xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

Prezident: “Xocavənd rayonuna gedirik” - VİDEO

15-01-2021, 14:19 109 dəfə baxılıb

Prezident: “Xocavənd rayonuna gedirik” - VİDEO


Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Şuşaya səfər ediblər.

Mehriban Əliyeva “Instagram” hesabında bununla bağlı növbəti videonu paylaşıb.

Videoda dövlət başçısı Füzuli rayonunun Şəkərcik kəndinin azad olunması uğrunda şiddətli döyüşlər getdiyini deyib:

“İndi isə Füzulidən Xocavənd rayonuna gedirik. Ondan sonra Şuşa şəhərinə gedəcəyik. Qarşımızda gözəl mənzərə açılır. Gözəl vüqarlı dağlar, dağların başında qar, gözəl Azərbaycan diyarımızdayıq. Bu isə Şəkərcik kəndidir. Şəkərcik kəndi Füzuli şəhərinə bitişik olan kənddir. Füzuli şəhəri azad olunanda Şəkərcik uğrunda da şiddətli döyüşlər gedib. Baxın, düşmən işğal dövründə bütün bu əraziləri yerlə-yeksan edib. Füzuli şəhərində biz artıq olmuşuq. O dəhşətli mənzərəni Azərbaycan xalqı görübdür, bütün dünya görübdür və görməlidir. Ona görə göstəriş verildi ki, xarici qonaqları Azərbaycana dəvət edib, bu bölgələrə gətirib, onlara erməni vəhşiliyini, əməllərini göstərək. Artıq bütün dünya görür ki, hansı vəhşi düşmənlə biz müharibə aparmışıq və hansı vəhşi düşməni məhv etmişik. Bu dağlar bizimdir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi