Azər Ələkbərov: Milli həmrəylik Azərbaycan xalqının təbii güc mənbəyidir
29-09-2022, 13:29
89 dəfə baxılıb
Son günlər bəzi internet saytlarında Göygöl rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin rəisi, polis kapitanı Azər Ələkbərov ilə bağlı böhtan xarakterli məlumatlar dərc edilir. Amma məlumatların hardan qaynaqlandığını deyə bilmərik. Lakin tam məsuliyyətlə qeyd edirik ki, Göygöl rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin rəisi, polis kapitanı Azər Ələkbərov haqqında yayımlanan qərəzli və böhtan xarakterli məlumatlar tamamilə əsassızdır. Bu cür dezinformasiyalar cəmiyyət arasında heç də birmənalı qarşılanmır.
Bəzi saytlar bunun əksini yazmaqla cəmiyyət arasında ajiotaj yaratmağa çalışırlar. Amma alınmayacaq.
Göygöl rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin rəisi, polis kapitanı Azər Ələkbərov - 44 günlük Vətən müharibəsi Azərbaycan tarixinin ən şanlı səhifədir. Azərbaycan xalqı bütün gücünü səfərbər edərək Dəmir Yumruq kimi birləşərək düşməni doğma torpaqlarımızdan qovdu və ölkəmizin ərazi bütövlüyü təmin olundu. Bir sözlə, xalq-Ali Baş Komandan-ordu birliyi ölkəmizə möhtəşəm Zəfər bəxş etdi.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2 dekabr 2020-ci il tarixdə imzaladığı Sərəncama əsasən Vətən müharibəsinin başladığı gün – 27 sentyabr ökəmizdə Anım Günü olaraq qeyd olunur. Anım Gününün qeyd olunması haqqında Sərəncamın imzalanması Vətən uğrunda canından keçmiş qəhrəman əsgər və zabitlərimizin əziz xatirələrini əbədiləşdirmək məqsədi daşımaqla yanaşı ölkə başçısı tərəfindən şəhidlərimizə olan dərin ehtiramın göstəricisidir.
Sentyabrın 27-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Füzuli rayonuna səfər etmələri və Qaraxanbəyli kəndi ərazisində şəhidlərimizi anmaları qəhrəman Vətən övladlarınının əziz xatirələrinə ölkə rəhbərliyi tərəfindən olan böyük ehtiramdan rəli gəlir. Qaraxanbəyli kəndi və digər beş kənd İkinci Qarabağ müharibəsinin ilk günündə azad edilmişdir. Düşmənin bu ərazidə bir neçə xəttdən ibarət sədləri var idi və Azərbaycan Ordusu həmin sədləri qısa zamanda keçmiş və torpaqlarımızı azad etməyə başlamışdır. Məhz həmin ərazidə, Qaraxanbəyli kəndinin yaxınlığında şəhidlərimizin şərəfinə qaya parçasından abidə ucaldılıb. Abidə önündə çıxış edən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev hər zaman olduğu kimi bu dəfə də öz çıxışında bildirdi ki, şəhidlərimizin qanı yerdə qalmadı, biz şəhidlərimizin qanını aldıq. Döyüş meydanında qisasımızı aldıq. Doğma torpaqlarımızı düşməndən azad etdik, ölkəmizin ərazi bütövlüyünü bərpa etdik. Şəhidlərimiz Vətən, torpaq uğrunda öz canlarını fəda etdilər. Xalqımız öz qəhrəman övladları ilə fəxr edir. Məhz şəhdlərimizin canı-qanı bahasına azad edilən torpaqlarımıza artıq yeni həyat qayıdır. Qəhrəman əsgər və zabitlərimizin fədakarlığı, qəhrəmanlığı sayəsində azad edilmiş torpaqlarda bu gün dövlətimiz şəhərlərimizi, kəndlərimizi bərpa edir, sürətli quruculuq işləri həyata keçirilir. Xalqımız isə qalib və qürurlu xalq olaraq öz Zəfəri ilə fəxr edir.
Milli həmrəyliyin Azərbaycan xalqının təbii güc mənbəyi olduğunu vurğulayan ölkə başçısı xalqımızın 44 günlük Vətən müharibəsində birlik və iradə nümayş etdirdiyinə diqqət çəkdi. Eyni zamanda, Prezident İlham Əliyev bir daha hərbçilərimizin əməyinə yüksək qiymət verərək bildirdi ki, əsgər və zabitlərimiz xalqın ləyaqətini və ədaləti bərpa etmək, torpaqlarımızı qaytarmaq üçün öz canlarını fəda edirdilər. Əsgər və zabitlərimiz düşmənin Füzuli istiqamətində mövcud olan beş-altı müdafiə xəttini və bundan sonrakı müdafiə xətlərini yarmaq üçün ölümə gedirdilər ki, üçrəngli Bayrağımız Şuşada və o vaxt işğal altında olan digər bütün torpaqlarda dalğalansın.
Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu dayanmadan, durmadan, usanmadan 44 gün ərzində hər gün irəliyə, Zəfərə doğru gedirdi. Ordumuz bir gün belə dayanmadı, geriyə addım atmadı, ancaq irəli getdi, düşməni qova-qova döyüş meydanında tarixi Zəfər qazandı. Rəşadətli ordumuz 44 gün ərzində 300-ə yaxın şəhər və kəndi düşməndən azad etdi. Düşmən məcbur olub kapitulyasiya aktını imzalayaraq məğlubiyyətini qəbul etdi və o vaxt hələ işğal altında olan torpaqlardan çıxmağa məcbur oldu.
Çıxışı zamanı şərəfli missiyanın bu gün yaşayan nəslin üzərinə düşdüyünü qeyd edən Prezident İlham Əliyev tarixi hadisənin həm şahidləri, həm də iştirakçıları olduğumuz üçün xoşbəxt nəsil olduğumuzu bildirdi. Bizdən sonra gələn nəsillər isə həmişə bu şanlı tarixlə fəxr edəcəklər. Bu gün də hər bir azərbaycanlı fəxr edir ki, bu torpağın övladıdır. Xalqımız döyüş meydanında öz haqqını bərpa etdi, düşməni məğlub etdi və bundan sonra müzəffər xalq kimi əbədi yaşayacaqdır.
Müzəffər Ali Baş Komandan Azərbaycanın hər bir vətəndaşının daim müstəqilliyimizin keşiyində durmalı olduğunu vurğulayaraq bəyan etdi ki, Azərbaycan xalqı bir daha düşmənə baş qaldırmağa və ölkəmiz üçün təhdid yaratmğa imkan verməyəcək. Ölkəmiz artan gücü, o cümlədən hərbi gücü sayəsində müstəqilliyimizi, rahat həyatımızı təmin edəcək və bütün təhdidlərin qarşısı alınacaqdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR