xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 17:37 – 2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib 

Putin partiyasını ləğv edir: Xalq Cəbhəsi yaradılır

26-02-2020, 13:30 53 dəfə baxılıb

Putin partiyasını ləğv edir: Xalq Cəbhəsi yaradılır


Rusiyanın hakim Vahid Rusiya Partiyası Ümumrusiya Xalq Cəbhəsi ilə birləşəcək.

Bu məlumatı “Meduza” öz mənbələrinə istinadən yayıb. Məlumata görə, birləşmədən sonra iqtidar partiyasından sədr yerinə 3 yeni həmsədr vəzifəsi yaradılacaq. Dəyişikliklər 2021-ci ilin parlament seçkisinə qədər gerçəkləşdiriləcək. Tezliklə, hər iki siyasi qurum birləşmiş qurultay keçirəcək, nizamnamə, ad və idarəetmə strukturlarını dəyişəcək.

Kreml bununla iqtidar partiyasının reytinqinin həddən artıq aşağı olması problemindən yaxasını qurtarmağa çalışır.

Sayt 2018-ci ildə keçirilən təqaüd reformlarından 1 il sonrakı müddətdə Vahid Rusiya Partiyasının dəstəyinin 48%-dən 32,7%-ə endiyini bildirib. Vahid Rusiyanın Ümumrusiya Xalq Cəbhəsi ilə birləşməsinin əsas təşəbbüskarının Moskva qubernatorunun keçmiş müavini Mixail Kuznetsov olduğu vurğulanıb.

“Kuznetsov çoxdan Vahid Rusiyanın rebrendinqi ideyasını irəli sürür. Ümumrusiya Xalq Cəbhəsinin İcraiyyə Komitəsinin rəhbəri olduqdan sonra Kuznetsov rebrendinq üçün lobbiçilik etməyə başladı”, – xəbərdə bildirilib.

İki siyasi qurumun birləşməsindən sonra Vahid Rusiya Partiyasının hazırkı sədri olan keçmiş baş nazir Dmitri Medvedyev postunu itirəcək. O, partiyanın yeni strukturunda həmsədr də olmayacaq. Birləşmədən sonra həmsədr vəzifələrinə Rusiya Dumasının keçmiş vitse-spikeri Aleksey Qordeyev, Strateji Təşəbbüslər Agentliyinin baş direktoru Svetlana Çupşeva və gənc siyasətçilərdən biri gətiriləcək.

Qeyd edək ki, Ümumrusiya Xalq Cəbhəsi 2011-ci ildə yaradılıb. Hərəkata Rusiya Prezidenti Vladimir Putin rəhbərlik edir. Ümumilikdə hərəkata 1600-dən çox təşkilat daxildir. Onun əsas ideologiyası milli konservatizm və etatizmdir. (axar.az)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi