Nəbi İsgəndərov: Müstəqillik zirvəsi - çoxəsrlik tarixinin ən qüdrətli Azərbaycanı
18-10-2022, 12:44
166 dəfə baxılıb
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Cəlilabad rayon Komitəsinin sədri Nəbi İsgəndərov - Bu gün Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür.1991-ci il oktyabrın 18-də Ali Sovet “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul edib.
Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli bəyannaməsinə istinad olunub və Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilib.
Bu il oktyabrın 18-də Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 31-ci ili tamam olur.Cənab İlham Əliyevin fəaliyyəti ölkə həyatı üçün strateji əhəmiyyət kəsb edən inkişaf proqramlarının hazırlanması və işlək mexanizmlər əsasında həyata keçirilməsi, ən müxtəlif sahələrdə intibah və tərəqqi prosesinin geniş vüsət alması ilə səciyyəvidir. Qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin uğurla gerçəkləşdirilməsi, Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolunun artırılması, neft strategiyasının milli mənafelərə uyğun davam etdirilməsi, eyni zamanda, qeyri-neft sektorunun ümumi daxili məhsuldakı çəkisinin yüksəldilməsi, regionların tarazlı və davamlı inkişafı, yeni istehsal müəssisələrinin açılması, işsizlik, yoxsulluq problemlərinin tədricən aradan qaldırılması, əhalinin sosial müdafiəsi tədbirlərinin gücləndirilməsi, infrastrukturun bütün sferalarda yeniləşdirilməsi məsələləri ötən müddətdə cənab Prezident İlham Əliyevin yeritdiyi iqtisadi siyasətin əsas qayəsini təşkil etmişdir. Avrotlantik məkana inteqrasiya, demokratikləşmə və vətəndaş cəmiyyəti quruculuğu prosesi, liberal iqtisadi-siyasi mühitin yaranması, habelə ölkədə güclü insan kapitalının formalaşdırılmasına xidmət edən milli maarifçilik hərəkatının başlanması, cəmiyyətdə informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqi və s. məsələlər də daim dövlət başçısının xüsusi diqqət mərkəzində olmuşdur. Möhtərəm Prezidentimizin rəhbərliyi altında həyata keçirilən siyasət sayəsində ölkənin kompleks inkişafı təmin olunmuş, sosial-iqtisadi, siyasi, hüquqi sahədə modern sistem qurulmuş, cəmiyyətdə demokratik dəyərlər daha geniş miqyasda bərqərar edilmiş və onların daim təkmilləşdirilməsi prioritet məqsədlərdən biri kimi qarşıya qoyulmuşdur. Ötən illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın əldə etdiyi uğurların miqyası kifayət qədərdir. Ən möhtəşəm nailiyyətlərdən biri Azərbaycanın iqtisadi sahədə keçid dövrünü vaxt baxımından o qədər də böyük olmayan zaman kəsiyində başa çatdırmasıdır. Postsovet məkanına daxil olan bir çöx ölkələrdə keçid dövrü hələ davam etməkdədir. Azərbaycan isə həmin ölkələrdən fərqli olaraq iqtitsadi keçid mərhələsini başa vurmuş, bazar iqtisadiyyatının prinsipləri ölkəmizdə tam bərqərar olmuşdur. İqtisadi sahədə keçid dövrünü müvəffəqiyyətlə başa vurmuş Azərbaycanda bu gün əhalinin maddi rifah halının yüksəldilməsi, sosial müdafiəsinin möhkəmləndirilməsi üçün real imkanlar yaradılmışdır. İdarəetmə sisteminə novator düşüncə tərzi, dinamizm və müasirlik çalarları gətirən dövlət başçısı hər yeni il üçün hökumətin həyata keçirməli olduğu tədbirlərin əhatə dairəsini və vaxtını dəqiq müəyyənləndirməklə onların icra prosesini şəxsi nəzarətində saxlayır, habelə ölkənin strateji resurslarını milli inkişafa təkan verən qlobal layihələrin reallaşdırılması yönündə səfərbər edir.
Ötən dövrdə qlobal böhrana qarşı etibarlı sipər rolunu oynayan, habelə, iqtisadi inkişafa zəmin yaradan başlıca amillərdən biri də milli iqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurla davam etdirilməsi, habelə, prioritet istehsal sahələrinin uzlaşdırılması, inkişaf potensialının qarşılıqlı kömək mexanizmi əsasında realizə olunmasıdır. Bir sıra dövlətlərin təcrübəsində uğurla sınaqdan çıxmış, özünü doğrultmuş bu iqtisadi strategiya neftdən əldə olunan gəlirlərin qeyri-neft sektoruna, istehsal sahibkarlığının inkişafına yönəldilməsini, özəl sektorun ümumi daxili məhsulda xüsusi çəkisinin artırılmasını nəzərdə tutur. İqtisadiyyatın bütün sahələrinin inkişafı, həm də makroiqtisadi sabitliyin qorunub saxlanılması və maliyyə təhlükəsizliyinin təmini baxımından vacib əhəmiyyət kəsb edən bu yanaşma Azərbaycanda da mühüm tarixi nailiyyətlərlə müşayiət olunmaqdadır.
Məlum olduğu kimi, iqtisadi cəhətdən güclü olmayan dövlətin nəinki hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesində, eləcə də, xarici siyasətdə hansısa ciddi uğurundan danışmaq mümkün deyildir. Ona görə də, Azərbaycanın dövlət başçısı davamlı siyasi sabitliyə, təhlükəsizliyə, vətəndaş sülhünə, habelə, güvənli xarici siyasətə nail olmaq üçün, ilk növbədə, iqtisadiyyatın sürətli inkişafına çalışır, bu sahədə həlledici uğurlara imza atır. Praqmatik və rasional baxışlı siyasi lider kimi dövrün mövcud reallıqlarını düzgün dəyərləndirən cənab İlham Əliyev Azərbaycanın sosial-iqtisadi inkişafı ilə paralel surətdə gerçəkləşdirilən demokratikləşmə proseslərini bir-birindən təcrid olunmuş şəkildə götürmədən hər iki xətti respublikanın gələcək yüksəlişinin, habelə, effektiv xarici siyasətinin vahid istinad nöqtəsi kimi əsaslandırır və həyata keçirir. Azərbaycan Prezidentinin dünyanın siyasi mənzərəsinin tələblərinə maksimum dərəcədə cavab verən bu mütərəqqi inkişaf konsepsiyası kifayət qədər təkmil səciyyə daşımaqla, inkişaf etmiş dünya dövlətlərinin təcrübəsindən qaynaqlanır.
Prezident İlham Əliyevin 19 illik uğurlu fəaliyyətinin şah əsəri heç şübhəsiz onun rəhbərliyi ilə Rəşadtəli Azərbaycan ordusunun cəmi 44 gündə dogma torpaqlarımızının azad olunması və bunun səbəbi ilə regionda yaranan yeni reallıqlardır. Günümüzün reallığı budur ki, Azərbaycan dövlət başçısı İlham Əliyevin qətiyyəti sayəsində qəhrəmanlıq tariximizin şanlı səhifəsini yazdı. Bu səhifənin yazılmasında Azərbaycanın xarici siyasət sahəsində qazandığı uğurlardan, ölkəmizin beynəlxalq münasibətlər sistemində möhkəmlənən mövqeyindən bəhs edərkən bu məqamı da xüsusi qeyd etməliyik ki, müstəqil siyasətimizin, ədalətli, beynəlxalq hüquqa əsaslanan mövqeyimizin nəticəsi olaraq dünyanın yeni xarici siyasəti nəinki Azərbaycanda müzakirə olundu, 44 günlük müharibənin gedişində tamamilə dəyişdi. Dünya beynəlxalq hüquq normalarının və prinsiplərinin mövcudluğunu qəbul etməyə məcbur oldu. Azərbaycan regionda yeni əməkdaşlıq formatı yaratdı. Bu format bu günədək üç və dördtərəfli idisə, artıq beş formatına keçdi. İşğalçı Ermənistanın yeni əməkdaşlıq formatında iştirakı isə bu ölkənin siyasi iradəsindən asılı olacaq.
Son olaraq qeyd edək ki, Böyük Qələbənin nəticəsində yaradılmış yeni reallıq təkcə Qarabağın bərpası və inkişafını nəzərdə tutmur. Qələbə bütün regiona sülh və davamlı inkişaf imkanını qazandırmışdır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin gələcəyə xidmət edən strategiyası sayəsində regionun beynəlxalq statusu dəyişmiş və region ölkələrinin inkişafı üçün yeni imkanlar açılmışdır. Münaqişənin həlli regionun təhlükəsizliyi və investisiya cəlbediciliyi baxımından strateji əhəmiyyətə malikdir. Qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR