xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 17:37 – 2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib 

AHİK sədri, millət vəkili Səttar Möhbalıyev Xəzər Dəniz Gəmiçiliyinin kollektivinə təbrik məktubu ünvanlayıb

29-06-2021, 12:37 240 dəfə baxılıb

AHİK sədri, millət vəkili Səttar Möhbalıyev Xəzər Dəniz Gəmiçiliyinin kollektivinə təbrik məktubu ünvanlayıb


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Möhbalıyev Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin kollektivi təbrik edib.

Təbrikdə deyilir:

Sizi və rəhbərlik etdiyiniz kollektivi 25 iyun – Beynəlxalq Dənizçilər günü münasibətilə təbrik edir, işinizdə uğurlar arzulayıram.

Ulu Öndər Heydər Əliyevin dəniz nəqliyyatının inkişafı istiqamətində formalaşdırdığı siyasət onun layiqli davamçısı möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Respublikamızda iqtisadiyyatın bütün sahələri ilə yanaşı, dəniz nəqliyyatının da sürətli inkişafı, dəniz nəqliyyatı sahəsində təhlükəsizliyin artırılması istiqamətində atılan addımlar möhtərəm prezidentimiz İlham Əliyevin gərgin əməyinin nəticəsidir. Qeyri-neft sektorunun inkişafında mühüm rolu olan nəqliyyat infrastrukturunun müasirləşdirilməsi, tranzit imkanlarının genişləndirilməsi üçün modern nəqliyyat infrastrukturu yaradılır, tranzit potensialı artırılır. Bu baxımdan, regionun mühüm nəqliyyat və logistika mərkəzinə çevrilməsi strategiyasının tərkib hissəsi olan, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin qovşağında yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi Respublikanın tranzit imkanlarının genişləndirilməsində həlledici rola malikdir.

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin kollektivi Sizin rəhbərliyinizlə dəniz nəqliyyatının inkişaf etdirilməsində öz bacarıq və təcrübəsini əsirgəməyərək, dünya təcrübəsindən məharətlə istifadə etməklə müsbət nəticələr qazanmaqdadır. Dənizçilərin daha yaxşı şəraitlə təmin olunması, sosial rifah halının yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər bu peşəyə verilən yüksək dəyərin göstəricisidir.

Sizi və şəxsinizdə bütün dənizçiləri bir daha coxsaylı həmkarlar ittifaqları üzvləri adından bayram münasibətilə təbrik edir, yeni nailiyyətlər diləyirəm.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi