xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:56 – Prezidentdən qurultay iştirakçılarına - Müraciət 
  • 12:03 – Prezident həmkarını qarşıladı - Fotolar 
  • 09:27 – İlham Əliyev: Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir 
  • 12:04 – İlham Əliyev Antalyada Moldova Prezidenti ilə görüşüb 

Tramp Ukraynaya verdiyi “Patriot”un pulunu Avropadan alacaq

14-07-2025, 10:05 1 dəfə baxılıb



ABŞ prezidenti Donald Tramp Ukraynanın ABŞ-dən “Patriot” hava hücumundan müdafiə sistemləri alacağını təsdiqləyib.

Ancaq silahların pulunu Vaşinqton yox, NATO ölkələri ödəyəcək.

Tramp bildirib ki, ABŞ Ukraynanı müasir silahlarla, o cümlədən “Patriot” sistemləri ilə təmin edəcək, lakin xərclər NATO müttəfiqlərinin üzərinə düşəcək. O, bunun Amerika iqtisadiyyatı üçün faydalı olacağını vurğulayıb.

“Ümumiyyətlə, biz onlara çox müasir silahların müxtəlif nümunələrini göndərəcəyik və bunun üçün bizə 100 faiz ödəyəcəklər. Bizim istədiyimiz məhz budur. Biz uzun müddətdir ki, buna nail olmağa çalışırıq. Düşünmürəm ki, Bayden bunu heç istəyib”, - ABŞ prezidenti bildirib.

O xatırladıb ki, ABŞ Ukrayna savaşına artıq 350 milyard dollara yaxın, Avropa isə cəmi 100 milyard dollar xərcləyib. Onun fikrincə, müttəfiqlər Amerikadan çox xərcləməlidirlər.

Tramp əlavə edib ki, təhvil veriləcək silahların dəqiq miqdarı hələ müəyyən edilməyib, lakin Ukrayna avadanlığın bir hissəsini mütləq alacaq.

“Bu, bizim üçün iş olacaq. Biz isə onlara çox ehtiyacı olan “Patriot”ları göndərəcəyik, çünki Putin həqiqətən çoxlarını təəccübləndirib. O, gözəl danışır, sonra axşam hamını bombalayır”, - Tramp bildirib.

Bundan əvvəl Tramp artıq bəyan edib ki, NATO ölkələrinə silah ödənişli əsaslarla verilməlidir, bundan sonra onların Ukraynaya təhvil verilib-verilməməsinə özləri qərar verə bilərlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 Valyuta məzənnəsi