xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

ÜST: Bir həftədə 2 milyona yaxın insan virusa yoluxub

22-09-2020, 09:50 79 dəfə baxılıb

ÜST: Bir həftədə 2 milyona yaxın insan virusa yoluxub


Sentyabrın 14-dən 20-sinə kimi dünyada koronavirusa yoluxanların sayı 2 milyona yaxın artıb.

Ölkə.Az Report-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Qeyd olunub ki, bu müddət ərzində COVID-19-un yaratdığı xəstəlikdən 37,7 min nəfər həyatını itirib. Həftəlik bülletendə qeyd olunduğu kimi, virusa yoluxanların rəsmi sayı 30,6 milyonu keçib ki, bu da əvvəlki həftəyə nisbətən təxminən 2 milyon və ya 6 faiz çoxdur.

Son yeddi gün ərzində təşkilata 37,7 min insanın ölümü haqqında məlumat daxil olub, bu da 7-13 sentyabr tarixlərinə nisbətən 10% azdır. 20 sentyabr tarixinə qədər ÜST, koronavirus səbəbiylə 950 min insanın ölümü haqqında məlumatları təsdiqləyib.

Ən pis epidemioloji vəziyyət Amerika qitəsində müşahidə olunur, burada xəstələrin sayı ötən həftə ilə müqayisədə 38 faiz artıb. Eyni zamanda, həmin dövr ərzində ölüm sayı 22 faiz azalıb. Avropada isə koronavirusdan ölüm halı çoxalıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi