xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 21:55 – Prezident Almaniyadadır - Fotolar+Yenilənib 
  • 12:20 – İlham Əliyev Fələstinin Baş nazirini qəbul etdi 
  • 15:09 – Prezidentin maşınında selfi çəkdi - Foto 
  • 11:07 – Azərbaycan Prezidenti Ukrayna ilə bağlı mövqeyini açıqladı 

Zəngəzurdan Moskvaya ZƏRBƏ – Sokolov kimin adamıdır?

Bugün, 13:04 0 dəfə baxılıb

Zəngəzurdan Moskvaya ZƏRBƏ – Sokolov kimin adamıdır?


ABŞ Dövlət Departamentinin “TRİPP+” fonduna rəhbər təyin etdiyi Konstantin Sokolov Ermənistanın ikinci ən zəngin mis-molibden yatağına da sahib olub. Söhbət Texut mis-molibden yatağından gedir.

Bu yataq Rusiyanın dövlət bankı olan VTB-ə məxsus olub və bank onu kredit borcunun ödənilməməsi qarşılığında əldə edib. Sokolovun investisiyası isə Ermənistanın dağ-mədən sənayesinə - Amulsardakı qızıl yatağından sonra yatırılan ikinci ən böyük Qərb investisiyası olub.

Bütün bunlar Rusiyanın Ermənistandakı iqtisadi hegemonluğunu mərhələli şəkildə minimuma endirəcəkmi?

Milli Məclisin deputatı Azər Badamov Musavat.com-a açıqlamasında bildirib ki, Ermənistan iqtisadiyyatı uzun illərdir ki, Rusiyadan ciddi şəkildə asılı vəziyyətdədir.

Deputat vurğulayıb ki, ölkənin energetika, qaz təchizatı, dəmir yolu, telekommunikasiya və digər strateji sahələrində fəaliyyət göstərən bir sıra aparıcı müəssisələr Rusiyanın dövlət və ya özəl kapitallı şirkətlərinin nəzarəti altındadır: “Bu vəziyyət, təkcə iqtisadi deyil, həm də siyasi baxımdan Ermənistanın qərarvermə imkanlarını məhdudlaşdıran əsas amillərdən biridir. Son illərdə isə Ermənistanda iqtisadiyyatın şaxələndirilməsi və Qərb investisiyalarının cəlb olunması istiqamətində yeni tendensiyalar müşahidə edilir.

İqtisadiyyatın yalnız bir mərkəzdən asılı olması istənilən dövlət üçün həm iqtisadi, həm də siyasi risklər yaradır. Məhz buna görə də Ermənistan alternativ investisiya mənbələri və yeni iqtisadi tərəfdaşlar axtarmağa çalışır. Bu siyasət ölkənin iqtisadi müstəqilliyini gücləndirməklə yanaşı, xarici siyasətdə də daha çevik mövqe formalaşdırmaq imkanları yarada bilər. Azərbaycanın ərazi bütövlüyünü beynəlxalq hüquq çərçivəsində bərpa etməsi və regionda yeni sülh gündəliyinin formalaşması Ermənistan üçün də yeni iqtisadi perspektivlər açıb. Uzun illər davam edən münaqişənin başa çatması regionda kommunikasiya xətlərinin bərpası, nəqliyyat marşrutlarının açılması və beynəlxalq investorların marağının artması üçün əlverişli şərait yaradıb.

Bu kontekstdə TRIPP layihəsi çərçivəsində investisiya fondunun yaradılması və fond rəhbərliyinin Ermənistanın Texut mis-molibden yatağına investisiya qoyması diqqət çəkən hadisələrdəndir. Gələcəkdə digər sahələrə də sərmayələrin yönəldilməsi ehtimalı Ermənistan iqtisadiyyatının şaxələndirilməsi baxımından yeni imkanlar yarada bilər. Əgər regionda kommunikasiyalar, o cümlədən Zəngəzur istiqamətində nəqliyyat bağlantıları tam şəkildə fəaliyyətə başlasa, Ermənistan beynəlxalq yükdaşımaların iştirakçısına çevrilə, tranzit ölkə kimi əlavə gəlirlər əldə edə və iqtisadi əlaqələrini genişləndirə bilər”.

A. Badamov hesab edir ki, belə bir inkişaf ssenarisi Ermənistanın beynəlxalq iqtisadi sistemə inteqrasiyasını sürətləndirə, Rusiyadan iqtisadi asılılığının mərhələli şəkildə azalmasına şərait yarada bilər: “Bununla belə, nəzərə almaq lazımdır ki, Rusiyanın Ermənistan iqtisadiyyatındakı mövqeləri hələ də kifayət qədər güclüdür. Bu səbəbdən asılılığın qısa müddətdə aradan qalxacağını gözləmək real deyil. Bu, uzunmüddətli və mərhələli proses olacaq və həm yeni investisiyaların həcmindən, həm də Ermənistanın həyata keçirəcəyi iqtisadi islahatlardan asılı olacaq.

Bütövlükdə bugünkü reallıqlar onu göstərir ki, Ermənistanın iqtisadi və siyasi manevr imkanlarının genişlənməsində regionda yaranmış yeni geosiyasi vəziyyət həlledici rol oynayır. Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi və postmünaqişə dövründə regional əməkdaşlıq gündəliyini irəli sürməsi Cənubi Qafqazda yeni iqtisadi imkanlar formalaşdırıb. Məhz bu reallıqlar Ermənistanın beynəlxalq iqtisadi layihələrə qoşulması, alternativ investisiyalar cəlb etməsi və iqtisadi müstəqilliyini gücləndirməsi üçün zəmin yaradıb. Bu baxımdan demək olar ki, Ermənistanın bu gün əldə etdiyi yeni iqtisadi imkanların formalaşmasına görə Azərbaycana və Prezident İlham Əliyevə təşəkkür etməlidir”.

İqtisadçı Xalid Kərimlinin fikrincə isə, “TRİPP+” fonduna rəhbərin kimliyi əhəmiyyətli rol oynamır: “Rusiyanın Ermənistandakı iqtisadi hegemonluğunu TRİPP marşrutu, Ermənistanın Avropa İttifaqına inteqrasiyası azalda bilər. Amma Sokolovun təyinatının heç bir rolu və təsiri olmayacaq. Ermənistanın indiki hakimiyyəti fikirlərində israr etsə, ABŞ və Avropa da bu təşəbbüsləri dəstəkləsə, Rusiyadan asılılıq azala bilər, amma tam aradan qalxmayacaq”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Temmuz 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
 Valyuta məzənnəsi