xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 11:21 – Əliyev Pezeşkiana təşəkkür etdi 
  • 14:20 – Dövlət mülkiyyətində olan əsas vəsaitlərin verilməsi qaydası dəyişib 
  • 13:25 – Prezident onu icra başçısı təyin etdi - Sərəncam 
  • 13:56 – İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib 

Məsud Pezeşkian: "Azərbaycan müharibədə bizə kömək etdi"

Bugün, 09:00 1 dəfə baxılıb

Məsud Pezeşkian: "Azərbaycan müharibədə bizə kömək etdi"


İran prezidenti Məsud Pezeşkian ölkəsinə qarşı tətbiq edilən blokada şəraitində regional diplomatiyanın və qonşu ölkələrin, xüsusilə Azərbaycanın rolunu vurğulayıb.

Musavat.com xəbər verir ki, İran prezidenti həmçinin ABŞ və İsrailin ölkədə xaos yaratmaq planlarının fiaskoya uğradığını bəyan edib.

Pezeşkian müharibə dövründə Azərbaycanın Tehrana göstərdiyi dəstəyi və logistik imkanları xüsusi qeyd edib: "Azərbaycan bütün yolları, bankımızı bağlamışdı... Telefonla danışdıq, iki saat ərzində yenidən açdı. Bank da açıldı, səfirlik də açıldı, yol da açıldı. Müharibə zamanı bizə kömək etdilər, oradan çoxlu yolları — istər Rusiya ilə, istər öz yolunu açdı, nə lazımdırsa yardım göstərdilər, bizimlə əməkdaşlıq etdilər".
Pezeşkian analoji addımların İraq tərəfindən də atıldığını bildirərək, bu cür regional diplomatiyanın İrana qarşı tətbiq olunan mühasirəni yarmaqda mühüm rol oynadığını diqqətə çatdırıb.

"Təfərrüatları demirik ki, ABŞ və İsrail qarşısını almasın"

İran prezidenti ölkəyə təchizatların necə daxil olmasına da toxunaraq, bir çox məsələlərin ictimaiyyətə açıqlanmamasının səbəbini izah edib: "Digər tərəfdən də İrana qarşı blokada var, siz elə bilirsiniz bu təchizatlar haradan gəlir? Bir çox məsələləri deməməyimizin səbəbi odur ki, bu xəbərlər kənara çıxanda ABŞ və İsrail gəlib başqa cür qarşısını alırlar. Haradan nə etdiyimizi görəndə gəlib bir yolu bağlayırlar".

"Düşmənin xaos və etnik iğtişaş planları puç oldu"

Pezeşkian çıxışında ABŞ və İsrailin İranın hüquq-mühafizə orqanlarını hədəf almasına da münasibət bildirərək, onların əsl niyyətlərini açıqlayıb:

"Niyə onlar bizim hüquq-mühafizə orqanlarının əməkdaşlarına bu qədər genişmiqyaslı hücum etdilər? Axı hüquq-mühafizə orqanları hərbi əməliyyatlarda iştirak edən hərbçilər deyil. Onlara zərbə vurmaq nəyə lazım idi?

Onlar hesab edirdilər ki, təhlükəsizlik qüvvələrinə hücumlar küçə etirazlarına və iğtişaşlara səbəb olacaq. Ölkəni parçalanmaya aparacaq etnik gərginliyi alovlandırmağa ümid edirdilər. Lakin onların bütün planları tamamilə puç oldu".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ağustos 2026    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
 Valyuta məzənnəsi