xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 21:55 – Prezident Almaniyadadır - Fotolar+Yenilənib 
  • 12:20 – İlham Əliyev Fələstinin Baş nazirini qəbul etdi 
  • 15:09 – Prezidentin maşınında selfi çəkdi - Foto 
  • 11:07 – Azərbaycan Prezidenti Ukrayna ilə bağlı mövqeyini açıqladı 

Bakının yeni düşməni – Trampın adamı: onu tanıyaq!

Bugün, 16:00 1 dəfə baxılıb

Bakının yeni düşməni – Trampın adamı: onu tanıyaq!


Xəbər verdiyimiz kimi, Milli Məclis ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsinin 2026-cı il iyulun 22-də qəbul etdiyi H.R. 9087 saylı qanun layihəsi ilə bağlı kəskin etiraz bildirib. Həmin sənəddə ölkəmizə qarşı irəli sürülən əsassız ittihamlar qətiyyətlə rədd edilir, Bakıda cəza çəkən erməni canilərin və terrorçuların “hərbi əsir”, “siyasi dustaq” adlandırılması sərt şəkildə pislənilir.

Diqqət çəkən nüans budur ki, Azərbaycan əleyhinə olan qətnaməyə Trampçıların dəstəyi olub. Bu Brayan Mastdır. Baxmayaraq ki, Azərbaycan-ABŞ əlaqələri Tramp hakimiyyəti dövründə yüksəliş dövrünü yaşayır. Bəs respublikaçı Masta nə düşüb ki, bu üzdəniraq prosesə qoşulub?

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə təəssüf edir ki, bədnam qanun layihəsinə dəstək verənlərdən biri də respublikaçı konqresmen olub. Bu qərarın Tramp administrasiyası ilə əlaqələrə təsir etməyəcəyini deyən hüquqşünas hesab edir ki, ürəkbulandıran hərəkətə yol verilib. Sözügedən qanun layihəsini hüquqi cəhətdən əhəmiyyətsiz adlandıran Ç. Qənizadənin fikrincə, bütün hallarda bu addım atılmamalı idi: "Gəlin nəzərə alaq ki, ABŞ və beynəlxalq ictimaiyyət qətnamədən xəbərdar olur. Onları inandırlar ki, guya doğurdan da erməni canilər günahsızdır və girov saxlanılır. Hazırda təbliğat bu yöndə gedir və xristian təəssübkeşlərini cəlb etməkdədir. Əfsuslar olsun ki, bu qanun layihəsi erməni lobbisinin gücünü göstərdi. Yəni hələ də Konqresə təsir imkanları qalır. Azərbaycan isə bu məsələdə mövqeyini bildirib. Biz nə desək, yenə də erməni kampaniyası davam edəcək".



Ç.Qənizadənin sözlərinə görə, respublikaçı konqresmenin tutduğu mövqe ABŞ hakimiyyətinin münasibəti kimi qəbul oluna bilməz: "Azərbaycan Tramp hökuməti ilə əlaqələri inkişaf etdirir. Bu günə qədər Vaşinqtondan hər hansı mənfi reaksiya olmayıb. Ona görə də bir konqresmen əlaqələrimizi korlaya bilməz. Sadəcə, belə qərarların Konqresdən keçməsi Azərbaycana olan qərəzdən xəbər verir. Həbs olunan erməni canilərin cinayətkar əməlləri sübuta yetirilib. Onların Qarabağda xunta rejimi çökdürülüb və layiqli cəzalarını alıblar. İstənilən ölkə bizim kimi davranardı".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Temmuz 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
 Valyuta məzənnəsi