xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:03 – Niderland vətəndaşlarının İrandan təxliyyəsinə görə Prezidentə təşəkkür etdi - Fotolar 
  • 12:34 – İlham Əliyev: Ermənistanın Azərbaycana zərər vuran prezidentləri indiyədək cəzalarını almayıblar 
  • 12:16 – AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - Fotolar - Yenilənir 
  • 11:43 – Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi 

Paşinyan və ailəsi koronavirusa yoluxdu — SON DƏQİQƏ

1-06-2020, 11:00 55 dəfə baxılıb

Paşinyan və ailəsi koronavirusa yoluxdu — SON DƏQİQƏ


Ermənistanın baş naziri Nikol Paşinyana koronavirus diaqnozu qoyulub.
Report xəbər verir ki, bunu hökumət başçısı özünün “Facebook” səhifəsində canlı yayımda bildirib.

“İqamətgahdan işləyəcəyəm. Məndə rabitə üçün bütün şərait və vasitələr var. Nə qədər mümkün olarsa, o qədər də çalışacağam”, - baş nazir deyib.

N.Paşinyandan başqa, onun bütün ailə üzvləri də koronavirusa yoluxub: “Görünür, ailə üzvləri məhz məndən yoluxublar”.

Qeyd edək ki, N.Paşinyan koronavirusa doğum günündə yoluxub. Bu gün onun 45 yaşı tamam olur.

Mayın 31-nə olan məlumata görə, Ermənistanda indiyədək 9 282 nəfərə COVID-19 diaqnozu qoyulub. Onlardan 3 386 nəfər sağalsa da, 131 nəfər ölüb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi