xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:46 – Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Fotolar 
  • 12:56 – Prezidentdən qurultay iştirakçılarına - Müraciət 
  • 12:09 – Prezidentlər təkbətək görüşdü - Fotolar 
  • 12:03 – Prezident həmkarını qarşıladı - Fotolar 

İran çökür, milyardlarla dollar büdcə kəsiri var – Ekspert ŞOK FAKTLARI açıqladı

4-12-2019, 20:15 48 dəfə baxılıb

İran çökür, milyardlarla dollar büdcə kəsiri var – Ekspert ŞOK FAKTLARI açıqladı


İranda benzinin bahalaşmasının səbəbi büdcə kəsiridir.

Bu sözləri iranlı iqtisadçı Navid Cəmşidi bildirib.

“Hökumət əsas istehlak maddələrini bahalaşdıraraq və vergiləri artıraraq büdcə kəsirini xalqın cibindən qarşılamağa çalışır. Benzinin bahalaşması bu məqsədlə aparıldı. Keçmişdə də büdcə kəsiri vardı, lakin bu dəfə kuliminasiya oldu. Dövlətdə pul qalmayıb. Əvvəl əlavə valyuta çap edərək dövriyyəyə buraxırdılar. Amma bu dəfə büdcədəki kəsirin bağlanmasında bu yollar fayda verməyib” – Cəmşidi deyib.

Büdcə kəsirini yaradan səbəblərin pis idarəetmə, korrupsiya və sanksiyalar olduğunu açıqlayan ekspert İranda bu il büdcə kəsirinin 16 milyard dollara yaxın olduğunu bildirib: “Hökumət qənaət tədbirləri ilə kəsirin yarısını bağlamağı hədəfləyir. Digər yarısının 2,5 milyard dollarlıq hissəsinin də benzinin bahalaşması ilə qarşılanacağı düşünülür. Buna rəğmən, ortada hələ də 5,5 milyardlıq büdcə kəsiri var”.

Tehran hökumətinin benzinin bahalaşmasını qapalı qapılar arxasında “bişirdiyini”, xalqın təzyiqindən çəkindiyi üçün xəbəri media ilə paylaşmadığını qeyd edən Cəmşidi, prosesin doğru idarə edilmədiyini diqqətə çatdırıb: “ABŞ prezidenti Donald Tramp haqqındakı impiçmentlə məşğul ikən, rəsmi Tehran hərəkətə keçdi. Ehtimal olunan küçə iğtişaşlarının qarşısını almaq üçün təhlükəsizlik qüvvələrini əvvəldən hazırladı və bahalaşma xəbərinin açıqlanması qarın yağması ilə bərabərləşdirildi. Prezident Həsən Ruhani bahalaşmadan əldə olunan gəlirin kasıb təbəqəyə paylanacağını açıqlayıb. Bu bahalaşma qiymətlərin və inflyasiyanın kəskin şəkildə artmasına səbəb olacaq. İran Mərkəzi Bankının bahalaşmanın inflyasiyaya təsirinin 4 faiz civarında olacağını əks etdirən açıqlaması həqiqət deyil. 1979-cu il inqilabından bəri nə zaman bahalaşma olsa, bunun kasıblar üçün edildiyi açıqlanır. Lakin hər dəfə bahalaşmadan ən çox zərər görən elə kasıb təbəqə olub”.

Qeyd edək ki, ABŞ nüvə razılaşmasından çıxdıqdan sonra İrana iqtisadi və maliyyə sanksiyaları tətbiq edir. Buna bağlı olaraq iqtisadiyyatı çökən İran, benzini 3 qat bahalaşdırıb. 15 noyabrdan etibarən küçələrə axışan xalq bankları, benzin stansiyalarını və marketləri yandırır. Aksiyalar zamanı 208 nəfər ölüb. (publika.az)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 Valyuta məzənnəsi