xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

Qarabağ xalçalarının salnaməsi - FOTO

30-11-2020, 10:10 161 dəfə baxılıb

Qarabağ xalçalarının salnaməsi - FOTO


Azərbaycan Milli Xalça Muzeyi Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağda yaradılan sənət əsərlərini rəsmi "Facebook" səhifəsində nümayiş etdirməyə davam edir.
Trend xəbər verir ki, muzeyin sosial şəbəkədəki səhifəsində "Qarabağ xalçalarının salnaməsi" rubrikasında "Açma-Yumma" xalçasından bəhs olunur.

Qədim zamanlardan bəri bu cür xalçalar Ağdam rayonunun Xıdırlı kəndində, Cəbrayıl rayonunun Papa və Sofulu kəndlərində, 18-ci əsrdən isə Şuşa şəhərində və yaxınlıqda yerləşən Xəlfəli, Şirlan kəndlərində, eləcə də Xocavənd rayonunun xalça toxuma mərkəzlərində toxunurdu.

Xovsuz xalçalar Qarabağ xalçaçılığının ən gözəl nümunələri arasında xüsusi yer tutur. Ənənəvi Kəlbəcər zili Qarabağ xalçaçılığının şah əsəri hesab olunur.

"Şabalıd-buta" xalçaları Qarabağ xalça qrupuna aiddir. Bu xalçaların istehsalının əsas mərkəzləri Ağdam, Cəbrayıl və Muğandır. Mərkəzi sahənin "qotazlı buta" və ya "əyri buta" ilə bəzədildiyi "Şabalid-buta" xalçalara da rast gəlmək olur.

Qarabağ xalçalarının salnaməsi - FOTOQarabağ xalçalarının salnaməsi - FOTO






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi