizi valeh etdi. Sizin çağırışlarınıza canla-başla əməl edirik. Sizə Salyan rayonunun bütün məktəbliləri adından dərin təşəkkürümüzü bildiririk. Sizin bu qayğınıza cavab olaraq biz də dərslərimizi daha yaxşı oxuyacaq, Vətənimizə, Sizə layiq övlad olacağıq.

Hörmətlə,

Zeynallı Rəşidə və Rəşid, N.Xəlilov adına Qarabağlı kənd tam orta məktəbinin şagirdləri.

Azərbaycan Respublikası, Salyan rayonu, Qarabağlı kəndi”.

***

“Zati-aliləri cənab Prezident.

Biz Sizin apardığınız siyasəti bəyənir və alqışlayırıq. Siz pandemiya dövründə bir daha göstərdiniz ki, daim xalqın yanındasınız. Aztəminatlı, şəhid və Milli Qəhrəman ailələrinə daim diqqət və qayğı göstərməklə bir daha sübut etdiniz ki, ulu öndər Heydər Əliyevin layiqli davamçısısınız. Biz Milli Qəhrəman ailəsi olaraq daim Sizin qayğı və diqqətinizi hiss etmişik.

Cənab Prezident, əminəm ki, Sizin Ali Baş Komandan kimi apardığınız ordu quruculuğu sayəsində milli ordumuz və xalqımız erməni mənfurlarını işğal edilmiş ərazilərimizdən qovub çıxararaq Azərbaycan bayrağını o torpaqlarında dalğalandıracaq.

Son dövrlərdə apardığınız siyasət və kadr islahatları xalqın böyük rəğbətini qazanıb. Təhsilə göstərdiyiniz qayğı əvəzolunmazdır. Aztəminatlı ailələrdən olan tələbələrin təhsil haqlarının dövlət tərəfindən ödənilməsi ölkədə savadlı gənc nəslin yetişdirilməsi yolunda atılmış mühüm addımlardan biridir və bu, göstərir ki Siz daim xalqın yanında olan Prezidentsiniz. Biz Milli Qəhrəman və şəhid ailəsi olaraq Sizin qayğınızı daim hiss etmişik.

Cənab Prezident, mən bir müəllim olaraq Sizinlə qürur duyuram. Apardığınız daxili və xarici siyasəti ailəliklə bəyənir, Sizə uzun ömür, cansağlığı arzulayırıq.

Hörmətlə,

Nəcəfov İlham İsa oğlu.

Azərbaycan Respublikası, Goranboy rayonu, Qarqucaq kəndi”.

***

“Cənab Prezident.

Koronavirus pandemiyasının bütün dünyanı bürüdüyü bir vaxtda Sizin tərəfinizdən atılmış qabaqlayıcı addımlar nəticəsində ölkəmiz bu bəladan cüzi itkilərlə çıxmaq üzrədir. Buna görə Sizə xüsusi təşəkkür edirəm. Bir daha ona görə təşəkkür edirəm ki, yaşadığımız karantin günlərində Sizin göstərişinizə əsasən aqrar sahədə çalışan şəxslərə xüsusi diqqət və qayğı göstərildi, eyni zamanda, fəaliyyətimizə heç bir məhdudiyyət qoyulmadı. Mən 70 hektar taxıl sahəmi rahat suvardım, gübrələmə və dərmanlama işlərini normal apardım, Sabirabad və Kürdəmir rayonları ərazilərində əkəcəyim 170 hektar pambıq sahəsində normal arat apara bildim və bu günədək həmin sahələrin 100 hektarında çiyid səpini işlərini aparmışam və bəzi sahələrdə çıxış almışam. Nəzərinizə çatdırım ki, həmin pambıq sahələrindən 120 hektarını özüm düzəltdiyim xüsusi səpin aqreqatı vasitəsilə Çin (qoşacərgə) üsulu ilə əkirəm.

Cənab Prezident, 4 il bundan qabaq pambıqçılığın inkişafı təşəbbüsü ilə keçirdiyiniz müşavirə şəxsən mənim və digər pambıqçıların həyatında çox əhəmiyyətli rol oynadığı üçün Respublika Fermerlər Şurasının üzvü kimi Sizə dərin minnətdarlığımı bildirirəm. Bir daha təşəkkürlər, Cənab Prezident. Sağ olun.

Hörmətlə,

Əsgərov Əfras Əmir oğlu.

Azərbaycan Respublikası, Sabirabad rayonu, Zəngənə kəndi”.

***

“Hörmətli cənab Prezident.

Bu məktubu Sizə Ağcabədi rayonunun Kürdlər kəndindən yazıram. Dünyada koronavirusun yayıldığı dövrdə Sizin ölkəmizdə həyata keçirdiyiniz qabaqlayıcı tədbirlər nəticəsində Azərbaycan bu təhlükəli bəladan xilas olmaq üzrədir. Lazımi anda karantin rejimini tətbiq etməyiniz bir daha onu göstərdi ki, xalqımızın sağlamlığı, rifahı Sizin üçün ən vacib məsələlərdən biridir və daim diqqətinizdədir.

Cənab Prezident, Allah Sizə və ailənizə uzun ömür, cansağlığı qismət etsin. Xalqımızın və dövlətimizin başı üzərindən əksik olmayasınız. Sizə təşəkkürümü bildirir, hər zaman yüksək əhval-ruhiyyə, sevinc dolu günlər arzulayıram.

Hörmətlə,

İbrahimova Səringül Məmməd qızı, şəhid anası

Azərbaycan Respublikası, Ağcabədi rayonu, Kürdlər kəndi”.

***

“Hörmətli cənab Prezident.

Ölkəmizdə koronavirus infeksiyasının qarşısının alınması məqsədilə qəbul etdiyiniz qərarlar və gördüyünüz tədbirlər nəticəsində Azərbaycanda genişmiqyaslı işlər görülüb. Məhz bunun nəticəsidir ki, bu gün Azərbaycan dövləti öz vətəndaşlarının sağlamlığını qoruyub saxlaya bilməkdədir.

Mən bir Qarabağ müharibə veteranı olaraq Sizin verdiyiniz qərarları müsbət qarşılayıram. Sizə bu çətin və şərəfli yolda uğurlar arzulayıram. Ailəmiz adından Sizə minnətdarlığımızı bildirirəm. Biz həmişə Sizinləyik.

Hörmətlə,

Quliyev Abbas Heyder oğlu, Qarabağ müharibəsi veteranı.

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu”.

***

“Cənab Prezident.

Əvvəla Sizin və ailənizin Ramazan bayramını təbrik edirik.

Hazırda inkişaf etmiş ölkələr belə pandemiyadan gündəlik minlərlə insan itkisi ilə üzləşdiyi halda Sizin müdrikliyiniz, hadisələri zamanında düzgün qiymətləndirməyiniz sayəsində Azərbaycan xalqı bu ümumbəşəri bəladan ən az yoluxma və itkilərlə çıxmaqdadır. Çünki Siz bizləri, milləti və xalqı ailəniz olaraq gördünüz, bu günlərdə diqqət və qayğınızı vətəndaşlarımızdan əsirgəmədiniz.

Cənab Ali Baş Komandan, Vətənimiz və xalqımız üçün etdikləriniz əsrlərboyu insanların qəlbində yaşayacaqdır. Sizin millətinizə və xalqınıza olan böyük sevginiz, milli mentalitetə dərin bağlılığınız tərəfimizdən yüksək dəyərləndirilir.

Cənab Prezident, biz Çernobıl bəlasını, Əfqanıstan müharibəsini, birinci Qarabağ müharibəsini və hazırda bəşəriyyəti qorxuya salan pandemiyanı görmüş və yaşamış insanlar olaraq xalqımıza göstərdiyiniz diqqət və qayğıya görə təmsil etdiyimiz ictimai birliklərin üzvləri adından Sizə səmimi qəlbdən təşəkkür edir, dərin minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Məmmədzadə Vidadi, 1-ci qrup müharibə əlili,

Əliyev Mətləb, Çernobıl əlili

Məmmədov Sətər

Məmmədov Ayaz

Heydərov Nizami və başqaları, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Tərtər regional bölməsinin üzvləri.

Azərbaycan Respublikası, Tərtər rayonu”.

***

“Möhtərəm cənab Prezident.

Koronavirus epidemiyasının tüğyan etdiyi günlərdə Sizin Azərbaycan xalqının arxasında dayanmağınız hər bir vətəndaşın Prezidenti olduğunuzun bariz nümunəsidir. Buna görə Sizə dərin təşəkkürümü bildirirəm.

İnanıram ki, Sizin düşünülmüş xarici siyasətiniz nəticəsində Azərbaycanın üçrəngli bayrağı işğaldan azad olunacaq Qarabağ torpağında, Qubadlıda dalğalanacaqdır. Allah Sizi qorusun.

Hörmətlə,

Məmmədov İsmayıl Hümmət oğlu, Qubadlı rayonundan məcburi köçkün.

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu”.

***

“Cənab Prezident.

Dünyanı cənginə almış koronavirus pandemiyasının geniş yayıldığı bir dövrdə xalqımıza göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarlığımı bildirirəm.

Cənab Prezident, Sizin tapşırığınızla yaşı 65-dən yuxarı olan vətəndaşlara, işsiz və aztəminatlı ailələrə 190 manat məbləğində birdəfəlik ödənişin edilməsi, yeni ictimai iş yerlərinin açılması onu göstərir ki, yürütdüyünüz siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun rifahı dayanır. Ölkə vətəndaşlarının rifahının yüksəldilməsi, onların sağlamlığının qorunması naminə gördüyünüz işlərə görə Sizə dərin təşəkkürümü bildirirəm.

Gündən-günə çiçəklənən və inkişaf edən Azərbaycanımızın xoşbəxt gələcəyi naminə fəaliyyətinizdə Sizə uğurlar arzulayırıq. “Biz birlikdə güclüyük!”.

Hörmətlə,

Muradov Nüsrət Qüdrət oğlu, Cəbrayıl rayonundan məcburi köçkün.

Azərbaycan Respublikası, Sabirabad rayonu”.

***

“Əziz Prezidentimiz.

Mən Qaradağ rayonu 139 nömrəli tam orta məktəbin 9 "b” sinif şagirdiyəm. Hazırda bütün dünyada yayılan koronavirus pandemiyası ilə mübarizədə Sizin rəhbərliyinizlə ölkəmizdə böyük işlər görülür. Həmişə olduğu kimi bu çətin günlərdə də xalqın yanında olduğunuza görə şəxsən öz adımdan və valideynlərimin adından Sizə dərin minnətdarlığımı bildirirəm. Sizin rəhbərliyinizlə biz bu mübarizədən üzüağ, alnıaçıq çıxacağıq. Sizin kimi rəhbərimizin olmağı ilə fəxr edir, qürur duyuruq. Sizə Allahdan uzun ömür, cansağlığı arzu edirəm.

Dərin hörmətlə,

Abdullayev Ayxan.

Azərbaycan Respublikası, Bakı şəhəri, Qaradağ rayonu”.

“Hörmətli cənab Prezident,

Dünyanı bürüyən və insanları gərginlik içində saxlayan bu ağır pandemiya dövründə xalqımıza göstərdiyiniz qayğıya və diqqətə, həmçinin aztəminatlı ailələrə verilən birdəfəlik müavinətlərə və sovqatlara görə Sizə şəxsən öz adımızdan və ailələrimizin adından dərin minnətdarlığımızı bildiririk.

Bütün bunlar bir daha onu göstərir ki, Prezidentimiz heç bir vaxt xalqdan öz diqqətini əksik etmir. Öz xalqına daim sahib çıxan, onun sağlamlığını hər şeydən üstün tutan Prezidenti alqışlamaq və arxasında irəliləmək lazımdır.

Əziz Prezidentimiz, məsuliyyətli və şərəfli işinizdə Sizə daim uğurlar arzulayırıq.

Hörmətlə,

Hacıyeva Vüsalə Bəhrəm qızı

Dünyamalıyeva Pərvanə Vəliş qızı

Hüseynova Nüşabə Kamran qızı, Qubadlı rayonundan məcburi köçkünlər.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri”.

“Əziz və hörmətli Prezidentim.

Mən ailəmizin və milyonlarla insanın adından Sizə dərin təşəkkürlərimi bildirirəm. Bütün dünyanı cənginə almış koronavirus pandemiyası bizdən də yan keçmədi. Lakin Sizin vaxtında gördüyünüz tədbirlər nəticəsində xalqımız bu sınaqdan da üzüağ çıxdı. Vətənə xidmətin rütbəsi və yaşı yoxdur. Ali Baş Komandanımızın qoyduğu qərarlara hər bir vətəndaşımız layiqincə yanaşmalıdır. Fədakar həkimlərimiz, yorulmaq bilməyən polislərimiz, səngərlərdə ayıq-sayıq dayanan hərbçilərimiz, sıravi vətəndaşlarımız hamısı birlikdə öz vəzifələrinin öhdəsindən layiqincə gəlirlər.

Cənab Prezident, biz inanırıq ki, Sizin yürütdüyünüz siyasətlə xalqımız koronavirus bəlasından, torpaqlarımız isə erməni viruslarından tezliklə azad olacaq.

Hörmətlə,

Səlimov Sakit, 7-ci sinif şagirdi.

Azərbaycan Respublikası, Bərdə rayonu”.

“Əziz Prezidentimiz.

Dünyamız üçün çox çətin olan bu dövr bir daha sübut etdi ki, Siz xalqımızın xilaskarısınız. Ən gərəkli vaxtda bir rəhbər, bir ata, bir oğul və bir qardaş kimi Azərbaycan vətəndaşının yanında oldunuz. Siz həyəcan təbilini erkən çalaraq, dünyanın nəhəng ölkələrinin edə bilmədiyini etdiniz. Sizin uzaqgörənliyinizin, dərin zəkanızın nəticəsində xalqımız bu bəladan az itkilərlə sovuşmaqdadır. Xarici televiziya kanallarının Azərbaycanda pandemiyaya qarşı gedən mübarizədən ağız dolusu danışmaları, beynəlxalq təşkilatların Sizə etdiyi təşəkkürlər bizi qürurlandırır.

Bir təhsil işçisi olaraq bildirmək istəyirəm ki, bizə olan diqqət və qayğınıza müəllimlər öz fədakar əməkləri ilə cavab verərək, evdə qalıb şagirdlərini bir an belə unutmamış, yaradılan şəraitdən istifadə edərək onlayn dərslər keçirirlər.

Möhtərəm cənab Prezident, xalqımızın Sizə olan sevgi və hörmətinin həddi-hüdudu yoxdur. Bu əziz Ramazan günlərində bütün dualarımız Sizinlədir. Allah Sizi və canınız qədər sevdiyiniz Azərbaycanımızı qorusun. Sizə sağlıqlı və uğur dolu uzun ömür arzu edirik.

Hörmətlə,

Hüseynova Təyyibə Yəhya qızı, Əməkdar müəllim.

Azərbaycan Respublikası, Abşeron rayonu, Saray qəsəbəsi”.

“Hörmətli cənab prezident.

Mən uzun illər xalqımızın milli sərvəti olan muğam sənətinin inkişafına xidmət edən bir ailənin üzvü kimi bu məktubu Sizə yazmaqdan böyük məmnunluq hissi duyuram. İlk olaraq onu qeyd edim ki, həyat yoldaşım mərhum xanəndə, muğam ustadı Vahid Abdullayev ömrünün böyük hissəsini muğam sənətinin təbliğinə və inkişafına sərf edib. Mən özüm də muğam təhsili aldığım üçün həyat yoldaşımın vəfatından sonra həm muğam sənətimizin təbliğ olunması, həm də bir xanəndə ailəsinin üzvü kimi həyat yoldaşımın sənət yolunu davam etdirmək üçün bir çox musiqi ocaqlarında muğam sənətini gənc nəslə təbliğ edirəm.

Son illərdə ölkəmizin Birinci vitse-prezidenti, UNESKO-nun və ISESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü və bilavasitə rəhbərliyi ilə muğam sənətinə artan maraq, dövlət miqyasında muğam sənətinin inkişafı naminə göstərilən diqqət muğama yeni həyat, yeni bir nəfəs verdi. Xüsusi olaraq vurğulamaq istərdim ki, Mehriban xanımın təşəbbüsü ilə Heydər Əliyev Fondunun Azərbaycan muğam sənətinin inkişafı və qorunması məqsədilə “Azərbaycan muğamları” layihəsi çərçivəsində “Qarabağ xanəndələri2 musiqi albomunu nəşr etdirməsi və bu albomda həyat yoldaşım Vahid Abdullayevin də sənətinin və səs yazılarının yer almasını ailəmizə və onun sənətinə verilən böyük bir dəyər kimi yüksək qiymətləndirirəm. Həmçinin böyük oğlum, gənc muğam ifaçısı Valid Abdullayev də atasının sənətini davam etdirir və o da elə məhz Mehriban xanımın muğam sənətinə qayğısının bir nəticəsi olaraq Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Televiziyasının təşkilatçılığı, Mədəniyyət Nazirliyinin iştirakı ilə Mədəniyyət Fondunun layihəsi əsasında reallaşan 6-cı “Muğam televiziya müsabiqəsi”nin qalibi olub. Bütün bunlar Sizin və hörmətli Mehriban xanımın sayəsində reallaşıb.

Cənab Prezident, bu günlərdə isə ölkəmizdə yeni növ koronavirus infeksiyasının genişlənməsinin qarşısının alınması məqsədilə həyata keçirdiyiniz tədbirlər, aztəminatlı ailələrin sosial təminatının yaxşılaşdırılması və ümumiyyətlə bu istiqamətdə atdığınız bütün addımlar dövlətimizlə vətəndaş arasında olan birliyin bariz nümunəsidir. Azərbaycan vətəndaşının sağlamlığı naminə gördüyünüz bu tədbirlərə görə həm öz adımdan, həm də ailəmizin adından Sizə minnətdarlığımı bildirir, şərəfli fəaliyyətinizdə uğurlar arzulayıram. Allah Sizi Azərbaycan xalqının başı üzərindən əksik etməsin.

Hörmətlə,

Abdullayeva Kamilə Soltan qızı, M.Maqomayev adına 26 saylı musiqi məktəbinin muğam müəllimi.

Azərbaycan Respublikası, Bakı şəhəri”.

“Hörmətli Prezidentimiz cənab İlham Əliyev.

Sizin rəhbərliyinizlə ölkəmizdə həyata keçirilən tədbirlər nəticəsində koronavirus infeksiyasının geniş yayılmasının qarşısı alınaraq, insanların sağlamlığının qorunmasına nail olunub. Xüsusi karantin rejimində gördüyünüz tədbirlər dünya dövlətləri arasında Sizi uzaqgörən dövlət başçısı kimi bir daha təsdiqlədi. Sizin sayənizdə böyük dövlətlər virusla mübarizədə ölkəmizi nümunə gətirirlər. Bütün bu uğurların memarı Sizsiniz, cənab Prezident!

Sizə məsuliyyətli və şərəfli işinizdə yeni uğurlar arzu edirəm. Azərbaycan xalqı Sizinlə güclüdür. Biz Sizə güvənirik və Sizin yanınızdayıq.

Hörmətlə,

Həsənova Xədicə Fərrux qızı.

Azərbaycan Respublikası, Bakı şəhəri, Səbail rayonu”.

“Möhtərəm Prezidentimiz və Ali Baş Komandanımız.

Sizi səmimi qəlbdən salamlayıram. COVID-19 virusu ilə mübarizədə ölkəmiz, Vətənimiz üçün gördüyünüz işlərə görə Sizə minnətdaram. Biz gənclərin sağlamlığını və təhlükəsizliyini nəzərə alaraq atdığınız addımlar bütün azərbaycanlılar kimi, məni də çox qürurlandırdı. Sizin xalqa bağlılığınız və vətənpərvərliyiniz biz gənclər üçün örnəkdir.

Çox sağ olun ki, bizlərə qayğınızı əsirgəmirsiniz. Sizin “Biz birlikdə güclüyük!” çağırışınız bütün gənclərin şüarına çevrilib. Həqiqətən də biz birlikdə güclüyük.

Hörmətlə,

Xəlilzadə Zahid Raqif oğlu.

Azərbaycan Respublikası, Xocavənd rayonu”.

“Hörmətli cənab Prezident.

Son vaxtlar dünyada bir kabusa çevrilən COVID-19 pandemiyası Azərbaycanda da müəyyən narahatlıq və təlaş yaratsa da, Sizin çevik və uzaqgörən siyasətiniz sayəsində epidemiyanın respublikamızda geniş miqyas almaması üçün vaxtında atılan müvafiq qətiyyətli addımları xüsusi minnətdarlıq hissi ilə vurğulayırıq. Siz daim xalqınızı düşünən, onun rifahı naminə yorulmadan səy göstərən etibarlı lider olduğunuzu möhtəşəm fəaliyyətinizlə nümayiş etdirirsiniz. Xalqımız Sizə inanır, sonsuz etimad göstərir, Sizi sevir. Bütün dünyanın qarşısında aciz qaldığı pandemiya ilə mübarizədə Sizin rəhbərliyinizlə həyata keçirilən qətiyyətli və humanist tədbirlər xalqın Sizə olan sevgisini və inamını daha da artırdı. Xalqımızın birliyinə, həmrəyliyinə yeni nəfəs verən, bu məsuliyyətli dönəmdə səfərbər edən "Biz birlikdə güclüyük!" çağırışınız hamımızı qürurlandıran həyati şüara çevrildi. Ölkə vətəndaşlarının sağlamlığının etibarlı qorunmasının təşkili məqsədilə Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, qısa müddətdə müasir standartlara uyğun yeni tibb müəssisələrinin qurulması və istifadəyə verilməsi, zəruri tibbi avadanlıq və ləvazimatlarla təmin edilməsi, karantin rejiminin tətbiqi, yeni növ infeksiyanın genişlənməsinin qarşısının alınmasına profilaktik tədbirlər uğurlu nəticələrini göstərməkdədir. Sizin tapşırığınızla əhalinin aztəminatlı təbəqəsinin sosial təminatının yaxşılaşdırılması, virusla mübarizədə fədakarlıq göstərən səhiyyə işçilərinin əməkhaqlarının artırılması, pandemiya ilə əlaqədar işə gedə bilməyən şəxslərin əməkhaqqının saxlanılması, pandemiyadan zərər görən sahibkarlara verilən maliyyə dəstəyi, imkansız ailələrə yardımların edilməsi rəğbətlə qarşılanır. İnanırıq ki, koronavirus pandemiyası ilə mübarizədə bütün gücünüzü səfərbər edib, xalqı bu çətin vəziyyətdən də çıxaracaqsınız.

Cənab Prezident, müstəqil Azərbaycanın vətəndaşı olmağımdan keçirdiyim fəxarət hislərini çatdıraraq, hər zaman çətin məqamlarda da xalqın yanında olduğunuza görə Sizə minnətdarlığımı bildirirəm. Ölkəmizin daha da inkişafı, gələcək nəsillərin xoşbəxtliyi naminə fəaliyyətinizdə uğurlar, Sizə və ailənizə cansağlığı, uzun ömür arzu edirəm.

Hörmətlə,

Əhmədov Məzahir Qurban oğlu, Binəqədi Rayon Ağsaqqallar Şurasının üzvü.

Azərbaycan Respublikası, Bakı şəhəri”.

“Hörmətli cənab Prezident.

Bu gün dünyanın böyük bir bəla ilə üz-üzə qaldığının şahidiyik. Dünyada inkişaf etmiş ölkələr belə qlobal pandemiya hesab olunan koronavirus infeksiyasının qarşısında acizdir və həmin ölkələrin minlərlə vətəndaşı bu xəstəliyə yoluxaraq dünyasını dəyişib. Lakin Sizin uzaqgörən siyasətiniz nəticəsində ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısı alındı və yüzlərlə vətəndaşımız müalicə olunaraq öz ailələrinə qovuşdu.

Ölkəmizdə karantin dövründə vətəndaşlara maddi yardımların və 190 manat məbləğində birdəfəlik müavinətin verilməsi Sizin hər bir vətəndaşın Prezidenti olduğunuzu bir daha göstərdi. Ölkəmizdə vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə verdiyiniz qərarlar, görülən təxirəsalınmaz tədbirlər və Sizin xalqımızı həmrəyliyə çağırmağınız çox mühüm təşəbbüs və addımlardır.

Cənab Prezident, Siz hər zaman vətəndaşların yanında olub onların sevincinə də, kədərinə də şərik çıxmısınız. Biz gənclər inanırıq ki, Sizin rəhbərliyinizlə bu çətin günlərdən də alnıaçıq çıxacağıq. Siz xalqımızı qoruyursunuz, Allah da Sizi qorusun.

Hörmətlə,

Süleymanlı Vüsalə İsrafil qızı, tələbə

Müslümov Maqsud Rizvan oğlu, tələbə.

Azərbaycan Respublikası, Salyan rayonu, Yeni Uluxanlı kəndi”.

“Hörmətli cənab Prezident.

Bu çətin vəziyyətdə – COVID-19 pandemiyası ilə mübarizədə bizim sağlamlığımızı qoruduğunuz və gələcəyimizi düşündüyünüz üçün Zərdab rayonunun, o cümlədən Sarıqaya kəndinin sakinləri adından Sizə dərindən təşəkkür edirik.

Siz xalqımız, millətimiz üçün çox işlər görmüsünüz. Pandemiya kimi ağır bir sınaq dövründə Sizin fədakarlığınız, vaxtında və doğru qərarlarınız da bunların sırasındadır. Bu amansız və qəddar düşmənlə mübarizədə az itki verməyimiz də məhz bu işlərin nəticəsidir.

Siz ən xoş sözlərə layiqsiniz, cənab Prezident.

Hörmətlə,

Abdullayev Natiq Rahil oğlu

Mustafayev Mustafa Abış oğlu

Əlyarlı Nürəddin İlqar oğlu.

Azərbaycan Respublikası, Zərdab rayonu”.

“Hörmətli cənab Prezident.

Mən ailə üzvlərimlə birlikdə Ermənistandan qaçqın düşmüşəm. O vaxt ermənilərin azərbaycanlılara qarşı törətdiyi vəhşiliklər xatirəmdən silinməyib. Lakin Azərbaycana qədəm qoyan kimi ulu öndərimiz Heydər Əliyevin mərhəməti ilə qarşılaşdıq. Bizə qarşı humanist münasibətinə görə Ulu Öndərimizə bu gün də minnətdarıq.

Bu gün Sizə də minnətdarlıq bildirmək istəyirəm, cənab Prezident. Koronavirusla mübarizə Sizin dövlətimiz üçün əvəzedilməz şəxs olduğunuzu bir daha təsdiq etdi. Bu mübarizədə Azərbaycan xalqı Sizinlədir, Sizin siyasətinizi dəstəkləyir və bu yolda qarşıya çıxan bütün problemlərin həllində yanınızdadır.

Xalqın etimadını qazanmış dövlət başçısı kimi hər addımınızın arxasında olacağımızdan əmin ola bilərsiniz. Siz xalqla birlikdə olduğunuza görə bizim qarşımızda heç bir pandemiya tab gətirə bilməz.

Hörmətli cənab Prezident, ölkəmizdə koronavirus pandemiyası ilə mübarizədə Siz bütün gücləri və imkanları səfərbər etdiniz. Xalqımız üçün həyati əhəmiyyət kəsb edən qərarlar insanlarımızın sağlamlığının qorunmasına xidmət etdi. Bu çətin günlərdə xalqımız bir daha gördü ki, vətəndaşlarımızın sağlamlığı və həyat şəraitinin yüksək səviyyədə olması Sizin üçün ən ali məqsədlərdən biridir.

Koronavirus pandemiyasına qarşı qətiyyətli mübarizənizi dəstəkləyir, bu xidmətlərinizə görə Sizə özümün adımdan və ailə üzvlərimin adından minnətdarlığımı bildirir və gələcək işlərinizdə uzun ömür, cansağlığı və yeni uğurlar arzulayıram.

Hörmətlə,

Qaziyev Murtuz Yaqub oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu”.

“Möhtərəm cənab Prezident.

Epidemiya ilə mübarizə çərçivəsində gördüyünüz qabaqlayıcı tədbirlər, atdığınız düşünülmüş addımlar Sizin xalqa necə bağlı olduğunuzu, vətəndaşların təhlükəsizliyini qeydinə böyük həssaslıqla qaldığınızı bir daha sübut etdi.

Cəbhə bölgəsini təmsil edən yaradıcı bir gənc olaraq müstəqil dövlətimlə və güvəndiyim Prezidentimlə bir daha fəxr etdim. Cənab Prezident, bizə qürurverici anlar yaşatdığınıza görə Sizə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya bütün ailəmiz adından dərin minnətdarlığımızı bildiririk. Biz birlikdə güclüyük. Allah Sizi qorusun.

Dərin hörmətlə,

İsmayılov Atabəy Xəzər oğlu, Füzuli rayonundan məcburi köçkün.

Azərbaycan Respublikası, Bakı şəhəri, Qaradağ rayonu”.

“Cənab prezidentim.

Bu minnətdarlıq məktubunu Sizə yazmağı özümə borc bilirəm. Bu gün bütün dünyanı cənginə alan koronavirus bəlası təəssüf ki, bizim vətənimiz Azərbaycandan da yan keçmədi. Dünyanı bürümüş koronavirus (COVID-19) pandemiyasının ölkəmizdə yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Sizin rəhbərliyinizlə həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində dövlətimiz bu bəlanın öhdəsindən minimum itkilərlə gəlir. Artıq dünya dövlətləri koronavirusa qarşı Azərbaycan modelindən istifadə edirlər.

Hörmətli Prezidentim, bu gün Sizin düzgün siyasətiniz nəticəsində Azərbaycanda xüsusi karantin rejimi günlərində vətəndaşlara yüksək səviyyədə xidmət göstərən polislərimizi, əsgərlərimizi, öz həyatlarını təhlükəyə ataraq gecə-gündüz xəstələrə qulluq edən həkimlərimizi gördük. Halbuki, bəzi dünya ölkələrində vətəndaşlarla kobud münasibət təəssüf doğurur. Dünyada az qalır ki, bəzi böyük dövlətlər arasında tibbi maska üstündə müharibə olsun. Lakin bu gün Azərbaycanda hansı əczaxanaya girsək, tibbi maska, spirt və digər dezinfeksiya maddələri tapmaq olar.

Xüsusi qeyd etmək istəyirəm ki, əgər ulu öndərimiz Heydər Əliyev indi sağ olsaydı, bizim kimi, o da Sizinlə fəxr edərdi. Mən sevinirəm ki, dünyanın siyasi xadimləri arasında xüsusi nüfuza malik Prezidentim var.

Bu müqəddəs günlərdə Sizə və ailənizə möhkəm cansağlığı arzulayıram.

Hörmətlə,

Əhmədov Rafiq Bəylər oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Suraxanı rayonu”.

“Möhtərəm cənab Prezident.

Sizə bir Azərbaycan vətəndaşı, bir ziyalı, bir fermer kimi müraciət edirəm. Xalqımızın bu çətin günlərində gördüyünüz işlərə görə Sizə təşəkkür edirəm, cənab Prezident. Bütün dünyanın koronovirusla mübarizə apardığı bir dövrdə Azərbaycan xalqının sağlamlığının qorunması istiqamətində gördüyünüz işlərin nəticəsidir ki, xalqımız bu bəladan ən az itkilərlə qurtulmaq üzrədir. Bu günlərdə müəllifi olduğunuz “Biz birlikdə güclüyük!” şüarı xalqımızı öz Prezidentinin, dövlətinin ətrafında sız birləşdirdi. Siz nəinki xalqımızı qorudunuz, eyni zamanda, insanlarımızın qayğısını çəkməklə dövlətin vətəndaşlarımızın yanında olduğunu göstərdiniz.

Cənab Prezident, ölkəmizdə aqrar sahənin inkişafına verdiyiniz töhfəni daim hiss etmişik. Biz fermerlər karantin dövründə də Sizin diqqət və qayğınızla əhatə olunmuşuq. Bunun nəticəsində bütün işlərimizi optimal şəkildə görə bildik. Buna görə Sizə səmimi təşəkkürümüzü bildiririk.

Dərin hörmət və ehtiramla,

Məhərrəmov Ədalət.

Azərbaycan Respublikası, Tovuz rayonu, Düz Qırıqlı kəndi”.

“Möhtərəm cənab Prezident.

Siz ulu öndərimiz Heydər Əliyevin layiqli davamçısısınız. Xalqımızın rifahı, daha yaxşı yaşaması üçün gördüyünüz bütün işləri alqışlayır, yorulmaz fəaliyyətinizə görə Sizə minnətdarlığımı bildirirəm.

Sizin Azərbaycanın inkişafı üçün gördüyünüz işlərin miqyası nə qədər böyük olsa da, əhəmiyyəti illər sonra daha da artacaq. Buna görə xalq Sizi sevir, dəstəkləyir. Əminik ki, Sizin rəhbərliyinizlə bütün çətinliklərin öhdəsindən uğurla gələcəyik. Allah Sizi qorusun.

Hörmətlə,

Hüseynova Şəbnəm Firudin qızı.

Azərbaycan Respublikası, Daşkəsən rayonu”.

“Hörmətli Prezident, cənab Ali Baş Komandan.

Xalqımızın bu çətin anlarında bizlərə dəstəyiniz üçün Sizə həm öz adımdan, həm də ailəmizin adından dərin minnətdarlığımızı bildiririk. Sizin ölkəmizin inkişafı, xalqımızın rıfahı üçün apardığınız uğurlu islahatların nəticəsidir ki, respublikamız gündən-günə gözəlləşir. Sizin sayənizdə rifah, firavanlıq içərisində yaşayırıq. Xalqımızın bu çətin sınaq günlərində - pandemiya ilə mübarizə dövründə imzaladığınız hər bir sərəncam və verdiyiniz tapşırıqlar bizlər üçün çox dəyərlidir.

Cənab Prezidentim, bir daha sizlərə dərin minnətdarlığımı bildirirəm. Allah Sizi və ailənizi qorusun.

Hörmətlə,

Şahzadə Rəvazi Sənaf oğlu.

Azərbaycan Respublikası, Cəlilabad rayonu, Əliabad kəndi”.

“Hörmətli cənab Prezident.

Dünyanı bürüyən koronavirus bəlasına qarşı ölkəmizdə vaxtında gördüyünüz çevik və qabaqlayıcı tədbirlər sayəsində Siz xalqımızın sağlamlığını qorudunuz. Buna görə Sizə minnətdaram. Siz əbəs yerə deməmisiniz ki, mən hər bir azərbaycanlının Prezidentiyəm, hər bir azərbaycanlının yanındayam.

İnsan sağlamlığı Sizin üçün hər şeydən üstündür. Biz Sizin gücünüzdən güc alırıq. Azərbaycan dövləti Sizin sayənizdə güclüdür.

Hörmətlə,

Ağabəyli Naseh Əlibəy oğlu, müəllim.

Azərbaycan Respublikası, Salyan rayon, Xələc kəndi”.

“Möhtərəm cənab Prezident.

Azərbaycan öz tarixinin ən şanlı və şərəfli illərini yaşayır. Sizin sarsılmaz qətiyyətiniz, cəsarətiniz, atdığınız siyasi-diplomatik addımlar nəticəsində qüdrətli Azərbaycan dövləti yaradılıb. Azərbaycan Respublikasının iqtisadi müstəqilliyinin möhkəmləndirilməsi, bununla da ölkənin siyasi suverenliyinin əbədiləşdirilməsi sahəsindəki xidmətləriniz ulu öndər Heydər Əliyev ideyalarının təntənəsi, zəfəridir. Dünyanın koronavirus pandemiyası ilə üzləşdiyi bir vaxtda xalqımızı bu bəladan qorumaq üçün bütün zəruri tədbirləri həyata keçirirsiniz. Bu gün koronavirus pandemiyasına qarşı mübarizə çərçivəsində Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, ən müasir avadanlıqlarla təchiz edilmiş “Yeni klinika” tibb müəssisəsinin, Sumqayıt Kimya Sənaye Parkının nəzdində tibbi maska istehsalı müəssisəsinin açılması, xüsusi karantin rejimi çərçivəsində atılan qabaqlayıcı addımlar, mövcud vəziyyətdən zərər çəkən insanlara dövlət dəstəyinin, maddi yardımın göstərilməsi təkcə xalqımız tərəfindən deyil, həm də Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən yüksək qiymətləndirilir.

Möhtərəm cənab Prezident, Siz Vətənimiz qarşısındakı xidmətlərinizlə Azərbaycan xalqının qəlbində özünüzə möhtəşəm bir abidə ucaltmısınız. Günlər keçdikcə, illər ötdükcə xalqın qəlbində ucaltdığınız bu abidə daha möhtəşəm, daha qüdrətli, daha əzəmətli görünür.

Hörmətlə,

Məmmədov Rahib Rafiq oğlu.

Azərbaycan Respublikası, Bərdə rayonu, Dəymədağıldı kəndi.

“Möhtərəm cənab Prezidentimiz.

Bir gənc olaraq Sizin bu çətin vaxtda xalqımız, dövlətimiz üçün gördüyünüz işləri dəyərləndirməyə bilmərəm. Hər zaman Azərbaycan xalqının sağlamlığını, təhlükəsizliyini, rifahını üstün tutmusunuz. Sizin atdığınız addımlar, gördüyünüz bütün işlər ölkəmizdə milli həmrəyliyi bu günə qədər müşahidə olunmayan dərəcədə artırıb. Bu, bir daha xalqımızın böyüklüyünü göstərir. Biz xalq, dövlət olaraq çətin günlərdə maksimum həmrəylik nümayiş etdirdik, bir-birimizə kömək edirik, xüsusilə aztəminatlı ailələrə. Təbii ki, ilk növbədə, dövlət, sahibkarlar, ictimai təşkilatlar, ayrı-ayrı şəxslər Sizin rəhbərliyinizlə xalqımıza xas olan ülvi xüsusiyyətləri nümayiş etdirdilər. Ulu Öndərimiz deyirdi: “Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır”.

Bəşəriyyətin böyük bir bəla ilə mübarizə apardığı zamanda Sizin vaxtında həyata keçirdiyiniz qabaqlayıcı tədbirlərlə ölkəmiz bu virusdan az zərər çəkən dövlət kimi dünyaya örnək oldu. İlk olaraq təhsil müəssisələrində dərslərin dayandırılması biz tələbələrin sağlamlığının və təhlükəsizliyinin Sizin üçün nə qədər önəmli olduğunu bir daha sübut etdi. Evdə qalmağımıza baxmayaraq, bir gün də olsun təhsilimizdən geridə qalmadıq. Sizə və ailənizə möhkəm cansağlığı, şərəfli və məsuliyyətli işlərinizdə müvəffəqiyyətlər arzu edirəm.

Dərin hörmətlə,

Əfəndi Kərəm Kənan oğlu.

Azərbaycan Respublikası, Qazax rayonu”.

“Əziz və dəyərli Prezidentim.

Sizə bu minnətdarlıq məktubunu yazmaqla bir qurur hissi duymuş oluram. Sözün əsl mənasında Siz dəyərli, əvəzolunmaz, alicənab bir şəxsiyyət, dövlət rəhbərisiniz. Bunu Sizin bəşəriyyətin ağır bəlası olan koronavirus pandemiyası ilə bağlı xalqımızın sağlamlığı üçün yüksək səviyyəli tədbirlər planı çərçivəsində gördüyünüz işlər bir daha sübut etdi. Bəzi böyük ölkələr bu virusla bağlı ağır itkilər verib, faciələr yaşadığı halda bizim ölkəmizdə çox cüzi yoluxma və itkilər bütün dünya mediasının gündəm mövzusudur. Bütün bunlar təbii ki, məhz Sizin gərgin əməyinizin nəticəsidir.

Hörmətli Prezidentim, mən bir təhsil işçisi kimi Sizinlə daim fəxr edirəm və bildirirəm ki, biz hər zaman dövlətimizin, xalqımızın dəyərli Liderinin yanındayıq. Biz Sizinlə birlikdə güclüyük.

Əziz Prezidentim, bu əziz Ramazan ayında Sizə və ailə üzvlərinizə Allahdan cansağlığı arzu edirəm.

Hörmətlə,

Məmmədquliyeva Aysel.

Azərbaycan Respublikası, Zərdab rayonu”.

“Hörmətli cənab Prezident.

Dünyanın koronavirus pandemiyası ilə üz-üzə qaldığı vaxtda Sizin gördüyünüz qabaqlayıcı tədbirlər nəticəsində Azərbaycan bu sınağın da öhdəsindən məharətlə gəlməkdədir. Bütün dünya ölkələrindəki kimi, bizim səhiyyəmiz də çətin sınaqla qarşı-qarşıyadır. Bu sınaqdan üzüağ çıxmaq üçün bütün tibb işçilərimiz səfərbər olublar. Mən bir həkim kimi, məsuliyyətimi dərk edərək, ailəmi və iki azyaşlı övladımı evdə qoyub Astara rayon Mərkəzi Xəstəxanasına ezam olundum. Sizin tapşırığınızla koronovirus xəstələrinə ən yüksək xidmətin göstərilməsi üçün hər bir təchizatla təmin olunmuş xəstəxanada yaradılan şərait, diqqət və qayğının şahidi oldum. Bütün bunlar dövlətini, Prezidentini sevən bir insan kimi mənə mənəvi güc verdi. Bu çətin dövrdə Sizin də yanımızda olmağınız, bizə dəstək verməyiniz, səhiyyə işçilərini yüksək qiymətləndirməyiniz bizi ruhlandırır. Tibb işçilərinə verdiyiniz yüksək qiymət əhali tərəfindən hədsiz razılıq hissi ilə qarşılanır.

Əziz Prezidentimiz, xalqımızı qorumaq üçün gördüyünüz bütün işlərə görə, Sizə dərin təşəkkürümü bildirir, müstəqil Azərbaycanımızın çiçəklənməsi naminə fəaliyyətinizdə yeni uğurlar arzulayıram. Mən və ailəm Sizi sevirik, Sizinlə qürur duyuruq.

Hörmətlə,

Ağabəyova Tehran, Salyan Rayon Mərkəzi Xəstəxanasının həkim-terapevti.

Azərbaycan Respublikası, Salyan rayonu”.

“Cənab Prezident.

Hazırda dünyanın ən böyük problemi olan koronavirus pandemiyasının qarşısının alınmasında müdrik addımlar ataraq xalqımızı bu bəladan xilas etdiniz. Sizin “Biz birlikdə güclüyük!” çağırışınız xalqımızın həmrəyliyinə yeni bir nəfəs, güc gətirdi. Azərbaycan xalqı bu aksiyada məsuliyyət, yüksək nizam-intizam və ən başlıcası milli həmrəylik nümayiş etdirdi. Siz hər zaman olduğu kimi, yenə də xalqın yanında oldunuz.

Cənab Prezident, xalq da hər zaman Sizi dəstəkləyir və Sizə təşəkkür edirik. Biz Prezidentimizlə qürur duyuruq. Allah Sizi qorusun.

Hörmətlə,

Rufullayeva Cəmilə Nəsirağa qızı.

Azərbaycan Respublikası, Masallı rayonu”.

“Möhtərəm cənab Prezident.

Xalqımız üçün hər zaman əlinizdən gələni etdiyinizə görə şəxsən öz adımdan, ailəmin və ahıl valideynlərimin adından Sizə dərin minnətdarlığımızı və təşəkkürümüzü bildiririk. Bütün dünyanı bürüyən təhlükəli yeni növ koronavirus pandemiyası bizim ölkəmiz və xalqımızdan da yan keçmədi. Dünyanın iqtisadi cəhətdən ən inkişaf etmiş dövlətləri bu təhlükəli xəstəliyin qarşısında aciz qalib, demək olar ki, çıxılmaz vəziyyətə düşüb, iqtisadi-sosial çətinliklərlə üzləşib.

Pandemiyanın ilk günlərindən Sizin həyata keçirdiyiniz uzaqgörən və çevik qabaqlayıcı tədbirlər nəticəsində dünyadakı bu vəziyyət ölkəmizə və xalqımıza çox az təsir etdi. Respublikamızda təyin edilmiş xüsusi karantin rejiminə və sosial təcrid tədbirlərinə bütün xalqımız ciddi riayət edir. Bu çətin vəziyyətdə aztəminatlı ailələrə 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi, ərzaq yardımlarının edilməsi onları sevindirdi.

Xalqımıza hər zaman dayaq durduğunuza görə Sizə bir daha dərin minnətdarlığımızı və təşəkkürümüzü bildiririk.

Möhtərəm cənab Prezident, biz birlikdə güclüyük. Allah hər zaman Sizi və ailənizi qorusun.

Hörmətlə,

Mənəfova Vüsalə Sabir qızı.

Azərbaycan Respublikası, Salyan rayonu”.

“Hörmətli cənab Prezident.

İki aydır ölkəmiz dünyada hökm sürən COVID-19 virusu ilə mübarizə aparır. Sizin bu çətin dövrdə göstərdiyiniz təşəbbüslər, səylər nəticəsində, İnşallah, bu virusdan azad olarıq. Sizin qayğınız və diqqətinizlə biz birlikdə daha güclü olduq. Biz bu dövr ərzində paylaşmağı, bir-birimizə qayğı, diqqət göstərməyi özümüzə daha çox borc bildik. Sizin kimi Liderimiz olduğuna görə çox şanslı millətik. Siz xalqımızın bu çətin dövründə evdə qalmağımız üçün bizlərə hər cür şərait yaratdınız. Sizin xalqımızın rifahı naminə verdiyiniz qərarlar, etdiyiniz yardımlar çox qayğıkeş, xalqını, millətini düşünən insan olduğunuzu bir daha sübut etdi. Həkimlərimizə, polislərimizə və bütövlükdə koronavirus pandemiyası ilə mübarizə aparan hər bir vətəndaşa dəstək göstərirsiniz. İnşallah, tezliklə bu ağır bəladan qurtularıq və xalqımız yenidən xoş, sevincli, sağlam günlərinə qovuşar. Biz bu günlərə inamla addımlayırıq. Biz birlikdə güclüyük. Mən fəxr edirəm ki, azərbaycanlıyam. Mən fəxr edirəm ki, Sizin kimi xalqını, millətini özündən daha çox düşünən dövlət başçımız və Mehriban xanım kimi Birinci vitse-prezidentimiz var. Allah Sizin kölgənizi xalqımızın başı üzərindən əskik etməsin. Yaşasın Azərbaycan! Yaşasın Prezidentimiz!

Hörmətlə,

Abbasova Ləman Cahangir qızı.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri”.

“Möhtərəm cənab Prezidentimiz.

Son vaxtlar dünyada ən böyük problem olan koronovirus pandemiyası ölkəmizdən də yan keçmədi. Bu infeksiyanın qarşısını alınması məqsədilə dövlətimiz tərəfindən sistemli tədbirlər həyata keçirilmişdir. Məhz Sizin müdrik, uzaqgörən tədbirləriniz nəticəsində qlobal pandemiyanın ölkə ərazisində geniş yayılmasının qarşısı alındı. Bu çətin vaxtda kimliyindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı Sizin qayğınızı hiss etdi. Sizin təşəbbüsünüz nəticəsində vətəndaşlarımızın sağlamlığı qorunub saxlandı.

Cənab Prezidentimiz, Cəbrayıl rayonunun sakinləri bütün bunlara görə Sizə təşəkkür edir. Siz bizə dəstək olduğunuz kimi biz cəbrayıllılar da Sizə daim dəstəkdir. Siz dediyiniz kimi "Biz birlikdə güclüyük!". Bu çətin dövrdə Sizə və ailənizə möhkəm cansağlığı arzu edirik. Allah Sizi qorusun.

Hörmətlə,

Musayev Mahmud Musa oğlu.

Azərbaycan Respublikası, Cəbrayıl rayonu, Böyük Mərcanlı kəndi”.

“Hörmətli cənab Prezident.

Mən indiyədək sadə vətəndaş, adı bir tibb bacısı idim. Ancaq indi ən dəhşətli müharibənin ən qaynar mövqeyində gözəgörünməz düşmənlə döyüşən cəsur bir əsgər olmuşam. Gecə yarısı 39-40 dərəcə istilik və dəhşətli ağrılarla bizə müraciət edən xəstələrə yardım edərkən heç bir virusdan qorxmuruq, çünki biz çox cəsur, çox nizamlı bir Liderin əsgərləriyik.

Cənab Prezident, Sizin tövsiyyələrinizə əsasən, tanıdığım bütün insanlara əsas olaraq təlaşa düşməmələrini xatırladır və mütləq bu xəstəliyə qalib gələcəklərini bildirib, nikbin olmalarını söyləyirəm.

Onu da vurğulamaq istəyirəm ki, bizim səhiyyəmiz həkimsiz, dövlətimiz isə Lidersiz deyil. Ona görə də, biz və xalqımız əminik ki, bu döyüşdən üzüağ, alnıaçıq çıxıb qalib olacağıq.

Möhtərəm Prezident, tibb işçilərini alqışladığınız üçün Sizə bir daha təşəkkür edirəm.

Hörmətlə,

Əliyeva Bəsti Qələndər qızı.

Azərbaycan Respublikası, Göygöl rayonu”.

“Hörmətli cənab Prezident,

Bu günlərdə xalqımıza göstərdiyiniz diqqət və qayğıya, həmçinin bizlərə etdiyiniz ərzaq sovqatına görə Qarabağ müharibəsi əlilləri adından Sizə təşəkkür edirəm.

Hamımız Sizin gecə-gündüz yorulmadan çalışdığınızın şahidiyik. Xalqımız Sizin ətrafınızda sıx birləşərək bu bəla ilə mübarizə aparır. Azərbaycan polisləri, həkimlərimiz Sizin çağırışınıza əsasən müsəlləh əsgər kimi koronavirus infeksiyası ilə mübarizədə ön cəbhədədirlər. Onlar öz səhhətlərini təhlükəyə ataraq, vətəndaşlarımızın sağlamlığının keşiyini çəkir, virusa yoluxma riskini azaltmaq üçün xüsusi karantin rejimi qaydalarına ciddi riayət olunmasına nəzarət edirlər.

Cənab Prezident, Siz xalqımızın sağlamlığını qoruyur, çətin vəziyyətdə olan insanların köməyinə çatır, hamıya yardım əli uzadırsınız. Bütün bunlara görə çox sağ olun.

Hörmətlə,

Muradov Asif Qurban oğlu.

Azərbaycan Respublikası, Göyçay rayonu, İncə kəndi”.



“Möhtərəm cənab Prezident.

Mən bir Azərbaycan vətəndaşı və Azərbaycanda yaşayan 75 min Axısqa türkünün nümayəndəsi kimi bu məktubu Sizə böyük qürur hissi ilə yazıram. Sizin fəaliyyətinizi bütün Axısqa türkləri bəyənir və yüksək qiymətləndirirlər. Biz Sizin apardığınız daxili və xarici siyasəti daim bəyənir və dəstəkləyirik, bundan sonra da dəstəkləyəcəyik. Sizi sevməyimizin və dəstəkləməyimizin səbəbi Azərbaycan xalqının, eləcə də azsaylı xalqlar arasında biz Axısqa türklərinin xoşbəxtliyi və firavan yaşaması üçün yorulmadan çalışmağınızdır.

Azərbaycanın bütün uğurları ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin nəticəsidir. Bu uğurlu siyasətin davamlı olması üçün Sizin kimi dövlət başçısına çox ehtiyacımız var. Yeni növ koronavirus infeksiyasının yayılmasının qarşısın alınması üçün görülən tədbirlərə, vaxtında atılan addımlara, insanların sağlamlığını, təhlükəsizliyini, rahatlığını və rifahını hər şeydən üstün tutduğunuza görə Sizə minnətdarıq. Azərbaycan vətəndaşlarına göstərdiyiniz qayğı ilə bunu bir daha nümayiş etdirdiniz. Gördüyünüz bütün işlərə, ölkəmiz və xalqımız üçün göstərdiyiniz tarixi xidmətlərə görə Axısqa türkləri, Saatlı əhalisi, rayonun Fətəlikənd kəndinin sakinləri adından, şəxsən öz adımdan və ailəmin adından Sizə və birinci xanım Mehriban Əliyevaya sonsuz minnətdarlığımızı bildiririk. Allah Sizləri qorusun, cənab Prezident.

Dərin hörmətlə,

İsayev Məhəmməd Cəngiz oğlu.

Azərbaycan Respublikası, Saatlı rayonu, Fətəlikənd kəndi”.



“Əziz Prezidentimiz.

Şirvan şəhərinin Hacıqəhrəmanlı qəsəbəsinin sakinləri adından və şəxsən öz adımdan Sizə dünyada və eləcə də Azərbaycandakı çətin günlərdə xalqımıza göstərdiyiniz diqqət və qayğı üçün təşəkkür edirik.İnşallah, bu çətin günlər tezliklə geridə qalacaqdır.

Biz həmişə Sizinləyik. Xalqın duası, Allahın nəzəri Sizin və ailənizin üzərində olsun.Heydər Əliyev Fondunun da bu çətin günlərdə xalqımıza maddi və mənəvi dəstəyi uzun müddət yaddaşlardan silinməyəcək. Tutduğunuz bu şərəfli yolda Sizə uzun ömür, cansağlığı, işlərinizdə müvəffəqiyyətlər arzu edirik.

Hörmətlə,

Qasımova Fatma Məhəmmədəli qızı.

Azərbaycan Respublikası, Şirvan şəhəri”.



“Hörmətli cənab Prezident.

Siz həmişə Azərbaycan xalqını düşünür və onun sağlam gələcəyi naminə bütün tədbirləri görür, ona qayğı göstərirsiniz. Siz ölkəmizdə virusun yayılmasının qarşısının alınması üçün çox vacib və ciddi addımlar atdınız. Karantin rejiminin tətbiqi, tibb işçilərinin əməkhaqlarının artırılması, aztəminatlı ailələrə maddi və ərzaq yardımlarının edilməsi, tələbələrin təhsil haqqlarının dövlət büdcəsi hesabına ödənilməsi Sizin xalqımızı sevməyinizin bariz nümunələridir.

Cənab Prezident, Azərbaycan xalqı, o cümlədən Sabirabad, Şamaxı sakinləri daim Sizin yanınızdadırlar. Xalqımız Sizin rəhbərliyinizlə bir çox çətinliklərin öhdəsindən gəlib, Allahın köməyi ilə bu bəladan da xətasız sovuşacağıq.

Möhtərəm cənab Prezident, şəxsən öz adımdan, Sabirabad və Şamaxı rayonlarının çoxsaylı sakinləri adından Sizə təşəkkürümüzü bildiririk. Qoy, Ulu Tanrı Sizi qorusun.

Hörmətlə,

Şirinova Mərziyyə Cəmal qızı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin əməkdaşı. Azərbaycan Respublikası, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi”.



“Möhtərəm cənab Prezident.

Azərbaycan xalqı həmişə Sizə arxalanıb, Sizə güvənib. Dünyada geniş vüsət almış yeni növ koronavirus pandemiyasının ölkəmizdə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Sizin rəhbərliyinizlə görülən qabaqlayıcı və təxirəsalınmaz tədbirlər bütün ölkə əhalisi kimi, biz qaxlılar tərəfindən də müsbət qarşılanır. Bu sahədə görülən işlər - Nazirlər Kabineti yanında Operativ Qərargahın yaradılması, xüsusən də dünya azərbaycanlılarının həmrəyliyinin bariz nümunəsinə çevrilən Koronavirusla Mübarizəyə Dəstək Fondunun təsis edilməsi, həmçinin "Yeni klinika" tibb müəssisəsinin açılışındakı çıxışınız bir daha sübut edir ki, Siz daim xalqımızı düşünür, hər bir vətəndaşın qayğısına qalır, onun sağlamlığını hər şeydən üstün tutursunuz. Məhz Sizin gərgin əməyinizin və düzgün siyasi strategiyanızın nəticəsidir ki, səhiyyə sistemində davamlı olaraq aparılan islahatlar, tibb mərkəzlərinin maddi-texniki bazasının gücləndirilməsi, tibb işçilərinin peşəkarlığının artırılması istiqamətində görülən işlər, yeni xəstəxanaların tikilməsi koronavirus pandemiyası dövründə xalqın sağlamlığının qorunmasına və bu bəladan daha az itkilərlə xilas olmasına şərait yaradıb. Bütün bunlar Sizin xalqın rifahını, sağlamlığını, Vətənə sevginizi hər şeydən üstün tutmağınızın bariz nümunələridir.

Cənab Prezident, koronavirusa qarşı mübarizə tədbirləri sahəsində imzaladığınız sərəncamlar, dövlət və qeyri-dövlət sektorunda işləyənlərin əməkhaqları saxlanılmaqla məşğulluğunun təmin edilməsi, ödənişli ictimai iş yerlərinin yaradılması, işsizlərə birdəfəlik sosial yardımların verilməsi, bir sözlə, pandemiya dövründə ən düzgün strategiyanın seçilməsi ilə bütün Azərbaycan vətəndaşları özlərini daha təhlükəsiz hiss edirlər. Bu səbəbdəndir ki, insanlar arasında təşviş yoxdur. Siz bir daha sübut etdiniz ki, siyasətinizin mərkəzində Azərbaycan vətəndaşı dayanır.

Hörmətli cənab Prezident, zaman bir daha göstərdi ki, Siz həmişə olduğu kimi, bu çətin günlərdə də xalqımızın yanında oldunuz. Sizin "Biz birlikdə güclüyük!" çağırışınız azərbaycanlıları birləşdirdi. Fəxr edirik ki, xalqını sevən, millətinə bağlı, ölkəsinin qüdrətini daha da artıran əvəzolunmaz liderimiz var. Doğrudan da biz Sizinlə güclüyük, varlığınızdan güc alırıq. Sizə və ailənizə möhkəm cansağlığı və uzun ömür diləyirik. Tanrı Sizi qorusun.

Dərin Hörmətlə,

İsmayılova Nazlı Zəkəriyyə qızı.

Azərbaycan Respublikası, Qax rayonu”.



“Cənab Prezident.

Biz ağbirçək analar indiki xəstəlik dövründə Sizin uzaqgörənliyiniz və müdrikliyiniz ilə vaxtında verilən hər bir qərarınızı dəstəkləyirik. Biz – yaşı 65-i ötmüş analar çox xoşbəxtik ki, özümüzdən də artıq qayğımızı çəkən, bizə arxa duran, sağlamlığımızı qoruyan Prezidentimiz var. Bu çətin günlərdə bir çağırışınızla xalqımızı ətrafınızda birləşməyə ilhamlandırdınız, Sizə olan inamını artırdınız. Bir valideynin övladına məhəbbəti azalmadığı kimi, Sizin də xalqımıza göstərdiyiniz qayğı, məhəbbət gündən-günə artır. Çünki Siz müdrik rəhbərin müdrik oğlusunuz.

Göstərdiyiniz qayğıya, məhəbbətə görə çox sağ olun. Sizə son dərəcə minnətdarıq. Allah Sizi və ailənizi qorusun.

Siz xalqın hər bir nümayəndəsinin, - istər yaşlı, istər uşaq, istərsə də məhbus olsun, - sağlamlığını düşünürsünüz.

Çox sağ olun, əziz Prezidentimiz! Sizi çox sevən bir ana kimi Sizə minnətdaram. İnanıram ki, inşallah, bu çətin günlərdən tezliklə xilas olacağıq. İnanıram ki, qəlbimdən gələn bu səmimi sözlər mənim kimi minlərlə ananın sözləridir. Biz analar Sizi dəstəkləyirik. Çünki biz birlikdə güclüyük. Allaha əmanət olun.

Hörmətlə,

Mürsəliyeva Gülnamə Əlağa qızı.

Azərbaycan Respublikası, Kürdəmir rayonu.



“Çox hörmətli cənab Prezident.

Ulu öndər Heydər Əliyevlə 3 dəfə və Ağsu rayonuna səfəriniz zamanı, nəhayət, Sizinlə görüşə bildiyim üçün özümü xoşbəxt sayıram. Mən və ailəm Sizinlə fəxr edirik. Rəhbərliyiniz dövründə Mehriban xanımla bərabər Azərbaycanımız üçün gecə-gündüz yorulmadan çalışmağınızı yüksək qiymətləndiririk. Dünya ölkələri və liderləri arasında zirvədə olmağınızdan qürur duyuruq.

Xalqımızın rifahı, dövlətimizin bütövlüyü naminə apardığınız daxili və xarici siyasətiniz əvəzsizdir. Aparılan kadr siyasəti, dövlət işləri və nəhayət, dünyanı ağuşuna almış pandemiya ilə bağlı gördüyünüz kompleks tədbirlər Sizi dünyanın və xalqın gözündə bir daha ucaltdı.

Bu uğurlarınız işğal altındakı Qarabağ torpaqlarının azad edilməsi istiqamətində fəaliyyətinizdə də davam etdirməyinizi arzulayırıq.

Allahdan Sizə uzun ömür diləyir, bir daha təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Sabirov Cüməqulu.

Azərbaycan Respublikası, Ağsu rayonu, Təklə kəndi”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi