xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:56 – Prezidentdən qurultay iştirakçılarına - Müraciət 
  • 12:03 – Prezident həmkarını qarşıladı - Fotolar 
  • 09:27 – İlham Əliyev: Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir 
  • 12:04 – İlham Əliyev Antalyada Moldova Prezidenti ilə görüşüb 

Prezidentin köməkçisi Qarabağda müharibənin başlamasından DANIŞDI: “Dedik ki, artıq kifayətdir” - VİDEO

26-01-2021, 11:49 70 dəfə baxılıb

Prezidentin köməkçisi Qarabağda müharibənin başlamasından DANIŞDI: “Dedik ki, artıq kifayətdir” - VİDEO


Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanın torpaqları işğaldan azad etmək üçün əks-hücum əməliyyatları keçirməsinin səbəblərini açıqlayıb.

Oxu.Az-ın xəbərinə görə, H.Hacıyev Atlantik Şurası Avrasiya Mərkəzinə müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Düşənbədə baş tutan danışığı (2018-ci ilin sentyabrın 28-də) xatırladıb.

O bildirib ki, Azərbaycan həmin dövrlərdə bir daha konstruktivlik və strateji səbir nümayiş etdirib.

“Azərbaycan tərəfi lazımi şərait yaratdı ki, tərəflər münaqişəni sülh yolu ilə həll etsinlər, amma təəssüf ki, bu baş vermədi” - deyən H.Hacıyev əlavə edib ki, əksinə, bundan sonra Ermənistan hakimiyyəti təxribatçı açıqlamalar verdi.

“Baş nazir Paşinyan Dağlıq Qarabağa getdi, orada “Qarabağ Ermənistandır və nöqtə” dedi. Daha sonra isə Ermənistanın müdafiə naziri (David Tonoyanı nəzərdə tutur) ABŞ-a səfəri zamanı “Yeni ərazilər üçün yeni müharibə” doktrinasını elan etdi”.

H.Hacıyev Ermənistanın daha sonra – 2020-ci ilin iyulunda Azərbaycanla dövlət sərhədinin Tovuz rayonu istiqamətində hərbi təxribatlara əl atdığını diqqətə çatdırıb.

“Bundan sonra danışıqlar prosesində yaranan durğunluq və situasiyanın eskalasiya istiqamətində dəyişməsi, sentyabrın 27-də isə Ermənistanın Azərbaycanın mülki əhalisini atəşə tutmasından sonra biz dedik ki, artıq kifayətdir”.

Onun sözlərinə görə, Azərbaycan Ermənistanı danışıqlar masasına qaytarmaq, Azərbaycanın mülki əhalisinin təhlükəsizliyini təmin etmək və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası üçün hərbi əməliyyatlar keçirməyə məcbur oldu.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 Valyuta məzənnəsi