xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:20 – İlham Əliyev Fələstinin Baş nazirini qəbul etdi 
  • 11:07 – Azərbaycan Prezidenti Ukrayna ilə bağlı mövqeyini açıqladı 
  • 11:03 – Prezident: Azərbaycan və Rusiya münasibətləri normallaşdırıb və müsbət dinamikaya malikdir 
  • 10:40 – Dövlət başçısı: Təhlükəsizlik təhdidləri bizim region üçün kitablarda oxuduğumuz mövzu deyil 

Çində fişəng fabrikində partlayış - 21 ölü, 61 yaralı

5-05-2026, 10:11 4 dəfə baxılıb

Çində fişəng fabrikində partlayış - 21 ölü, 61 yaralı


Çinin cənubundakı Hunan əyalətində fişəng istehsalı fabrikində baş verən partlayış nəticəsində 21 nəfər həlak olub, 61 nəfər isə yaralanıb.

Bu barədə “Xinhua” agentliyi məlumat yayıb.

Bildirilib ki, partlayış dünən axşam saatlarında əyalətin paytaxtı Çanşa şəhərinin Liuyanq dairəsində yerləşən fişəng fabrikində olub.

Yerli Fövqəladə Halların İdarə Edilməsi Bürosunun açıqlamasına görə, fabrikdəki işçilərdən 21-i həyatını itirib, 61-i isə müxtəlif dərəcəli xəsarət alıb.

Hadisədən dərhal sonra əraziyə yanğınsöndürmə və təcili yardım briqadaları cəlb olunub, axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Çin Sədri Si Cinpin partlayışla bağlı axtarış-xilasetmə işlərinin səfərbər olunmasını və məsul şəxslərin cavabdeh tutulması üçün dərhal araşdırma aparılmasını tələb edib. O, həmçinin bütün yerli hökumətlərin və aidiyyəti qurumların iş yerlərində təhlükəsizlik tədbirlərini gücləndirməli, əsas sektorlarda risk monitorinqi və nəzarəti artırmalı olduqlarını vurğulayıb.

Fövqəladə Halların İdarə Edilməsi Nazirliyi hadisə yerində xilasetmə və yardım işlərinə rəhbərlik etmək üçün bölgəyə xüsusi qrup göndərib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Temmuz 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
 Valyuta məzənnəsi