xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:21 – Prezidentdən göstəriş: geniş islahat paketi hazırlanır 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 
  • 12:25 – İlham Əliyev Şimali Makedoniya Prezidenti ilə görüşüb 

“Forbes” azərbaycanlı milyarderlərin Moskvadakı savaşından yazdı; sensasion iddialar

2-12-2019, 09:48 48 dəfə baxılıb

“Forbes” azərbaycanlı milyarderlərin Moskvadakı savaşından yazdı; sensasion iddialar


İş adamları ilə bağlı dünya çapında nüfuz sahibi olan “Forbes” jurnalında azərbaycanlı iş adamları haqqında maraqlı bir yazı gedib. Məqalədə adı hallanan şəxslər rəsmən milyarderlər kimi tanınırlar. “Forbes” yazır ki, Rusiyada birgə iş görən iki azərbaycanlı milyarder arasında qarşıdurma yaranıb və milyarderlərdən biri o birinin üstünə silahlı birləşmə göndərib…



Məqalədə qeyd olunur ki, 46 yaşlı İlqar Hacıyev Azərbaycanda milyard dollar dəyəri olan ilk şirkəti quran birisidir. Hazırda o, Berlində fəaliyyət göstərir. Onun rəhbərlik etdiyi tikinti şirkəti gördüyü işlərin həcmindən dolayı “Titan” hesab olunur. Artıq bu şirkət Afrikada da özünə yer edib. Qambiyada böyük işlər görür.

İlqar Hacıyev 15 ildən çoxdur ki, Azərbaycanda, keçmiş Sovet İttifaqı, Şərqi Avropa və hətta Nigeriyada yollar, körpülər, hava və dəniz limanları tikir. İndi o, Berlində yaşayan digər azərbaycanlı iş adamı Ziya Qazıyevlə ortaqlıq edir.

Картинки по запросу God Nissanov iş adamı

God Nisanov

Bir il əvvələ qədər cənab Hacıyev əsasən Rusiyada tikinti işinə baxırdı. Lakin orada başqa bir azərbaycanlı iş adamı, əmlak bazarında milyardlar qazanmış God Nisanovla mübahisələri düşüb. Qarşı tərəf onu ölümlə təhdid edir. Elə bu səbəbdən də İlqar Hacıyev sonda Berlinə köçməyə vadar olub.

“Almaniya biznes üçün fantastik bir yerdir”, Hacıyev Berlindəki ofisində verdiyi müsahibəsində belə deyir.

Amerika jurnalı yazır ki, İlqar Hacıyevin biznes istedadı haqqında əfsanələr dolaşır. O, 15 yaşında Azərbaycanın paytaxtını tərk edərək Rusiyaya gedib. Dörd il sonra, o, artıq milyonçu idi. Biznes sahəsində sürətlə irəlilədi. Bir müddət sonra yenidən Bakıya qayıtdı. “Akkord” tikinti şirkətini yaratdı. Sovet İttifaqının süqutu və Azərbaycan ərazisinin 20 faizinin işğalı ilə nəticələnən separatçı müharibə iqtisadiyyatı yaman günə qoymuşdu. Lakin 2006-cı ildən sonra Azərbaycanın karbohidrogen ehtiyatları Qərbə nəql olunmağa başladı. Ölkədə canlanma yarandı.

O zaman cəmi 33 yaşı olan İlqar Hacıyevin şirkətinin bazar dəyəri 4 milyard dollardan çox idi. Strateji əhəmiyyətli infrastruktur layihələrinin istismara verilməsinin açılışlarına qatılırdı….

2017-ci ildə cənab Hacıyev Moskvadakı ortağı Nisanovla birlikdə bahalı kommersiya layihələri həyat keçirdirdi.

Cənab Hacıyev 2018-ci ildə 50 milyon dollar qoyaraq növbəti tikintiyə başladı. Ancaq Nisanovla aralarında problem yarandı. Hacıyev layihədə yaşayış sahəsinin daha çox olmasına çalışırdı, Nisanov isə kommersiya üçün daha geniş ərazi əldə etmək istəyirdi.

Amerika nəşri deyir ki, o vaxt Rusiya mətbuatı yazırdı ki, Nisanov cənab Hacıyevin üstünə silahlı banda göndərib. Ölümlə təhdid edilən cənab Hacıyev və onun ailəsi Almaniyaya qaçmağa məcbur olub.

İndi isə o, Almaniya üzərindən Rusiyada yarımçıq qalan işlərini yekunlaşdırmağa çalışır…

https://www.forbes.com/sites/mfonobongnsehe/2019/12/01/azerbaijani-construction-titan-makes-infrastructure-and-renewables-push-in-africa/#6d1e035e7ec1






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi