xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

Koronavirusdan ölümün olmadığı adada dərman tapıldı

20-04-2020, 11:47 237 dəfə baxılıb

Koronavirusdan ölümün olmadığı adada dərman tapıldı


Madaqaskarda qızdırma xəstəliyinin müalicəsində istifadə edilən Artemisiya bitkisi və bir çox şəfalı otların qarışığından dərman hazırlanıb.

 Tətbiqi Araşdırma İnstitutu tərəfindən hazırlanan “Covid Organics” adlı preparatın koronavirusun müalicəsində istifadə ediləcəyi bildirilib.

Madaqaskar Prezidenti Endri Racoelina dərmanı bu gün təqdim edəcəklərini açıqlayıb.

Dərmanın kliniki sınaqları uğurlu keçib. Buna görə də kütləvi istehsalına başlanması qərarlaşdırılıb.

Müalicədə irəliləyişin əldə edilməsinə rəğmən, ölkənin paytaxtı Antananarivo daxil olmaqla, bir çox şəhərdə karantin rejiminin davam ediləcəyi, lakin bəzi qaydaların yumşaldılacağı qeyd olunub.

Son rəqəmlərə görə, Madaqaskarda 83 infeksiyaya yoluxma aşkarlanıb, 39 nəfər sağalıb. Ölüm yoxdur.

Qeyd edək ki, Çinin elm adamları tərəfindən Vyetnam Müharibəsində müalicə məqsədilə istifadə edilən Artemisiya uzun müddətdir ki, laboratoriyalarda sınaqdan keçirilir. Son olaraq çinli həkim Youyou Tu qızdırmanın müalicəsində kəskin effektə malik artemisin maddəsini kəşf etdiyi üçün 2015-ci ilə Tibb üzrə Nobel mükafatını qazanmışdı.   /Publika.az/






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi