xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:21 – Prezidentdən göstəriş: geniş islahat paketi hazırlanır 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 
  • 12:25 – İlham Əliyev Şimali Makedoniya Prezidenti ilə görüşüb 

AHİK-də silsilə tədbirlər davam edir - ÖZƏL

28-02-2023, 15:52 35 dəfə baxılıb

AHİK-də silsilə tədbirlər davam edir - ÖZƏL


Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ailələrinə, qazilərə diqqət və qayğı dövlətin prioritetidir. Hər zaman şəhid ailələrinə, qazilərimizə xüsusi həssaslıqla yanaşan Prezident İlham Əliyev onların hərtərəfli təminatı üçün bir sıra fərman və sərəncamlar imzalayıb.

Bir çox şəxlər də var ki, bu işi özünə Vətən borcu kimi bilir və Şəhid ailələrinə, qazilərə, həmçinin müharibə veteranlarına əlindən gələn köməklikləri edirlər. Onlardan biri də ATİAHİ Respublika Komitəsinin sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevdir.

Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Səttar Möhbalıyevin diqqətindədir.

“Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir.

ATİAHİ Respublika Komitəsi Rəyasət Heyətinin genişləndirilmiş iclası keçirilib

AHİK-də silsilə tədbirlər davam edir - ÖZƏL


Fevralı 28-də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsi Rəyasət Heyətinin genişləndirilmiş iclası keçirilib.
İclasa ATİAHİ Respublika Komitəsinin sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev sədrlik edib.
Gündəliyə 2022-ci ildə “ATİAHİ Respublika Komitəsində və üzv təşkilatlarda vətəndaşların qəbulu, ərizə və şikayətlərinə baxılmasının vəziyyəti barədə”, “ATİAHİ Respublika Komitəsinin 2022-ci ilə dair ümumi illik statistik hesabatının təsdiqi barədə”, “2022-ci ilin yekunlarına görə ATİAHİ Respublika Komitəsinin büdcəsinin yerinə yetirilməsi barədə” və digər məsələlər daxil edilib.
Gündəliyə daxil edilən məsələlərin hər biri ilə bağlı ətraflı məlumat verilib və müvafiq qərarlar qəbul edilib.
Sonda Səttar Möhbalıyev Rəyasət Heyəti üzvlərinə bir sıra tövsiyə və tapşırıqlarını verib.

AHİK-də silsilə tədbirlər davam edir - ÖZƏL
AHİK-də silsilə tədbirlər davam edir - ÖZƏL
AHİK-də silsilə tədbirlər davam edir - ÖZƏL


“Nə? Harada? Nə zaman?” intellektual oyunu və futzal yarışının qalibləri mükafatlandırılıb

AHİK-də silsilə tədbirlər davam edir - ÖZƏL


Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi (ATİAHİ RK) tərəfindən ali məktəb tələbələri arasında təşkil olunmuş ənənəvi “Nə? Harada? Nə zaman?” intellektual oyunu, futzal yarışı və “İlin peşəkar gənci” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Tədbirdə çıxış edən ATİAHİ RK-nın sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev bildirib ki, Komitə 10 ildən artıqdır ki, ali məktəb tələbələri arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə həmkarlar ittifaqı kuboku uğrunda turnir və futzal yarışları təşkil edir: “Bu tədbirlərin iştirakçıları gənclərdir. Belə tədbirlərin təşkilində əsas məqsəd gənclərin asudə vaxtının səmərəli təşkili, onlarda elmə, savada marağın artırılması, sağlam həyat tərzinin təbliğ edilməsi, biliklərini, savadlarını artırmaq, elmin, texnikanın incəliklərinə yiyələnməklə yanaşı, onların layiqli vətəndaş olmalarına töhfə verməkdir”.
S.Möhbalıyev qeyd edib ki, gənclərimizin sağlam, savadlı böyüməsi, onların peşəkarlıq səviyyəsinin artırılması, əsl vətəndaş kimi yetişmələri Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasətinin əsas istiqamətlərindən biridir.
ATİAHİ Respublika Komitəsinin gənclərlə bağlı fəaliyyətindən danışan S.Möhbalıyev vurğulayıb ki, Respublika Komitəsi tərəfindən hər il müxtəlif festivallar, spartakiadalar, elmi-praktik konfranslar, fənn olimpiadaları, inşa müsabiqələri, idman yarışları keçirilir, gənclərin sosial problemlərinin həlli, istedadlı gənclərin üzə çıxarılması və onların potensial imkanlarının genişləndirilməsi ilə bağlı maraqlı tədbirlər təşkil olunur: “Həmkarlar ittifaqı təşkilatı tərəfindən təşkil olunan bu tədbirlərdə iştirak edən gənclərin sayının hər il əhəmiyyətli dərəcədə artması, onların bu tədbirlərə göstərdiyi maraq bizi gələcəkdə bu istiqamətdə təşkil olunan tədbirlərin sayının artırılmasına, əhatə dairəsinin genişləndirilməsinə ruhlandırır”.
S.Möhbalıyev həmçinin əlavə edib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2023-cü il “Heydər Əliyev İli” elan edilib və bununla əlaqədar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və onun üzv təşkilatları tədbirlər planı hazırlayıblar.
Sonda qaliblər mükafatlandırılıb. Onlara fəxri fərman və qiymətli hədiyyələr verilib.

AHİK-də silsilə tədbirlər davam edir - ÖZƏL
AHİK-də silsilə tədbirlər davam edir - ÖZƏL
AHİK-də silsilə tədbirlər davam edir - ÖZƏL
AHİK-də silsilə tədbirlər davam edir - ÖZƏL
AHİK-də silsilə tədbirlər davam edir - ÖZƏL
AHİK-də silsilə tədbirlər davam edir - ÖZƏL
AHİK-də silsilə tədbirlər davam edir - ÖZƏL






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi