xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 14:18 – “İlham Əliyev müasir, ziyalı insandır” - Putin 
  • 09:44 – İlham Əliyev Ərdoğanla görüşdü - Fotolar 
  • 13:26 – İlham Əliyevin Paşinyanla görüşü keçirilir - Yenilənib - Fotolar 
  • 12:50 – Prezidentlə xanımı Qırğızıstandadır - Fotolar - YENİLƏNİB 

Əsrarəngiz mənzərəsi olan Zabux kəndi - FOTO

27-11-2023, 14:22 34 dəfə baxılıb

Əsrarəngiz mənzərəsi olan Zabux kəndi - FOTO


Laçın rayonunun ən böyük kəndlərindən olan Zabuxda həyat yenidən öz axarına qayıdıb.

AZƏRTAC xəbər verir ki, kənddə yenidən tikilən evlər, yaradılan infrastruktur Zabuxun simasını daha da gözəlləşdirib.

İndi Zabuxun gündüzləri qədər gecələri də parlaq işıqları ilə diqqət çəkir.

Zabux çayının hər iki sahilini əhatə edən kənddə həyat yenidən canlanıb. Doğma sakinlərinə qucaq açan Zabux hər ötən gün simasını dəyişərək gözəlləşir.

Otuz illik işğal dövründə kənd erməni vandalizminə məruz qalsa da, azad edildikdən dərhal sonra buranın yenidən qurulmasına başlanıldı. Qısa müddətdə kənddə evlər və digər obyektlər inşa olunub, yollar abadlaşdırılıb, əhalinin istirahəti üçün park salınıb. Kəndin mərkəzindən keçən çayın üzərində körpü inşa olunub. İndi gündüzlər mənzərəsi ilə seçilən kənd gecələri işıq saçan gözəlliyi ilə diqqət çəkir.
Qeyd edək ki, Zabux kəndində 121 ailənin - 475 nəfərin daimi məskunlaşması təmin edilib.

Zabuxun lentə alınan gecə görüntülərini təqdim edirik:

Əsrarəngiz mənzərəsi olan Zabux kəndi - FOTOƏsrarəngiz mənzərəsi olan Zabux kəndi - FOTOƏsrarəngiz mənzərəsi olan Zabux kəndi - FOTOƏsrarəngiz mənzərəsi olan Zabux kəndi - FOTOƏsrarəngiz mənzərəsi olan Zabux kəndi - FOTOƏsrarəngiz mənzərəsi olan Zabux kəndi - FOTOƏsrarəngiz mənzərəsi olan Zabux kəndi - FOTO






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi