xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Prezident Qaradağda açılışda - Fotolar 
  • 15:46 – Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi - SƏRƏNCAM 
  • 14:37 – Vladimir Putin İlham Əliyevə zəng etdi - Razılıq əldə olundu 
  • 14:33 – Prezidentdən Əziz Səncər ilə bağlı SƏRƏNCAM 

ABŞ-də böhran: 750 min dövlət məmuru işdən çıxarılır

1-10-2025, 13:25 3 dəfə baxılıb

ABŞ-də böhran: 750 min dövlət məmuru işdən çıxarılır


ABŞ Prezidenti Donald Tramp federal hökumətin fəaliyyətini dayandıracağı və bunun çoxsaylı işçinin ixtisarına səbəb olacağını bəyan edib.

Bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

"Heç nə qaçılmaz deyil, yəqin ki, olacaq”, - Tramp bildirib.

Konqresin Büdcə Ofisi (CBO) hesab edir ki, federal hökumət maliyyə çatışmazlığı səbəbindən bağlanarsa, təxminən 750,000 işçi işdən çıxarıla bilər.

Hökumətin bağlanmasına səbəb isə Demokratlarla Respublikaçıların hələ də yeni maliyyə ilinin başlamasına bir neçə saat qalmış büdcə ilə bağlı razılığa gələ bilməməsidir.

ABŞ qanunlarına görə, Konqres oktyabrın 1-də başlayan və növbəti ilin sentyabrın 30-da başa çatan bütün maliyyə ili üçün büdcəni vaxtında təsdiq edə bilmirsə, buna qədər olan müddət müvəqqəti büdcələrlə əhatə olunmalıdır.

Büdcənin təsdiq edilə bilməyəcəyi dövrlərdə xərcləmə səlahiyyətini itirən federal hökumət, əsas xidmətlər istisna olmaqla, bütün fəaliyyəti dayandırmaq məcburiyyətində qalır.

Bu müddət ərzində qeyri-vacib xidmətlərdə çalışan dövlət işçiləri məcburi məzuniyyətdə olurlar. ABŞ ordusu, kəşfiyyat orqanları, dövlət xəstəxanalarında çalışan həkim və tibb bacıları, hava limanlarında və həbsxanalarda mühafizəçilər kimi dövlət işçiləri isə öz işlərinə davam edirlər. Ən qəribəsi də odur ki, "əsas işçilər" kimi təsnif edilən bu işçilər də, Konqres yeni büdcə qəbul edənə qədər maaşlarını ala bilmirlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi