xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:04 – Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir 
  • 09:24 – Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video 
  • 09:00 – Azərbaycanda Dövlət Suverenliyi Günüdür 
  • 18:39 – Azərbaycan lideri xanımı ilə ziyarətgahda - Fotolar 

Sarkisyan ona qarşı ifadə verən keçmiş nazirlə üzləşdirildi

17-12-2019, 08:39 70 dəfə baxılıb

Sarkisyan ona qarşı ifadə verən keçmiş nazirlə üzləşdirildi


Ermənistanın Xüsusi İstintaq Xidməti sabiq prezident Serj Sarkisyanla keçmiş kənd təsərrüfatı naziri Serqo Karapetyanı üzləşdirib.
Virtualaz.org bildirir ki, S.Sarkisyanın vəkili Amram Makinyan sabiq prezidentin iştirakı ilə üzləşmənin keçirildiyini təsdiqləyib, amma kiminlə üzləşdiyini açıqlamayıb.

Erməni mediası isə Sarkisyana qarşı ifadə verən şəxsin Serqo Karapetyan olduğunu yazıb.
Serj Sarkisyanın hakimiyyəti dövründə Yerevanda dizel yanacağının tədarükü üçün keçirilən tenderdə "Maksur" və "Flash" də daxil olmaqla bir çox şirkətlər müraciət edib. "Maksur" daha aşağı qiymət təklif edib və onun müraciəti təsdiq üçün Kənd Təsərrüfatı Nazirliyi tərəfindən hökumətə təqdim edilib. Lakin Sarkisyan öz rəsmi mövqeyindən istifadə edərək tabeliyindəki şəxslərə "Flash" şirkətinin xeyrinə seçim etməyi tapşırıb.

Cari ilin dekabrın 4-də Xüsusi İstintaq Xidməti keçmiş prezidentə qarşı mənimsəmə və oğurluq ittihamını irəli sürüb. Sarkisyan 2013-cü il yanvarın 25-dən 7-dək bir milyondan çox vəsaiti oğurlamaqda ittiham olunur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi