xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:21 – Prezidentdən göstəriş: geniş islahat paketi hazırlanır 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 
  • 12:25 – İlham Əliyev Şimali Makedoniya Prezidenti ilə görüşüb 

Ədalət Hacıyev Şəhid ailələrinə, qazilərə, həmçinin müharibə veteranlarına əlindən gələn köməklikləri edir

22-02-2023, 16:12 37 dəfə baxılıb

Ədalət Hacıyev Şəhid ailələrinə, qazilərə, həmçinin müharibə veteranlarına əlindən gələn köməklikləri edir


Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ailələrinə, qazilərə diqqət və qayğı dövlətin prioritetidir. Hər zaman şəhid ailələrinə, qazilərimizə xüsusi həssaslıqla yanaşan Prezident İlham Əliyev onların hərtərəfli təminatı üçün bir sıra fərman və sərəncamlar imzalayıb.

Bir çox şəxlər də var ki, bu işi özünə Vətən borcu kimi bilir və Şəhid ailələrinə, qazilərə, həmçinin müharibə veteranlarına əlindən gələn köməklikləri edirlər. Onlardan biri də Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Ədalət Hacıyevdir.

Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Ədalət Hacıyevin diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir.

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Ədalət Hacıyev - Fevralın 18-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda keçirilən plenar iclasda Ermənistan rəhbərliyi yenidən rəzil duruma düşdü. Moderatorun ona xüsusi imtiyazla yanaşmasına baxmayaraq Prezident İlham Əliyevin tutarlı arqumentləri qarşısında mənasız söz yığımından başqa heç bir şeyə yaramayan nitqi ilə Paşinyan özünü və havadarlarını yenidən pis vəziyyətdə qoymuş oldu. Qeyd edək ki, Paşinyan yenə də Laçın yolu ilə bağlı əsassız iddialar irəli sürdü. Eyni hava, eyni sızıltılar, erməni xislətindən doğan ağlaşmalar onun əsaslı bir arqumetə malik olmadığını göstərdi. 10 noyabr sazişində Laçın dəhlizi ilə bağlı “çox dəqiq müddəalar” olduğunu göstərən Paşinyan nədənsə həmin sazişdəki digər dəqiq müddəalardan yan keçməyə üstünlük verdi. Humanitar fəlakət, enerji böhranı kimi populist ifadələrin cavabı isə konkret və qəti oldu.

Prezident İlham Əliyev blokada əfsanəsini puça çıxararaq bildirdi ki, əgər həqiqətən orada blokada şəraiti varsa, Rusiyadan ixrac edilmiş Vardanyan İrəvana və Moskvaya hansı yolla gedib gələ bilir? Cənab Prezident: “Çünki heç kim onun Qarabağda necə peyda olduğunu, İrəvana qayıtmağa, oradan Moskvaya və yenidən İrəvana, sonra isə Qarabağa qayıtmağa necə çalışdığını və buna nail olduğunu bilmir. Təkcə bu fakt blokadanın olmadığını göstərir. Blokadanın olmadığını göstərən ikinci fakt ondan ibarətdir ki, dekabrın 12-dən bizim vətəndaş cəmiyyəti fəallarımız keçid məntəqəsinə gələndən indiyədək 2500-dən çox nəqliyyat vasitəsi, o cümlədən Rusiya sülhməramlılarının və Qırmızı Xaçın təmsilçilərinin yük avtomobilləri keçib. Qarabağdan demək olar ki, 100 pasiyent müalicə üçün Qırmızı Xaç tərəfindən Ermənistana aparılıb. Beləliklə, yol açıq olduğu halda biz bunu necə blokada adlandıra bilərik?! Əgər Qarabağdakı ermənilər bu yoldan istifadə etməyə çalışsalar, əminəm ki, onları heç kim dayandırmayacaq”-deyə, fikrinin tam əsaslı və arqumentli şəkildə iştirakçılara çatdırmış oldu.

Cənab Prezidentin həm BMT Nizamnaməsinə, həm də Təhlükəsizlik Şurasının qətnamələrinə əsasən Azərbaycanın torpaqlarını işğaldan azad etdiyini, işğalçı Ermənistana son 28 ildə heç bir sanksiya tətbiq edilmədiyini və beynəlxalq qurumların Ermənistanın törətdiyi cinayətlərə səssiz qaldığını bir daha dünyaya bəyan etdi. Cənab Prezident Azərbaycanın daxili məsələsi kimi Qarabağ erməniləri ilə bağlı müzakirələrin aparılmasının vacibliyini qeyd etdi, lakin bu müzakirələrin Rusiyadan qaçaq yolla Xankəndinə gətirilən cinayətkar Vardanyanla deyil, Qarabağın erməni sakinləri ilə mümkün olacağını bildirdi.

Həmçinin Rusiya-Ukrayna müharibəsinə münasibət bildirən cənab İlham Əliyev qeyd etdi ki, əgər 30 il bundan əvvəl işğalçı Ermənistana qarşı sanksiya tətbiq edilsəydi, bu gün belə bir müharibənin başlanma ehtimalı da olmazdı. Bəli, cənab Prezident, Qərbi, necə deyərlər, öz silahı ilə vurmuş oldu: “Ermənistan 27 il ərzində Azərbaycan ərazisinin 20 faizini işğal altında saxladı, beynəlxalq hüququ pozdu, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etmədi və ona qarşı heç bir sanksiya tətbiq olunmadı. Biz hər zaman müharibənin qarşısını almaq üçün Ermənistana qarşı sanksiyaların tətbiq olunmasını istəyirdik. Biz Minsk qrupunun nəticə əldə etməsini gözləyirdik, BMT Təhlükəsizlik Şurasının öz qətnamələrinə hörmət etmələrini gözləyirdik. Lakin biz heç bir hərəkətin olmadığını gördük və ümumi fikir bundan ibarət idi ki, bu münaqişə dondurulmuşdur. Beləliklə, biz onun dondurulmadığını sübut etdik. Biz ləyaqətimizi, ərazi bütövlüyümüzü və ədaləti bərpa etmək, BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etmək üçün döyüşməli, 3 min həyatı qurban verməli olduq. Ona görə də biz, sadəcə, Qarabağda bugünkü vəziyyəti və ya oradakı erməni icması ilə əlaqələrimizi kontekstdən çıxararaq 30 illik işğalı, Livan böyüklüyündə ərazinin tamamilə xarabalıqlar içində olduğunu unutmamalıyıq. Bu, yadplanetlilər tərəfindən edilməyib, gəlib bizim torpağımızı işğal etmiş, bir milyon azərbaycanlını evindən didərgin salmış, 67 məsciddən 65-ni dağıtmış, onları təhqir etmiş qonşularımız tərəfindən edilib-deyə cənab Prezident həm Paşinyanın, həm də ona xüsusi imtiyaz tanıyan moderatorun cavabını verdi. Bu məsələdə də Nikol Paşinyan gülünc vəziyyətdə qaldı. Nala-mıxa vuran Paşinyanın ermənilərin törətdiyi əməlləri sovet hakimiyyətinin ayağına yazmaq cəhdi də gülünc cəhddən başqa bir şey olmadı.

Azərbaycanın suveren hüquqlarını xatırladan ölkə başçısı Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati vahidin olmamasını qeyd edib hər bir ölkəni Azərbaycan Konstitusiyasına hörmət etməyə, Azərbaycanın daxili işlərinə qarışmamağa çağırdı.

Minsk qrupunun artıq tarixə qovuşduğu bir zamanda danışqıların ən optimal formatı olan Brüssel danışıqlarına diqqəti yönəldən cənab Prezident Fransanın mövqeyini diplomatik yolla, həm də çox sərt şəkildə qınayaraq, əslində kimlərin sülhə mane olduğunu göstərdi. Cənab Prezidentin aydın, lakonik və arqumentli çıxışına cavab da verə bilmədilər. Çünki haqsız idilər. Ölkə başçısı bununla da bir strateq kimi reallıqlardan çıxış etdiyini isbatlamış oldu. Nəticə isə düşündürcü idi: əgər Cənubi Qafqazda həqiqətən sabitlik və sülh istəyirsinizsə, reallıqlarla barışmalısınız.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi