xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

Laçının Zabux kəndinə daha 91 nəfər yola salındı - FOTO

20-11-2023, 09:41 27 dəfə baxılıb

Laçının Zabux kəndinə daha 91 nəfər yola salındı - FOTO


Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçına keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.
Bu gün rayonun Zabux kəndinə daha 25 ailənin - 91 nəfərin köçü başlayıb.

Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün salınmış “Qobupark-3” yaşayış kompleksində Zabux sakinləri kəndə yola salınıb.

Qeyd edək ki, noyabrın 18-də Zabuxa daha 25 ailə - 103 nəfər köçürülüb. Elə həmin gün kəndə köçürülən ailələrə mənzillərinin açarları təqdim olunub.
Bununla da bu günədək Zabuxda ümumilikdə 96 ailənin, yəni 382 nəfərin daimi məskunlaşması təmin edilib.

Zabuxlular hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

Köçürülən ailələr Zabux kəndində yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Laçının Zabux kəndinə daha 91 nəfər yola salındı - FOTOLaçının Zabux kəndinə daha 91 nəfər yola salındı - FOTOLaçının Zabux kəndinə daha 91 nəfər yola salındı - FOTOLaçının Zabux kəndinə daha 91 nəfər yola salındı - FOTOLaçının Zabux kəndinə daha 91 nəfər yola salındı - FOTOLaçının Zabux kəndinə daha 91 nəfər yola salındı - FOTOLaçının Zabux kəndinə daha 91 nəfər yola salındı - FOTO






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi