xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:21 – Prezidentdən göstəriş: geniş islahat paketi hazırlanır 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 
  • 12:25 – İlham Əliyev Şimali Makedoniya Prezidenti ilə görüşüb 

İranda parlament seçkilərində mühafizəkarlar qalib gəldi

24-02-2020, 10:22 48 dəfə baxılıb

İranda parlament seçkilərində mühafizəkarlar qalib gəldi


İranın Daxili İşlər naziri Rəmani Fəzli mətbuat konfransı keçirərək parlament seçkilərinin nəticələri haqqında məlumat verib.
“AzərTAC” xəbər verir ki, nazir seçici fəallığının 42,57 faiz olduğunu bildirib. Onun sözlərinə görə, Tehran və ətraf rayonların əhalisinin 26,2 faizi sesvermədə iştirak edib. Ümumilikdə 11-ci parlament seçkilərində 24 milyon, 512 min 404 nəfər səs verib.
İranda 290 yerlik parlamentdə təmsil olunmaq üçün 1578 nəfər namizədliyini irəli sürüb. İranın Elborz, Elam və Qum, Şərqi Azərbaycan vilayətləri parlamentdə daha çox deputat ilə təmsil olunurlar. Parlamentdə 5 yer isə İranda yaşayan dini azlıqların nümayəndələri üçün ayrılır.

Ölkədə prezident və parlament seçkilərində siyasi mübarizə, əsasən, siyasi arenanın iki böyük qüvvəsi-mühafizəkarlar və islahatçılar arasında aparılır. Bu il seçkilərdə mühafizəkarlar parlamentdə yerlərin daha çoxunu qazanıblar. Əslində bu vəziyyət gözlənilən idi. Prezident Həsən Ruhaninin rəhbərlik etdiyi islahatçılar Qərb ilə danışıqlar apararaq sanksiyaları aradan qaldırmağa çalışdılar. Nəticədə İran daha sərt sanksiyalar ilə üzləşdi ki, bu da ölkədəki sosial-iqtisadi vəziyyətin ağırlaşması ilə nəticələndi. Mühafizəkarlar isə hər zaman ABŞ başda olmaqla, Qərb ilə yumşaq danışmağın əleyhinə olublar. İranın Ali Rəhbəri Ayətullah Əli Xamneyi 2015-ci ildə Qərb ilə danışıqlara başlamaq istəyən Prezident H. Ruhaniyə ABŞ-a inanmaq olmaz deyərək xəbərdarlıq edib. Çox yox, düz 2 il keçəndən sonra zaman Ali Rəhbərin haqlı olduğunu göstərdi. Rəsmi Vaşinqton “İranın nüvə proqramının məhdudlaşdırılması haqqında” sazişə imza atsa da üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədi və sazişdən çıxdığını bəyan etdi. Bu azmış kimi ABŞ Prezidenti Donald Tramp İrana qarşı iqtisadi sanksiyaları daha da sərtləşdirdi. Bütün diplomatik səylərə baxmayaraq, H.Ruhani hökuməti sanksiyaları ortadan qaldıra bilmədi. Bütün bunların nəticəsi olaraq İran ictimaiyyəti parlament seçkilərində mühafizəkar düşərgənin nümayəndələrinə daha çox səs verdi.

İranın yeni parlamenti fəaliyyətini hansı istiqamətdə quracaq və parlamentə kimin sədrlik edəcəyini isə zaman göstərəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi