xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

Ağ bayraq qaldırıldı: Hindistan-Pakistan toqquşmasında şok yaşandı

7-05-2025, 09:44 11 dəfə baxılıb

Ağ bayraq qaldırıldı: Hindistan-Pakistan toqquşmasında şok yaşandı


“Ölkə.Az” gecə və səhərə yaxın Hindistanla Pakistan arasında baş verən əsas hadisələrin xronologiyasını təqdim edir:

Hindistan Pakistanın sərt cavabından şoka düşüb və vasitəçilər yolu ilə gərginliyi azaltmağa çağırıb.

Hindistan ordusu Kəşmirdə nəzarət xəttində yerləşən Çora kompleksində ağ bayraq qaldırıb.

Buna səbəb isə Pakistan ordusunun nəzarət xətti boyunca düşmən postlarına ciddi zərbə vurması olub. Hindistan ordusu Çora kompleksi postunda ağ bayraq asıb.

Həmçinin Pakistan Hərbi Hava Qüvvələri Hindistanın Fransa istehsalı olan iki “Rafale” və Rusiya istehsalı olan bir “Su-30” qırıcısı daxil olmaqla beş təyyarəsini vurub.

Bundan əlavə, Hindistan Hərbi Hava Qüvvələri gecə hücumu zamanı Pakistanda mülki infrastruktura, o cümlədən dörd məscidə zərbələr endirib.

Zərbələr Əhmədpur İst və Muridke (Pəncab əyaləti), Müzəffərabad və Kotli (Azad Cammu və Kəşmirin Pakistan ərazisi) şəhərlərindəki məscidlərə endirilib.

Pakistanda mülki infrastruktura endirilən raket zərbələri nəticəsində ölənlərin sayı 8 nəfərə, yaralıların sayı isə 35 nəfərə çatıb.

Hindistan ordusu silahlı qüvvələrin hər üç qolunun dəqiq silahlarından istifadə etməklə Hindistan ərazisindən Pakistandakı hədəflərə zərbələr endirib.

"Zərbələrə üç qüvvənin - Hindistan Ordusu, Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələrinin dəqiq silah sistemləri cəlb olunub. Zərbələr yalnız Hindistan ərazisindən endirilib", - məlumatda deyilir.

Məlumata görə, Pakistanda silahlıların düşərgələrinə zərbələrin endirilməsi üçün koordinatlar kəşfiyyat orqanları tərəfindən verilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi