xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:51 – İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçiləri qəbul edib - Yenilənib 
  • 14:45 – Prezident "ASAN Xidmət"lə bağlı fərman İMZALADI 
  • 14:39 – SON DƏQİQƏ: Prezident onları TƏLTİF ETDİ 
  • 12:29 – Prezident sel və daşqınlarla mübarizə üçün - 86 milyona yaxın vəsait ayırdı 

Mask Ağ Evdəki vəzifəsindən istefa verdi, səbəb isə...

23-04-2025, 10:55 4 dəfə baxılıb

Mask Ağ Evdəki vəzifəsindən istefa verdi, səbəb isə...


ABŞ administrasiyasının Hökumətin Səmərəliliyi Departamentinə (DOGE) rəhbərlik edən Elon Musk may ayında vəzifəsindən çəkilməyə başlayacağını açıqlayıb.

Xarici KİV xəbər verir ki, o bu barədə investorlarla görüşdə danışıb.

Mask hökumətin maliyyə nizamını təmin etmək üçün işlərin böyük ölçüdə tamamlandığını bildirib.

"Yəqin ki, maydan etibarən mənim DOGE-yə (Department of Government Efficiency) ayırdığım vaxt əhəmiyyətli dərəcədə azalacaq" – o deyib.

Bununla belə, Mask vəzifədən tamamilə ayrılmadan əvvəl həftədə bir və ya iki gün “kritik iş”lə məşğul olmağa davam edəcəyini söyləyib. O bu prosesin prezidentin xahiş etdiyi və faydalı olduğu müddətdə davam edəcəyini bildirib.

Maskın DOGE-də səlahiyyət müddəti mayın 30-da başa çatır. Bu, xüsusi dövlət qulluqçusu statusunda 130 günlük xidmət müddətinin qanuni limitinə uyğundur.

Bu açıqlamanın “Tesla”nın mənfəət və gəlirlərində ciddi azalma yaşadığı bir vaxta təsadüf etməsi diqqət çəkib.

Qeyd edək ki, “Tesla” 2025-ci ilin birinci rübündə 19,3 milyard dollar gəlir əldə edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9% azalma deməkdir.

Şirkətin xalis mənfəəti də 71% azalaraq 1,39 milyard dollardan 409 milyon dollara düşüb. Avtomobil tədarükünün 13% azalması “Tesla”nın 2022-ci ildən bəri ən pis rübünü yaşamasına səbəb olub.

Mütəxəssislər deyirlər ki, “Tesla”nın çətinliklərinin əsas səbəblərindən biri Maskın Ağ Evdəki vəzifələridir. Brendin buna görə nüfuzunu itirdiyi bildirilir.

Qeyd edilir ki, vəziyyətin düzəlməsi üçün Mask Ağ Evdəki vəzifəsini tamamilə tərk etməli və CEO olaraq “Tesla”ya qayıtmalıdır.

Mask isə brendlə bağlı mənfi rəyin iqtisadi qeyri-müəyyənlikdən qaynaqlandığını söyləyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 Valyuta məzənnəsi