xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

Körfəzdə vəziyyət yenidən gərginləşdi - ABŞ hərbi gəmiləri Körfəzə girdi

6-05-2026, 11:29 6 dəfə baxılıb

Körfəzdə vəziyyət yenidən gərginləşdi - ABŞ hərbi gəmiləri Körfəzə girdi


Üçüncü Amerika idarə olunan raket esminesi olan USS Rafael Peralta, Mission Freedom (Azadlıq əməliyyatı) proqramı çərçivəsində Hörmüz boğazından keçərək Fars körfəzinə daxil olub.

Bu barədə “CBS News” amerikalı rəsmilərə istinadən məlumat yayıb. Nəşrin yazdığına ABŞ Hərbi Dəniz Qüvvələrinin üç gəmisi, o cümlədən USS Truxtun və USS Mason esminesləri hazırda Hörmüz boğazının qərbindəki ərazidə əlavə təlimatlar gözləyirlər.
Rəsmilər bildiriblər ki, onlar boğazdan keçərək Fars körfəzini tərk etməyə çalışan istənilən kommersiya gəmisini qorumaq üçün hərbi gəmilər, döyüş təyyarələri və hava hücumundan müdafiə sistemlərini əhatə edən çoxqatlı müdafiə sisteminin bir hissəsidir.

ABŞ-ın Yaxın Şərqdəki Mərkəzi Komandanlığının (CENTCOM) məlumatına görə, USS Truxtun və USS Mason esminetsləri bazar ertəsi günü qırıcı təyyarələr və helikopterlərin köməyi ilə Hörmüz körfəzindən keçərkən İran qüvvələri tərəfindən raketlər, dronlar və sürət qayıqlarından istifadə edərək hücuma məruz qalıb. Hərbi rəsmilər bildiriblər ki, gəmilərin müdafiə qabiliyyəti hava dəstəyi ilə artırılıb və yaxınlaşan hər bir təhlükəni uğurla dəf edib və ya qarşısını alıb. Onlar əlavə ediblər ki, atılan sursatlardan heç biri gəmilərə çatmayıb və iki İran gəmisi batırılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi