Cəlil Baxşiyev: Şəhid ailələri və qazilər daim diqqət mərkəzindədir
14-08-2021, 01:06
249 dəfə baxılıb
Yaxşıya yaxşı demək vicdan borcudur.Istər vəzifə sahibi olsun, istərsə də sıravi, sadə vətəndaş. Mən bu gün bu iki vəhdəti özündə birləşdirən bir azərbaycanlıdan söhbət açacam. O azərbaycanlı ki, ömrünü sadiqliyə və zəhmətə kökləyib, bütün çətinliklərdən, dedi-qodudan üzü ağ çıxıb, evində mükəmməl bir ata, işində yorulmaz rəhbər, nümunəvi icra başçısıdı. Bu şəxs kimidir?
Çox pis zəmanədə yaşayırıq. Vəzifə, səlahiyyət sahibi olanlar arasında onlara yuxarılardan və aşağılardan olan inam və etimadı doğruldanları barmaqla saymaq olar. Ömrünü-gününü bu müqəddəs amala həsr edənlər, həmin barmaqla sayılanlar arasında Respublika Lerik Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Cəlil Baxşiyev adının olması kimsəyə sirr deyil. Kişi əsl saflıq, təmizlik nümunəsidir.
Lerik Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Cəlil Baxşiyevin hər bir rəhbər şəxsə əsl nümunə, görk olan yüksək məziyyətlərindən danışmaqla onun portretinin cizgilərini cızmaq belə mümkün deyil. Bir də sözümüzü tərsə başa düşməyələr. O portreti cızılacaq adam kimsənin xəyalından belə “inanan daşa dönsün” fikri o böyük ürək sahibinə qarşı çox böyük hörmətsizlik olardı.
Lerik şəhərində şəhid Elgün və Altay Mövlanov qardaşlarının xatirəsinə inşa edilmiş bulaq kompleksinin açılışı oldu
2021-ci il tarixində 44 günlük Vətən Müharibəsində qəhrəmancasına şəhidlik zirvəsinə ucalmış, xalqımızın hər zaman fəxrlə andığı şəhid oğulları Elgün və Altay Mövlanov qardaşlarının əziz xatirəsinə inşa edilmiş bulaq kompleksinin açılışı oldu. Açılış mərasimində Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev, rayonun hüquq mühafizə orqanlarının, idarə müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri və şəhər ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
Öncə tədbir iştirakçıları şəhidin məzarını ziyarət etdi və önünə tər gül-çiçəklər düzdülər. Bulaq kompleksinin önündə davam etdirilən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi və bulaq kompleksinin önünə əklil və tər gül-çiçəklər düzüldü.
Tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev ötən il Vətən müharibəsinin 44 günü ərzində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusunun işğal altındakı torpaqlarımızı azad etdiyini, bu möhtəşəm qələbənin şəhidlərimizin qanı, canı bahasına əldə edildiyini, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsinin həmişə ehtiramla yad edildiyini bildirdi. Bildirdi ki, həm Birinci, həm də İkinci Qarabağ müharibəsində Lerik rayonundan olan qəhrəman oğullarımız da hərbi əməliyyatlarda misilsiz rəşadət nümayiş etdirmişlər. Minlərlə hərbçimiz yüksək dövlət orden və medalları ilə təltif edilmişdir.
Daha sonra Prezident İlham Əliyevin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında imzaladığı 2020-ci il 25 dekabr tarixli, 2362 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Lerik şəhərində anadan olan şəhid Altay Tahir oğlu Mövlanov ölümündən sonra "Fizulinin azad olunmasına görə" medalı şəhid atası Tahir Mövlanova təqdim edildi.
Açılış mərasimində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon Şöbəsinin rəisi cənab Arif Həsənov, Lerik Rayon Heydər Əliyev Mərkəzinin direktoru Hüsaməddin Abbasov, Vətən Müharibəsi Qəhrəmanı Amid Heydərovun atası Rəbbil Heydərov, Vətən Müharibəsi İştirakçısı Nəbi Əhədov, şəhər 2 saylı məktəbin müəllimi Hacırza Quliyev, şəhid Elgün və Altay qardaşlarının atası Tahir Mövlanov, anası Sevda Mövlanova və əmisi Mahir Mövlanov çıxış edərək şəhidlərin qısa, lakin şərəfli həyat yolundan, Vətən Müharibəsində göstərdikləri şücaətlərindən, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə göstərdikləri diqqət və qayğıdan danışaraq, onlara öz minnətdarlıqlarını bildirdilər.
Sonda məktəblilərin ifasında şəhidlərə və qələbəmizə həsr olunmuş şeirlər səsləndirildi.
Rayon ərazisində dizinfeksiya işləri davam etdirilir
Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Lerik rayonunda təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi davam etdirilir. 13 avqust 2021-ci il tarixində Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tapşırıqlarına uyğun olaraq Lerik şəhərində çoxmənzilli yaşayış binalarının həyətləri və pilləkən qəfəslərində, Arzuman Əsədullayev, Camal Şahiyev, Hacı Heydər, Həmid Həmidov və digər küçələrində, idarə və müəssisələrin inzibati binalarında, uşaq bağçaları, təhsil müəssisələrində, məscidlərdə koronavirus əleyhinə tibbi-profilaktik dezinfeksiya işləri aparılmışdır.
Lerik Rayon İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən qərargahın iclasları mütəmadi olaraq onlayn qaydada keçirir, mövcud vəziyyət təhlil edilir, rayon icra hakimiyyəti başçısı yanında qərargahın üzvlərinin və ərazi icra nümayəndəliklərində yaradılmış mobil qrupların fəaliyyəti daim nəzarətdə saxlanılır, yoluxma hallarının qarşısının alınması üçün zəruri operativ tədbirlərin həyata keçirilir.
Əhali arasında peyvəndləmə işləri ilə bağlı əhali arasında maarifləndirmə işləri aparılır. Əhalinin peyvəndə cəlb edilməsi daim nəzarətdə saxlanılır.
Rayon icra hakimiyyəti başçısının sərəncamı ilə rayon icra hakimiyyəti başçısı aparatında, iri idarə, müəssisə və təşkilatlarında xüsusi karantin rejimi qaydalarına riayət edilməsinə nəzarətin həyata keçirilməsi üçün müvəkkil şəxslər müəyyən edilmişdir. Eyni zamanda qərargah üzvləri tərəfindən rayon polis şöbəsinin əməkdaşlarının iştirakı ilə ticarət və iaşə obyektlərinə, idarə və müəssisələrə reydlər təşkil edilmiş, xüsusi karantin rejimi qaydalarına riayət olunmasına nəzarət artırılmışdır. Reydlər zamanı xüsusi karantin rejimi qaydalarını pozan hüquqi və fiziki şəxslər, vətəndaşlar cərimə edilmiş, ticarət və iaşə obyekti sahiblərinə, idarə rəhbərlərinə xəbərdarlıqlar edilmişdir.
Bütün yaşayış məntəqələrində dəfn mərasimlərində kütləvi toplanmanın, yas mərasimlərinin keçirilməsinin qarşısının alınması üçün zəruri tədbirlər həyata keçirilir.
Lerik Rayon İcra Hakimiyyəti tərəfindən ölkədə koronavirus infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilmiş xüsusi rejimin qaydalarına əməl edilir və rayon ərazisində icrası tam olaraq nəzarətdə saxlanılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR