xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

Türkiyənin əsas müxalifət partiyası olan CHP parçalandı

24-07-2026, 13:07 3 dəfə baxılıb

Türkiyənin əsas müxalifət partiyası olan CHP parçalandı


Türkiyənin ana müxalifət partiyası hesab edilən CHP daxilində bitməyən böhran nəhayət ki, parçalanma ilə nəticələndi.
CHP sədri Özgür Özel 90 millət vəkili ilə birlikdə partiyadan ayırılıblar.

Kütləvi istefa prosesi dünən axşam saat 8-də elektron hökumət sistemi vasitəsilə başlayıb.

Saatlar keçdikcə artan iştirakla birlikdə elektron hökumət sistemi vasitəsilə partiyadan ayrılan millət vəkillərinin sayı da artıb. Hazırda CHP-dən 91 millət vəkilinin istefa verdiyi bildirilir. parlament üzvü partiyanı tərk edib.

CHP sədri Özgür Özel isə 90 millət vəkilinin prosedurlarını tamamlamasını gözlədikdən sonra elektron hökumət vasitəsilə istefa verən sonuncu şəxs olub. Belə ki, Özgür Özel yeni partiyanın təsis ərizəsini imzaladıqdan sonra CHP-dən istefa verib.

Xəbəri sosial media hesabında paylaşan Özel "Ölkə, millət, partiyamız və hamımız üçün faydalı olsun" deyə bildirib.

CHP-dən istefa verənlər Özgür Özelin liderliyi altında yeni yaradılan partiyada fəaliyyət gösərəcəklər..

Özelin qurduğu partiya "Yeni Partiya" adlanır. Özel ilə birlikdə istefa verən 90 millət vəkili Yeni Partiyanın Təsis Komitəsinə qoşulub.

Özgür Özelin rəhbərlik etdiyi yeni partiya millət vəkillərinin sayına görə parlamentdəki yeni əsas müxalifət qüvvəsinə çevriləcək.

Özgür Özelin CHP-dən istefasından sonra qurduğu yeni partiyanın loqosu açıqlanıb.

Özgür Özelin rəhbərlik etdiyi yeni siyasi təşkilat, Lozanna müqaviləsinin ildönümündə, bu gün Daxili İşlər Nazirliyinə təsis ərizəsini təqdim etməyə hazırlaşır və 91 millət vəkilinin iştirakı ilə parlamentdə yeni əsas müxalifət partiyası olmağa hazırlaşır. Hazırda parlamentdə 135 yerə sahib olan CHP, 91 millət vəkilinin getməsindən sonra 44 yerə endiriləcək. Bununla da CHP Türkiyə Böyük Millət Məclisində "Əsas müxalifət partiyası" mövqeyini itirəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi