Yusif Xəlilov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir
15-02-2023, 10:08
223 dəfə baxılıb
Çox pis zəmanədə yaşayırıq. Vəzifə, səlahiyyət sahibi olanlar arasında onlara yuxarılardan və aşağılardan olan inam və etimadı doğruldanları barmaqla saymaq olar. Ömrünü-gününü bu müqəddəs amala həsr edənlər, həmin barmaqla sayılanlar arasında Gəncə şəhər S.Vəliyev adına 34 nömrəli tam orta məktəbinin direktoru Yusif Xəlilov adının olması kimsəyə sirr deyil. Kişi əsl saflıq, təmizlik nümunəsidir.
Yusif Xəlilovun hər bir rəhbər şəxsə əsl nümunə, görk olan yüksək məziyyətlərindən danışmaqla onun portretinin cizgilərini cızmaq belə mümkün deyil. Bir də sözümüzü tərsə başa düşməyələr. O portreti cızılacaq adam kimsənin xəyalından belə “inanan daşa dönsün” fikri o böyük ürək sahibinə qarşı çox böyük hörmətsizlik olardı.
Gəncə şəhər S.Vəliyev adına 34 nömrəli tam orta məktəbinin direktoru Yusif Xəlilov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Yusif Xəlilov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Gəncə şəhər S.Vəliyev adına 34 nömrəli tam orta məktəbinin direktoru Yusif Xəlilova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
Son günlər bəzi internet saytlarında Gəncə şəhər S.Vəliyev adına 34 nömrəli tam orta məktəbinin direktoru Yusif Xəlilov ilə bağlı böhtan xarakterli məlumatlar dərc edilir. Gəncə S.Vəliyev adına məktəbdə "ölü can" aşkarlandı... başlıqlı yazı yazaraq gözdən salmağa çalışırlar. Amma məlumatların hardan qaynaqlandığını deyə bilmərik. Lakin tam məsuliyyətlə qeyd edirik ki, Gəncə şəhər S.Vəliyev adına 34 nömrəli tam orta məktəbinin direktoru Yusif Xəlilov haqqında yayımlanan qərəzli və böhtan xarakterli məlumatlar tamamilə əsassızdır. Bu cür dezinformasiyalar cəmiyyət arasında heç də birmənalı qarşılanmır.
Bəzi saytlar bunun əksini yazmaqla cəmiyyət arasında ajiotaj yaratmağa çalışırlar. Amma alınmayacaq.
Gəncə şəhər S.Vəliyev adına 34 nömrəli tam orta məktəbdə müəllim kollektivi ilə "Heydər Əliyev -100" adlı konfrans keçirildi
S.Vəliyev adına 34 nömrəli tam orta məktəbin kollektivi qardaş Türkiyədə baş vermiş zəlzələ nəticəsində həlak olanların xatirəsini yad etmək məqsədi ilə Gəncə şəhərində yerləşən Türkiyə Cümhuriyyəti Konsulluğunun önünə gül qoymuş,qardaş türk xalqının yanında olduğunu bildirmişdir. Həlak olanlara Allahdan rəhmət, yaralılara şəfa diləyirik.
Gəncə şəhər S.Vəliyev adına 34 nömrəli tam orta məktəbinin direktoru Yusif Xəlilov - Türkiyədə baş vermiş dəhşətli zəlzələ və çoxlu sayda insan təlafatı ölkəmizdə böyük kədər hissi ilə qarşılandı. Azərbaycan Prezidenti İlham Əliyev qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğana təbii fəlakət nəticəsində insan təlafatı ilə əlaqədar başsağlığı məktubu göndərdi, eyni zamanda, telefon zəngi edərək Azərbaycanın bu çətin günlərdə türk xalqının yanında olduğunu bildirdi. Prezident İlham Əliyevin tapşırığına əsasən Fövqəladə Hallar Nazirliyinin xilasedici dəstələri dərhal təbii fəlakət zonasına ezam edilərək, axtarış-xilasetmə işlərinə başladılar. Həmçinin qardaş ölkəyə lazımi təminat vasitələri də göndərildi.
Fevralın 8-də Prezident İlham Əliyev Türkiyə Respublikasının ölkəmizdəki səfirliyinə gələrək Türkiyədə baş vermiş zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı vermiş və Azərbaycanın qardaş Türkiyənin yanında olduğunu, təbii fəlakətin fəsadlarının aradan qaldırılması üçün son günə qədər lazım olan dəstəyin veriləcəyini bildirmişdir. Bütün bunlar bir daha onu sübut edir ki, Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir. Dövlətlərimiz isə dost-qardaş dövlətlərdir və bu münasibətlər sarsılmazdır.
Ölkə başçısının tapşırığına əsasən dövlətimiz qardaş ölkəyə davamlı olaraq yardım göstərir və bu təbii fəlakətin fəsadları aradan qaldırınılnca davam edəcəkdir. Qardaş ölkəyə humanitar yardımların göndərilməsində Heydər Əliyev Fondunun, xüsusilə də Fondun Prezidenti Mehriban xanım Əliyevanın böyük xidmətləri vardır. Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə bağlı paylaşımında da Birinci vitse-prezident Mehriban xanım Əliyeva qeyd etmişdi ki, güclü zəlzələnin nəticələri barədə xəbərlər Azərbaycan xalqı tərəfindən böyük kədərlə qarşılanıb. Məhz Mehriban xanım Əliyevanın tapşırığına əsasən Fondun bütün imkanları, Fondun nəzdində çalışan bütün insanlar qardaş ölkə üçün yardım kampaniyasına qoşulmuşlar. Həmçinin Heydər Əliyev Fondu sadə insanların könüllü olaraq topladıqları yardımların da sistemli qaydada həyata keçirlməsi üçün müvafiq işlər görmüş, xüsusi toplanış məntəqələri yaradılmışdır. Azərbaycan xalqı könüllü olaraq qardaş ölkəyə, öz doğma qardaşlarına dəstək olmaq üçün əlindən gələni edir. Kimin imkanı nəyə çatırsa, onu da əsirgəmir. Yardım aksiyalarına ictimai təşkilatlar, dövlət qurumları, özəl şirkətlər də qoşularaq həm maddi, həm də texniki yardım göstərlər.
Həmçinin ölkəmizdə qardaş ölkədən olan yaralıların müalicə olunması üçün xəstəxanalarda da müvafiq şərait yaradılmış, eyni zamanda Prezident İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Ordusunun 20 nəfərlik hərbi tibb personalı 8 fevral tarixdən etibarən Türkiyəyə ezam olunaraq baş vermiş zəlzələdə xəsarət alan insanlara tibbi yardımın göstərilməsi məqsədilə Kahramanmaraşda fəaliyyətə başlamışdır. Bütün bunlar dünyaya bir daha nümayiş etdirir ki, Azərbaycan və Türkiyə təkcə dövlətlərarası, dövlət başçıları səviyyəsində deyil, insanlar səviyyəsində də əsl qardaşlıq əlaqələrinə malikdirlər.
Qardaş Türkiyə dövləti və türk xalqı dəhşətli zəlzələ ilə əlaqədar çətin günlərdən keçir. Lakin Türkiyə dövləti güclü dövlət, türk xalqı isə böyük xalqdır. Odur ki, bu çətin günlər də geridə qalacaq və qardaş Türkiyə bu çətin sınaqdan qısa zamanda çıxacaqdır. Azərbaycan dövləti və xalqımız isə hər zaman olduğu kimi bu çətin günlərdə də qardaş Türkiyənin yanındadır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR