xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

“Rusiyanı tərk etmiş bir çox şirkət geri qayıtmaq istəyir” - Putin

5-09-2025, 10:32 9 dəfə baxılıb



Rusiya Prezidenti Vladimir Putin Vladivostokda keçirilən Şərq İqtisadi Forumu (EEF) çərçivəsində çıxışı zamanı Uzaq Şərq və Arktika bölgələri üçün yeni sosial-iqtisadi təşəbbüslər irəli sürüb.

Putin bildirib ki, Uzaq Şərq ipoteka kreditinin tətbiq sahəsi genişləndiriləcək.

Onun sözlərinə görə, bu proqram çoxmənzilli binaların hələ tikilmədiyi və inşaatçılar tərəfindən təkliflərin olmadığı şəhərlərə də şamil olunmalıdır. Putin həmçinin ipotekanın regionun bütün çoxuşaqlı ailələrinə tətbiq edilməsini vacib sayıb.

O, əlavə edib ki, Uzaq Şərqdə 2%-lik ipoteka proqramı dövlət və bələdiyyə qurumlarının bütün işçilərini də əhatə edəcək.

Putin həmçinin iqtisadi təşviqlərlə bağlı mühüm açıqlamalar verib. O, 2027-ci il yanvarın 1-dən etibarən bütün Uzaq Şərq və Arktikada biznes üçün vahid güzəştli rejimin tətbiq ediləcəyini vurğulayıb.

Bundan başqa, Rusiya Sibir çaylarının nəqliyyat potensialından istifadə etməyə imkan verəcək transarktik dəhliz hazırlayacaq. Dronların istifadəsi üzrə eksperimental rejim isə bütün Uzaq Şərq bölgəsinə uzadılacaq.

Prezidentin sözlərinə görə, Rusiyanı tərk etmiş bəzi şirkətlər geri qayıtmaq istəyini ifadə edib və bu, mövcud şərtlər əsasında mümkün olacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi