12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib
12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb
11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb
14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı
Manaf Manafov: Azərbaycan Ordusu və xalqı öz Liderinin ətrafında yumruq kimi birləşərə, misli görünməmiş həmrəylik nümayiş etdirdi
30-06-2021, 14:53
144 dəfə baxılıb
Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Pirallahı rayon MKTB-nin rəisi Manaf Manafovdur.
Pirallahı rayon MKTB-nin rəisi Manaf Manafov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır. Şərəfli vəzifəyə yiyələnən Manaf Manafov bu işin müqəddəsliyini qoruyub saxlayır. Manaf Manafov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.
Pirallahı rayon MKTB-nin rəisi Manaf Manafov - Konfutsidən dövlətin qüdrətli olması üçün vacib olan üç faktoru soruşarkən bunların inam, ordu və çörək olduğunu bildirir. Və heç nə olmazsa, bunların içərisində inamın, yəni xalqın öz dövlətinə inamının, dəstəyinin vacib olduğunu qənaətləndirir.
Tariximizin şanlı səhifəsi olan Vətən müharibəsi bu müdrik deyimin necə də təsdiqidir desək, yanılmarıq. Bəli, sentyabrın 27-də müharibə başladı. Bizi bu qanlı savaşa sürükləyən mənfur qonşularımız bəlkə də ssenarinin onlar üçün belə faciəli olacağını proqnozlaşdıra bilməmişdilər. Artıq II Qarabağ savaşından aylar ötür, olub-keçənlər təhlil edilir, yağı caynağından azad edilmiş qədim-qayım ellərimizdə quruculuq işləri həyata keçirilir, bir sözlə həyat öz əvvəlki məcrasında davam edir, lakin o günlərin təlatümü, coşqusu hələ də göz önündən getmir ki, getmir...
O zaman xalq həmişə olduğundan daha artıq ordunun yanında idi. Elə müharibənin ilk günlərindən respublika ərazisində elan olunan qismən səfərbərlik fikrimizi doğrultmaq üçün yetərlidir. Səfərbərlik məntəqələrinin qarşısında on minlərlə könüllü toplaşaraq müqəddəs Vətənin müdafiəsi yolunda hər an ölümə hazır olduqlarını bildirdilər. Sosial şəbəkələrdə, kütləvi informasiya məkanında düşmənin başını əzmək üçün hər kəsin müsəlləh əsgər nəfəsi duyulurdu.
Əlbəttə, müharibə qurbansız olmur. Hətta pandemiyadan irəli gələn karantin rejiminin sıxıntısı belə xalqı öz şəhidlərini ağır izdihamla dəfn etməyə mane ola bilmədi. Cəbhə bölgəsinə, igid əsgərlərimizin misilsiz rəşadətlə vuruşduğu səngərlərə doğru ərzaq, pal-paltar, dava-dərman və bu kimi müxtəlif zəruri mallarla yüklənmiş şəxsi avtomobillər yollanmağa başladı. Qəribə bir vəziyyət yaranmışdı. Dövlət orqanları vətəndaşları belə təhlükəli addımlardan çəkinməyə, cəbhə zonasına yaxın yerlərə səfər etməməyə çağırırdısa da, könüllü yardım etmək istəyənlərin sayı gün-gündən artırdı. Silahlı Qüvvələrə Yardım Fondunun vəsaiti hüquqi və fiziki şəxslərin dəstəyi sayəsində əhəmiyyəli dərəcədə artmışdı. Təkcə müharibənin davam etdiyi 44 gün ərzində hüquqi şəxslər tərəfindən Fonda 48 milyon manata yaxın ianə edilmişdi. Məsələ bu rəqəmin hər hansı çəkisi deyil, vətəndaşlarımızın yaxınlaşan qələbəyə olan inamı, bu qələbədə onun da azacıq da olsa payının olmasının fəxarəti idi. Bir ölkədə ki, ixtiyar təqaüdçü öz təqaüdündən topladığı onun üçün əslində böyük hesab ediləcək məbləği gözünü qırpmadan əsgər yolunda, zəfər naminə ianə edir, bu xalqa qalib gəlmək qeyri-mümkündür.
Düşmən olduqca məkrli idi. O, mülki əhaliyə divan tutur, iri şəhərlərimizi raket hədəfinə çevirirdi. Gəncə, Tərtər, Bərdə, Mingəçevir, Beyləqan...saymaqla qurtarası deyil. Dinc əhalinin uzaq məsafədən raket atəşinə tutulması ən böyük müharibə cinayətlərindəndir. Lakin xalqımız bu çətin, dözülməz kimi görünə bilən sınaqdan mətanət və qətiyyətlə çıxdı. Xalq öz dövlətinin yanında oldu ,öz ordusunu sınmağa, sızlamağa qoymadı. Bəli, bizim evimiz dağıla bilər, özümüz və övladlarımız, əzizlərimiz şəhid ola bilərik, lakin Azərbaycan əsgəri bir an da olsun arxa cəbhənin dəstəyini, iradəsini unutmamalı idi. Bu birlik idi bizi qələbədən qələbəyə aparan, bizi yenilməz edən. Cənab Ali Baş Komandan İlham Əliyev bu birliyi,aparılan əməliyyatı “dəmir yumruq” adlandıraraq, xalqımızı daha da qələbəyə ruhlandırdı. 44 günlük müharibə ərzində xalq onu hər gün hərbi geyimdə gördü.
Ulu Öndər Heydər Əliyevin bir deyimi heç yadımdan çıxmır: “Xalq dövlət üçün deyil, dövlət xalq üçün olmalıdır”. Bəli, dövlət xalqa bu qədər yaxın olduğu üçündür ki, xalq da öz dövlətini belə çətin məqamda böyük sevgi ilə müdafiə edir.
Rəşadətli Azərbaycan ordusu 28 ildən sonra düşməni məhv edərək əzəli torpaqlarımızı düşməndən azad etdi. Ordumuz düşmənə elə bir zərbə endirdi ki, düşmən bu zərbəni unuda bilməyəcək. Çünki ordumuzun zərbəsində torpaq, vətən sevgisi, dövlətinə inam, xalqına qarşı əbədi sevgi var.
Ali Baş Komandanımızın qeyd etdiyi kimi, Azərbaycan Ordusunun peşəkarlığı, döyüş qabiliyyəti artır, Azərbaycanın əsgər, gizir və zabitləri Vətənə ləyaqətlə xidmət edirlər, öz Vətəninə sadiqdirlər. Bizim bütün hərbi hissələrimizdə, xüsusilə də cəbhədə yerləşən hərbi hissələrdə ruh yüksəkliyi var və Azərbaycan əsgərinin vətənpərvərlik hisləri çox yüksəkdir, möhkəmdir. Çünki Azərbaycan ordusu ölkəsini qalib edən ordudur. O 28 ildən sonra dövlət xalq birliyindən ilhamlanaraq Qarabağımıza sülh gətirdi. Bu gün dünyanın bir çox ölkələri Azərbaycan Ordusunun taktikasını, döyüş manevrlərinin sirlərini öyrənir. İnanırıq ki, ölkə rəhbəri cənab İlham Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələrimiz daha da inkişaf edəcək və xidməti vəzifələrini vicdanla yerinə yetirəcəklər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: