xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 21:55 – Prezident Almaniyadadır - Fotolar+Yenilənib 
  • 12:20 – İlham Əliyev Fələstinin Baş nazirini qəbul etdi 
  • 15:09 – Prezidentin maşınında selfi çəkdi - Foto 
  • 11:07 – Azərbaycan Prezidenti Ukrayna ilə bağlı mövqeyini açıqladı 

Azərbaycanın ən gözəl mənzərəli stadionu

10-10-2019, 12:59 323 dəfə baxılıb

Azərbaycanın ən gözəl mənzərəli stadionu


ASK Arena (keçmiş adı: Şəfa stadionu, İnter Arena) — Azərbaycanın paytaxtı Bakı şəhərində stadion. ASK Arena Heydər Əliyev prospekti, köndələn 5 ünvanında yerləşir. Meydançanın tutumu 8125 nəfərdir. Meydança süni ot örtüyü ilə döşənmişdir.

ASK Arena 2000-ci ildə AFFA tərəfindən inşa edilmiş və inşası 4 milyon 500 min dollara başa gəlmişdir. 2014-cü ildə stadion Bakının "İnter" klubuna 4 milyon 250 min manata satılmışdır.

2018-ci ilin 20 iyulunda Azərbaycan Sənaye Korporasiyasının balansında olduğu üçün stadiona şirkətin adının baş hərfləri (ASK) verilib. 2001-ci ildən istifadəyə verilən arena ilk olaraq "Şəfa" stadionu adlandırılıb. Stadiona daha sonra "İnter" (hazırkı "Keşlə") klubunun adına uyğun olaraq "İnter Arena" adı verilib.

ASK Arena FİFA U-17 Qadınlararası Dünya Çempionatı 2012 zamanı çempionat oyunları üçün istifadə olunmuşdur.

Stadiondan hər il Amerika Birləşmiş Ştatlarının müstəqillik günü (4 iyul) münasibətilə Amerika Ticarət Palatasının (AMCHAM) keçirdiyi piknik üçün istifadə olunur və bu tədbirə yüzlərlə qonaq təşrif buyurur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Temmuz 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
 Valyuta məzənnəsi