xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 21:55 – Prezident Almaniyadadır - Fotolar+Yenilənib 
  • 12:20 – İlham Əliyev Fələstinin Baş nazirini qəbul etdi 
  • 15:09 – Prezidentin maşınında selfi çəkdi - Foto 
  • 11:07 – Azərbaycan Prezidenti Ukrayna ilə bağlı mövqeyini açıqladı 

Rusiyada sunami: dalğa 200 metr hündürlüyə qalxdı, liman su altında qaldı

30-07-2025, 09:52 4 dəfə baxılıb

Rusiyada sunami: dalğa 200 metr hündürlüyə qalxdı, liman su altında qaldı


Rusiyanın şərqində Kamçatkada baş verən güclü zəlzələ sunamiyə səbəb olub.

Üç sunami dalğası zəlzələdən sonra Severo-Kurilsk sahil zonasında Kuril adasının Paramuşir sahilinə dəyib, sonuncusu ən dağıdıcı olub.

Saxalin vilayətinin Severo-Kurilsk bələdiyyə dairəsi administrasiyasının rəhbəri Aleksandr Ovsyannikovun verdiyi məlumata görə, birinci sunami dalğası təxminən 200 metr hündürlüyə çatıb. “Sonra daha iki dalğa oldu, ikincisi çox zəifdi, üçüncüsü daha çox enerjili, güclü idi. Gəmiləri sahilə atıb, liman infrastrukturuna ciddi ziyan vurub", - Aleksandr Ovsyannikov qeyd edib.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Severo-Kurilsk limanı su altında qalıb. Dəniz suyu da Alaid balıqçılıq müəssisəsinə daxil olub. Şəhər sakinləri sunami təhlükəsi tamamilə aradan qaldırılana qədər orada qalacaqları təpəyə köçürülüb. Şəhərdə həyacan siqnalı verilib.
Bu gün Sakit okeanda Kamçatka yaxınlığında 8,7 bal gücündə zəlzələ baş verib. Bu, 1952-ci ildən bəri ən güclü zəlzələ hesab olunur. 7,5 bal gücündə olan afterşokların ən azı bir ay davam edəcəyi gözlənilir. Kamçatka və bütün Kuril adaları üçün sunami xəbərdarlığı edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Temmuz 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
 Valyuta məzənnəsi