xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

Pekində koronavirus xəstələrinin hamısı sağalıb

26-08-2020, 12:36 144 dəfə baxılıb

Pekində koronavirus xəstələrinin hamısı sağalıb


Pekində koronavirusa yoluxan son 2 pasiyent də sağalaraq evinə buraxılıb.

Bu barədə Pekin Gigiyena və Sağlamlıq Komitəsi məlumat yayıb. Qeyd olunub ki, şəhərin tibb müəssisələrində bütün koronavirus xəstələri müalicə olunaraq sağalıb.

Pandemiya başladıqdan bu günə qədər Pekində koronavirusa 935 yoluxma faktı qeydə alınıb. Şəhərdə epidemioloji nəzarət tədbirləri zəiflədilib. Küçədə maska ​​taxmaq könüllü olsa da, ictimai nəqliyyatda, eləcə də mağaza, kinoteatr, dövlət qurumları və digər insan sıxlığı yaşanan yerlərdə maska taxmaq tələb olunur.

Statistikaya görə, Çinin materik hissəsində koronavirusa yoluxanların 94,13% -i sağalıb. 2019-cu ilin dekabr ayından bu günə qədər ölkə üzrə yoluxanların sayı 84,9 mini keçib, son 7 gün ərzində 108 yeni yoluxma faktı aşkarlanıb. Ölkə üzrə 15 apreldən etibarən koronavirusdan ölüm faktı qeydə alınmayıb. Pandemiya dövründə ölüm nisbəti 5,45% faiz təşkil edib. Hazırda tibb müəssisələrində 347 aktiv koronavirus xəstəsinin olduğu bildirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi