xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:21 – Prezidentdən göstəriş: geniş islahat paketi hazırlanır 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 
  • 12:25 – İlham Əliyev Şimali Makedoniya Prezidenti ilə görüşüb 

Səttar Mehbalıyev: Bu gün AHİK ölkədəki bütün demokratik, siyasi dəyişikliklərin iştirakçısıdır

1-02-2020, 01:32 204 dəfə baxılıb

Səttar Mehbalıyev: Bu gün AHİK ölkədəki bütün demokratik, siyasi dəyişikliklərin iştirakçısıdır


AHİK-in sədri Səttar Mehbalıyev - İlk növbədə qeyd edim ki, Ulu öndərin hakimiyyəti dövründə respublikamızın ictimai, siyasi, iqtisadi, mədəni, mənəvi tərəqqisində misilsiz nailiyyətlər qazanılıb. Bütün varlığı ilə Vətəninə, xalqına bağlı olan Heydər Əliyev hələ bundan sonra onilliklər boyu Azərbaycan xalqına yol göstərəcək, fayda verəcək qiymətli irs yaradıb. Ümummilli lider hazırda aparıcı dünya dövlətlərinin hesablaşdığı respublikamızın hərtərəfli inkişafının əsasını qoyub. Ulu öndər Heydər Əliyevin ideyaları hazırda Onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən həyata keçirilir və yeni-yeni uğurlara yol açır.

Müstəqil Azərbaycanın məhz cənab İlham Əliyevin rəhbərliyi ilə ciddi uğurlara imza atması, sürətli iqtisadi inkişaf tempi ilə dünyada lider mövqelərə yüksəlməsi də dövlət idarəçiliyinin uzun illər ərzində formalaşmış, təcrübədən uğurla çıxmış təkmil mexanizmlər əsasında həyata keçirilməsi nəticəsində mümkün olub. Ümummilli liderin ciddi elmi təməllərə söykənən inkişaf strategiyasını inamla davam etdirən cənab İlham Əliyev qısa müddətdə Azərbaycanı Cənubi Qafqaz regionunun ən sürətlə inkişaf edən qüdrətli dövlətinə çevirib.

Bu gün ölkəmizin suverenliyini, inkişafını möhkəmləndirən və ona beynəlxalq arenada nüfuz qazandıran ən mühüm və səmərəli amillərdən biri də multikulturalizm və tolerantlıqdır.

Səttar Mehbalıyev: Bu gün AHİK ölkədəki bütün demokratik, siyasi dəyişikliklərin iştirakçısıdır


Sözsüz ki, beynəlxalq aləmdə baş verən proseslərin gərginləşdiyi, dünya birliyini narahat edən müharibə və münaqişələr, hərbi toqquşmalar, beynəlxalq terrorçuluq kimi hadisələrin olduğu və nəticə olaraq insanların öz evlərini tərk etmək məcburiyyətində qaldığı bir dövrdə ölkələrin öz sabitliyini qoruyaraq beynəlxalq arenada nüfuz qazanması olduqca çətin bir prosesdir. Azərbaycan isə bu çətin missiyanın öhdəsindən layiqincə gələn və hətta dünyaya yeni model nümayiş etdirən bir ölkəyə çevrilməyi bacarıb.

Azərbaycan Prezidenti son 17 il ərzində müstəqil siyasətinə tam sadiqlik nümayiş etdirərək dövlət və xalq qarşısında öz missiyasını ləyaqətlə yerinə yetirdi. Əlbəttə ki, cənab Prezidentin həyata keçirdiyi siyasətin uğurlarını xalqımız görür və qiymətləndirir. Cənab İlham Əliyev hər addımında milli maraq və mənafeləri üstün tutur, ölkə vətəndaşlarının arzu və istəklərini gerçəkləşdirmək üçün əzmkarlıqla çalışır. Azərbaycan Prezidentinin fəaliyyətinin əsas qayəsi də xalqa və dövlətə sədaqətli, layiqli xidmət prinsipi üzərində qurulub. Əminliklə demək olar ki, cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqını uğurlu gələcəyə aparan bu siyasət növbəti illərdə də davam etdiriləcək, böyük nailiyyətlərə imza atılacaq, müstəqil dövlətimizin beynəlxalq aləmdə nüfuzu daha da artacaq.


Səttar Mehbalıyev: Bu gün AHİK ölkədəki bütün demokratik, siyasi dəyişikliklərin iştirakçısıdır


Respublikamız müstəqillik qazandıqdan sonra ölkənin bütün sahələrində olduğu kimi həmkarlar ittifaqlarında da islahatların həyata keçirilməsi zərurəti yaranmışdır. 1992-ci ildə Səttar Mehbalıyevin rəhbərliyi ilə Azərbaycan Həmkarlar İttifaqları Şurasının və ümumilikdə həmkarlar ittifaqlarında struktur islahatlarının aparılması və yeni nizamnamənin hazırlanması məqsədi ilə təşkilat komissiyası yaradılmış və 1993-cü ilin fevralında AHİK-in təsis qurultayı keçirilmişdir.

Səttar Mehbalıyev AHİK-in sədri seçildikdən sonra həmkarlar ittifaqında islahatların aparılmasında, onun əmlakının qorunub saxlanılmasında, "Həmkarlar İttifaqları haqqında" Azərbaycan Respublikası qanununun qəbul edilməsində, həmkarlar ittifaqlarının nüfuzunun möhkəmləndirilməsində, transmilli şirkətlərdə həmkarlar ittifaqının yaradılmasında müstəsna əmək sərf etmişdir. Səttar Mehbalıyevin səyi nəticəsində AHİK MDB məkanında Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasına ilkin üzv olan təşkilatlardan biridir.

Səttar Mehbalıyev - AHİK-in müstəqil qurum kimi formalaşması məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ümummilli Liderin şəxsi təşəbbüsü və nəzarəti altında 1994-cü ilin fevralında postsovet məkanında ilk dəfə olaraq Azərbaycanda “Həmkarlar ittifaqları haqqında” Qanunun qəbul edilməsi ilə həmkarlar ittifaqlarının cəmiyyətdəki yeri və statusu müəyyən olundu. Bu qurumun fəaliyyətini həmişə diqqət mərkəzində saxlayan Ulu Öndər ona yardım göstərir, Konfederasiyanın qurultaylarına təbrik məktubları göndərir, əldə olunmuş nailiyyətləri yüksək qiymətləndirir, zəruri tövsiyələr verirdi.
- Ümummilli Liderin inkişaf strategiyasını uğurla həyata keçirən Prezident İlham Əliyevin həmkarlar ittifaqlarının sosial-iqtisadi məsələlərlə bağlı mövqeyini dəstəkləməsi və bu sahədə mühüm qərarlar qəbul etməsi qurumun həyatında xüsusi rol oynayıb. Azərbaycan Prezidentinin həmkarlar ittifaqlarının fəaliyyətinə xüsusi diqqət yetirərək, dövlətimizin başçısının sərəncamları ilə həmkarlar ittifaqlarında xidmətləri olan şəxslərin yüksək fəxri adlar, orden və medallarla təltif edirək bizlərin yanında olduğunu bir daha təsdiqləyir.

Səttar Mehbalıyev: Bu gün AHİK ölkədəki bütün demokratik, siyasi dəyişikliklərin iştirakçısıdır


Qanuni dövlət hakimiyyətini zorla devirmək məqsədi güdən birliklər istisna olmaqla, hər kəs birlik, o cümlədən həmkarlar ittifaqı yaratmaq və ya ona daxil olmaq, sərbəst fəaliyyət göstərmək hüququna malikdir. Heç kəs həmkarlar ittifaqlarına daxil olmağa və onun üzvlüyündə qalmağa məcbur edilə bilməz. Həmkarlar ittifaqlarının fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiyası, "Həmkarlar İttifaqları haqqında" Azərbaycan Respublikasının Qanunu və həmkarlar ittifaqlarının fəaliyyətinə aid olan başqa qanunvericilik aktları ilə tənzimlənir. Həmkarlar ittifaqlarının Beynəlxalq hüquq normalarında və BƏT-nın konvensiyalarında hamılıqla qəbul edilmiş hüquqları nəzərdə tutulmuşdur.
Azərbaycanda fəaliyyət göstərən həmkarlar ittifaqları, 1993-cü ildə həmkarlar ittifaqlarının qurultayında təsis edimiş Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) birləşirlər. AHİK 1992-ci ildən hökümət və işəgötürənlər birlikləri ilə birlikdə BƏT-ında təmsil olunur, 2000-ci ildən Beynəlxalq Azad Həmkarlar İttifaqları Konfederasiyasının üzvüdür. AHİK özündə otuza yaxın sahə həmkarlar ittifaqlarını birləşdirir.
Həmkarlar ittifaqları istehsal və qeyri istehsal sahələrində çalışan işçilərin, pensiyaçıların və təhsil alan şəxslərin əmək, sosial və iqtisadi hüquqlarını və qanuni mənafelərini müdafiə edən, dövlət orqanlarından, siyasi partiyalardan və ictimai birliklərdən asılı olmadan fəaliyyət göstərən müstəqil, ictimai və qeyri-siyasi təşkilatdır. Həmkarlar ittifaqları öz üzvlərinin əmək hüquqlarını da müdafiə edir, dövlət məşğulluq siyasətinin hazırlanmasında iştirak edirlər. Həmkarlar ittifaqları kollektiv müqavilələrin hazırlanması və bağlanması zəruriliyi haqqında qərar qəbul edirlər və bu müqavilənin tərəfi kimi çıxış edirlər. Əmək, sosial və iqtisadi münasibətlərin tənzimlənməsi məqsədilə, müddəti bir ildən üç ilədək olmaqla, Azərbaycan Həmkarlar ittifaqı Konfederasiyası, Azərbaycan Respublikası Nazirlər Kabineti və Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları arasında bağlanan Baş Kollektiv Sazişlərin xüsusi əhəmiyyəti vardır və bu sazişlərə əsasən əmək haqlarının, minimum əmək haqqı məbləğinin, yaşayış minimumu məbləğinin, ehtiyac meyarı məbləğinin artırılması, əmək bazarının inkişafı, mövcud iş yerlərinin saxlanılması, yeni iş yerlərinin açılması, əmək şəraitinin yaxşılaşdırılması, sosial adaptasiyaya ehtiyacı olan təbəqələrin müdafiəsinin təşkil olunması, əhalinin məşğulluğunun təminatları, əmək hüquqlarının müdafiəsi, əməyin mühafizəsi və sairə məsələlər barədə tərəflər öhdəliklər qəbul edib həyata keçirməlidirlər.

İşçilərin sayı və ştatlar ixtisar edildikdə, peşəkarlıq səviyyəsinin, ixtisasın kifayət dərəcədə olmadığına görə işçi tutduğu vəzifəyə uyğun gəlmədiyi halda, işəgötürən tərəfindən əmək müqaviləsinin ləğvi, işçinin üzv olduğu həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla həyata keçirilməlidir. Həmkarlar İttifaqları həmçinin yaranan kollektiv əmək mübahisələrinin həllində bir tərəf kimi çıxış edir və əmək mübahisələrinin qanuni və ədalətli həllinə nail olmaq məqsədilə tətillər, habelə qanunvericiliklə nəzərdə tutulan qaydada sərbəst toplaşaraq digər kütləvi tədbirlər keçirmək hüququna malikdirlər.
Həmkarlar ittifaqları səlahiyyətləri daxilində, qanunvericiliklə nəzərdə tutulan qaydada əmək, sosial və iqtisadi hüquqların və qanuni mənafelərin təmin edilməsində ictimai nəzarəti həyata keçirirlər və bu ictimai nəzarətə mane olunması Azərbaycan Respublikası qanunvericiliyinə əsasən yolverilməzdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi