xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

Tramp ABŞ qüvvələrini yenidən Əfqanıstana qaytarmaq istəyir

19-09-2025, 13:13 5 dəfə baxılıb

Tramp ABŞ qüvvələrini yenidən Əfqanıstana qaytarmaq istəyir


ABŞ dörd ildən sonra Əfqanıstana qayıtmaq istəyir.

NTV xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp açıqlayıb. O, 2021-ci ildə Talibanın ölkəyə nəzarəti ələ keçirməsindən bir müddət əvvəl boşaldılan Baqram aviabazasını geri almaq üçün çalışdıqlarını açıqlayıb.

"Onlar bizdən müəyyən şeylər istəyirlər və biz də bu bazanı geri almaq istəyirik. Bu, müəyyən mənada flaş xəbər ola bilər. Bu baza bizim üçün vacibdir.

Bizim bazanı istəməyimizin səbəblərindən biri Çinin nüvə silahlarını hazırladığı yerdən cəmi bir saatlıq məsafədə olmasıdır”, - deyə o söyləyib.

Qeyd edək ki, Baqram 11 sentyabr 2001-ci il hücumlarından sonra başlayan əməliyyatlar dövründən etibarən təxminən 20 il ərzində Əfqanıstanda ABŞ-nin rəhbərlik etdiyi qüvvələr üçün ən strateji mərkəz olub. ABŞ və NATO qoşunları 2021-ci ilin iyulunda bazanı gizli şəkildə tərk edib. Bundan dərhal sonra Taliban sürətlə irəliləyərək ölkənin böyük hissəsini və paytaxt Kabili ələ keçirib.
Vəzifəyə qayıtdıqdan sonra Tramp dəfələrlə Baqramın itirilməsini tənqid edib və bunu sələfi Co Baydenin “səhv idarəçiliyi” ilə əlaqələndirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi