xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:46 – Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Fotolar 
  • 12:56 – Prezidentdən qurultay iştirakçılarına - Müraciət 
  • 12:09 – Prezidentlər təkbətək görüşdü - Fotolar 
  • 12:03 – Prezident həmkarını qarşıladı - Fotolar 

Azərbaycan və Türkmənistan arasında əməkdaşlıq genişlənir: Ticarət dövriyyəsi üç dəfədən çox artıb

22-08-2025, 09:54 5 dəfə baxılıb



"Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun dəvəti ilə avqustun 22-də Türkmənistana işgüzar səfərə gedib. Türkmənistan Azərbaycanın Mərkəzi Asiyada əsas ticarət tərəfdaşlarından biridir. 2024-cü ildə enerji qiymətləri və həcminin azalmasının ticari əlaqələrimizə təsirlərinə rəğmən ötən il qarşılıqlı dövriyyə 2021-ci illə müqayisədə 3 dəfədən çox artıb".

Bu sözləri millət vəkili Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, belə ki, ölkələr arasında ticarət dövriyyəsi 2021-ci ildə 105.1 milyon dollar, 2022-ci ildə 535.2 milyon dollar, 2023-cü ildə 773.9 milyon dollar və nəhayət 2024-ci ildə 383.7 milyon dollar olub:

"Ötən il Mərkəzi Asiya dövlətləri arasında 470.4 milyon dollarlıq idxal və ixracımız olan Qazaxıstandan sonra ikinci ən böyük ticarət əməkdaşlığı Türkmənistan ilə qeydə alınıb. 2023-cü ildə isə həmin regionda Azərbaycanın ən böyük ticarət dövriyyəsi Türkmənistan ilə olub Göründüyü kimi, dövlətlər bir-birləri üçün vacib tərəfdaşlar olmaqla yanaşı, əməkdaşlığın daha da genişləndirilməsi üçün kifayət qədər böyük potensial var.

Azərbaycan Prezidentinin səfərinin iki ölkə arasında münasibətlərin daha da dərinləşməsinə səbəb olmaqla yanaşı, qarşılıqlı əlaqələrdə yeni səhifə açacağı gözlənilir. Türk dünyası yaxınlaşır, daha da güclənir".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 Valyuta məzənnəsi