xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

35 hərbçi təzminat almaq üçün bir-birini güllələdi - Rusiya ordusunda qalmaqal

27-08-2025, 10:07 7 dəfə baxılıb

35 hərbçi təzminat almaq üçün bir-birini güllələdi - Rusiya ordusunda qalmaqal


Rusiya ordusundakı yüksək rütbəli şəxslər də daxil olmaqla 35 nəfər Ukrayna ilə döyüşdə yaralandıqları görüntüsü yaradaraq təzminat almaq üçün bir-birini güllələyib.

"Bu yollla polkovnik Artem Qorodilov və polkovnik-leytenant Konstantin Frolovla yanaşı bir neçə əsgər təzminat alıb.

Qalmaqal günlər sonra bir əsgərin hadisəni ifşa etməsi nəticəsində üzə çıxıb.

Rusiya Hərbi Prokurorluğu 83-cü Qvardiya Hava Desant Briqadasının əsgər və zabitlərinin saxta döyüş yaraları yaratmaq üçün bir-birini qəsdən güllələdiyini aşkara çıxardıb.

İstintaq zamanı keçmiş briqada komandiri polkovnik Artem Qorodilov və “Cəllad” ləqəbli polkovnik-leytenant Konstantin Frolov cinayətlərini etiraf ediblər.

Dosyedəki sənədlər Frolovun öz yaralarını saxtalaşdırmaq üçün əsgərlərinə onu güllələməyi əmr etdiyini göstərir.

Onun geyimində yeddi yara izi olsa da, müayinələr yaraların dördünün saxta olduğunu üzə çıxarıb.

İstintaqın məlumatına görə, bu briqadanın 30-dan çox hərbçisi cəbhədə aldıqları iddia edilən yaralara və xəsarətlərə görə ümumilikdə 200 milyon rubldan çox ödəniş alıblar.

Bu yaralar həm də komandirlər tərəfindən qurbanların “İgidliyə görə” ordeni və medalı ilə təltif edilməsi ilə bağlı təkliflər verməsi üçün əsas olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi