xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Prezident Qaradağda açılışda - Fotolar 
  • 15:46 – Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi - SƏRƏNCAM 
  • 14:37 – Vladimir Putin İlham Əliyevə zəng etdi - Razılıq əldə olundu 
  • 14:33 – Prezidentdən Əziz Səncər ilə bağlı SƏRƏNCAM 

Türkiyə terrordan təmizlənən Suriya ərazilərində ali təhsil imkanı yaradır

27-11-2019, 11:52 49 dəfə baxılıb

Türkiyə terrordan təmizlənən Suriya ərazilərində ali təhsil imkanı yaradır


Qaziantep Universiteti terrordan təmizlənən bölgələrdə fakültələr açaraq, təhsili yarımçıq qalmış suriyalılara ali təhsil almaq imkanı verir.
Qaziantep Universiteti "Fırat Qalxanı” və "Zeytun Budağı” əməliyyatları nəticəsində terrordan təmizlənən Əl-Bab, Aazaz, Afrin və Cerablus şəhərlərində fakültələr açıb.

Afrin Təhsil Fakültəsinin araşdırma mütəxəssisi Xəlil İbrahim İlgi Anadolu Agentliyinin müxbirinə verdiyi açıqlamasında bildirib ki, prezident sərəncamı ilə Cerablusda bir peşə məktəbi, Afrin Təhsil Fakültəsi, Aazazda İlahiyyat Fakültəsi və Əl-Babda İqtisadiyyat və İdarəetmə Fakültəsi açılıb. O qeyd edib ki, qəbul edilən tələbələr xarici tələbələr üçün universitetlərə qəbul imtahanından (YÖS) keçiblər: "Bu imtahanda 3 min tələbə iştirak edib. Burada 3 proqram var. İbtidai sinif müəllimliyi, psixoloq-konsultant və türk dili bölümləri. Hər proqramdan 40 tələbəmiz var”.

X.İ.İlgi müharibə şəraitində həyatın normal vəziyyətə qayıtmasının ən böyük göstəricilərindən biri olaraq ali təhsilə başlanılmasını vurğulayıb.
Daha oncə Hələb Universitetinin tələbəsi olan afrinli Raman Cəfər təhsil məsələlərində problemlər yaşayan afrinli tələbələrə dəstək verdiyi üçün Gaziantep Universitetinin rəhbərliyinə təşəkkür edib. O, Afrindəki bir çox tələbənin gələcəyini itirməmək üçün bu addımı səbirsizliklə gözlədiyini vurğulayıb.

Şərqi Qutadan köçdükdən sonra Afrində sığınacaq tapan Gada Şaminin sözlərinə görə, Dəməşqdəki Dimaşk Universitetinin 3-cü kurs tələbəsi ikən mühasirə və məcburi köç səbəbi ilə universiteti bitirə bilməyib. Suriyada beynəlxalq səviyyədə tanınan diplom verən universitet tapa bilmədiyini qeyd edən Şami, Qaziantep Universitetinin açılmasının çox gözəl bir fürsət olduğunu deyib. O, hazırda ibtidai sinif müəllimliyi üzrə təhsil aldığını diqqətə çatdırıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi