xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Mətanət Pirquliyeva dövlətimizə, xalqımıza şərəflə xidmət edir

14-04-2022, 12:58 394 dəfə baxılıb

Mətanət Pirquliyeva dövlətimizə, xalqımıza şərəflə xidmət edir



Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Sumqayıt Dövlət Texniki Kollecinin direktoru dosent Mətanət Pirquliyevanın keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Sumqayıt Dövlət Texniki Kollecinin direktoru dosent Mətanət Pirquliyeva qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Mətanət Pirquliyeva səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Karantin dövründə də rayonda yaşayan sakinlərin evlərinə ərzaq bağlamaları göndərilmişdir.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Sumqayıt Dövlət Texniki Kollecinin direktoru dosent Mətanət Pirquliyevaya biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Sumqayıt Dövlət Texniki Kollecinin direktoru dosent Mətanət Pirquliyevadır.

Sumqayıt Dövlət Texniki Kollecinin direktoru dosent Mətanət Pirquliyeva peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Mətanət Pirquliyeva bu işin müqəddəsliyini qoruyub saxlayır. Mətanət Pirquliyeva kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Mətanət Pirquliyevadan danışdılar yaxşı ki, Mətanət Pirquliyeva Sumqayıt Dövlət Texniki Kollecinin direktorudur… Mətanət Pirquliyeva öz isguzarlığı ilə tanınır və seçilir….

Mətanət Pirquliyeva Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Mətanət Pirquliyeva böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Mətanət Pirquliyeva yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Mətanət Pirquliyevanın böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Mətanət Pirquliyeva insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Mətanət Pirquliyeva bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Sumqayıt Dövlət Texniki Kollecinin direktoru kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Mətanət Pirquliyeva özünü doğruldub. Bizdə hörmətli Mətanət Pirquliyevanı dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

Sumqayıt Dövlət Texniki Kollecinin direktoru dosent Mətanət Pirquliyeva - Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kolleci Azərbaycan Respublikasi Təhsil Nazirliyinin tabeliyində olan orta ixtisas təhsilli subbakalavr mütəxəssislərinin hazırlanmasını həyata keçirən tədris müəssisisədir.
Sumqayıt Dövlət Texniki Kolleci 1959-cu ildən fəaliyyət göstərən Sumqayıt Texnologiya Texnikumunun bazasında yaradılmışdır. Müəssisənin ilk adı Sumqayıt Texnologiya Texnikumu, sonra Sumqayıt Kimya Texnologiya Texnikumu olmuş, 1992–ci ildən yenidən Sumqayıt Texnologiya Texnikumu adlandırılmışdır.
Azərbaycan Respubikası Nazirlər Kabinetinin 26 avqust 2002-ci il tarixli, 140 saylı qərarı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 03 sentyabr 2002-ci il tarixli 878 sayli əmri ilə Sumqayıt Texnologiya Texnikumunun adı dəyişdirilib Sumqayıt Dövlət Texniki Kolleci adlandırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 fevral 2016-cı il tarixli, 30 nömrəli qərarının icrası barədə Azərbaycan Respublikası Təhsil nazirinin 04.03.2016-cı il tarixli, 130 nömrəli əmrinə əsasən Sumqayıt Dövlət Texniki Kolleci Sumqayıt Dövlət Universitetinin nəzdinə verilmişdir.
Sumqayıt Dövlət Texniki Kolleci 2005–ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş, Ədliyyə Nazirliyində 1105-A1-420 saylı 27.05.2005-ci il tarixli şəhadətnamə ilə qeydiyyata alınmış nizamnaməsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 yanvar 2011-ci il tarixli, 7 nömrəli qərari ilə təsdiq edilmiş “Orta ixtisas təhsili müəssisənin numunəvi nizamnaməsi”nə uyğun olaraq fəaliyyət göstərir.
Kollec Sumqayıt şəhəri, Heydər Əliyev prospekti 37 ünvanında yerləşir. Kollecin əsas tədris binası 3 mərtəbəli, köməkçi tədris binası 2 mərtəbəli binadan ibarətdir. Kollecin 3 mərtəbəli tələbə yataqxanası vardır.
Kollec layihəyə əsasən kompleks təhsil müəssisədir. Kollecin kompleksinə 1 ədəd 3 mərtəbəli, 1 ədəd 2 mərtəbəli tədris binası, 1 ədəd 3 mərtəbəli tələbə yataqxanası, 1 ədəd mətbəx, idman zalı, mini futbol meydançası, voleybol meydançası, 1 ədəd gözətçi otağı daxildir.
Sumqayıt Dövlət Texniki Kollecində 2016-2017–ci tədris ilində 13 ixtisas üzrə əyani şöbədə 54 qrupda 1081 nəfər, qiyabi şöbədə 10 qrupda 168 nəfər olmaqla cəmi 1249 nəfər tələbə, o cümlədən dövlət hesabına 539 nəfər və ödənişli əsaslarla 710 nəfər tələbə təhsil alır.
Kollecdə dərslər 2 növbəli olmaqla həftənin l-V günləri, 1-ci növbə saat 800 –dan 1310 –dək, 2-ci növbə 1320-dan 1830-ə dək keçirilir. Kollecdə dərslər ümumillikdə 35 auditoriya, o cümlədən 2 laboratoriya, 17 fənn kabinetində və idman zalında tədris olunur.
Kollecdə istehsalat təcrübələri bağlanmış müqavilələrə əsasən ARDNŞ “Azərkimya“ İstehsalat Birliyinin Etilen Polietilen zavodu, AMEA Polimer Materialları İnstitutu, Sumqayıt Sərnişin ASC, Sumqayıt şəhəri “Şimal” Regional Elektrikşəbəkə, Sumqayıt Təhsil Şöbəsi, Sumqayıt şəhər “İnter Tekstil” ASC, ”Nursoft“ MMC müəssisələrində keçirlir.
Kollecdə 54 nəfərdən ibarət rəhbər və tədris-köməkçi heyət, 21 nəfərlik xidmətedici heyəti, 100 nəfəri ümumtəhsil və ixtisas fənn müəllimləri olmaqla cəmi 175 nəfərlik işçi heyəti fəaliyyət göstərir.

****

Sumqayıt Dövlət Texniki Kollecinin direktoru dosent Mətanət Pirquliyeva - 2022-ci ilin birinci rübünün göstəriciləri Azərbaycanın bütün sahələrdə uğurla inkişaf etdiyini isbatlayır. “Pandemiyanın təsirlərinə və müharibədən sonrakı reallıqlara baxmayaraq, bu ilin birinci rübündə də Azərbaycan uğurla inkişaf edib. Elə yalnız ümumi daxili məhsulun 6,8 faizlik artımı postpandemiya dövrünə aid böyük nailiyyətdir. Həmçinin, cari ilin birinci rübündə qeyri-neft iqtisadiyyatı 10 faizdən çox, sənaye istehsalı sahəsi 4 faiz, qeyri-neft sənaye istehsalı 18 faizdən çox, xarici ticarət dövriyyəsi 60 faizdən çox, ölkə ixracı iki dəfədən çox, qeyri-neft ixracı 45 faiz artıb. Eyni zamanda, xarici ticarət saldosu cəmi üç ayda 5.1 milyard dollar təşkil edib ki, dünyanın əksər ölkələrində bu sahədə saldo mənfidir. Eləcə də, xarici dövlət borcu da azalıb. Bir sözlə, 2022-ci ilin ilk üç ayının göstəriciləri bir daha isbatlayır ki, Azərbaycan bütün sahələrdə uğurla inkişaf edir. Heç şübhəsiz ki, ötən üç ayın yekunları keçən il əldə edilmiş uğurların davamıdır və postmünaqişə dövrünün birinci ilinin nəticələri də onu deməyə əsas verir ki, qarşıda duran bütün vəzifələr uğurla icra edilib”.

Əldə olunan iqtisadi yüksəliş aparılan islahatların nəticəsidir: “Məhz, bütün sahələrdə şəffaflaşmanın həyata keçirilməsi, korrupsiya ilə ciddi mübarizənin aparılması, bürokratik əngəllərin aradan qaldırılması, maliyyə sektorunda nizam-intizamın təmin edilməsi, investisiya mühitinin daha da sağlamlaşdırılması, gənc və perspektivli kadrların idarəçiliyə cəlb edilməsi Azərbaycanda inkişaf tendensiyasının keyfiyyətcə yeni mərhələsini labüdləşdirib. Qeyd edilməlidir ki, istər pandemiyadan əvvəlki, istərsə də sonrakı müddətdə, xüsusilə də postmünaqişə dövründə Azərbaycan iqtisadi və sosial sahələrdə qarşısında duran bütün vəzifələrin öhdəsindən layiqincə gəlib. 2018-ci ildən sonra ölkədə 3 böyük sosial paketin icra olunması, həssas qrupların təqaüdlərinin, əhalinin maaşlarının artırılması, dünyadakı geosiyasi böhranın doğurduğu təsirlərə baxmayaraq, heç bir sosial layihənin ixtisar edilməməsi bir daha Azərbaycanın uğurlu inkişafından, düzgün siyasətin həyata keçirilməsindən xəbər verir”.

“Bir məqam da xüsusilə nəzərə alınmalıdır ki, Azərbaycan inkişafı ilə bağlı bütün nailiyyətləri öz zəhməti hesabına qazanıb və heç kimdən dəstək almayıb”. Bu gün azad edilmiş torpaqlarda da həyata keçirilən abadlıq-quruculuq işləri Azərbaycanın öz gücünə reallaşdırılır: “Azərbaycana edilən təyziqlərə, tətbiq olunan ikili standartlara baxmayaraq, Azərbaycan Vətən müharibəsinin nəticəsi olaraq, Ermənistanın kapitulyasiya imzalamasından sonra dərhal bərpa işlərinə başlaması, həmçinin ötən müddət ərzində əldə olunan uğurlara və nailiyyətlərə nəzər yetirdikdə dövlətimizin iradəsinin və gücünün bir daha şahidi oluruq. İşğaldan azad olunmuş ərazilərdə nəqliyyat-kommunikasiya infrastrukturunun qurulması, onlarla kilometr yolların, elektrik xətlərinin, dəmir yollarının çəkilməsi, hava limanlarının inşası, tunellərin salınması, şəhərlərin, mədəniyyət abidələrinin bərpası nümayiş etdirir ki, Azərbaycan öz gücünə işğaldan azad edilmiş əraziləri də bərpa edəcək, həmin yerlərə həyatı qaytaracaq. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin dediyi kimi Qarabağ və Şərqi Zəngəzur cənnətə çevriləcək, nümunəvi inkişaf bölgəsi olacaq”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi