xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Prezident Qaradağda açılışda - Fotolar 
  • 15:46 – Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi - SƏRƏNCAM 
  • 14:37 – Vladimir Putin İlham Əliyevə zəng etdi - Razılıq əldə olundu 
  • 14:33 – Prezidentdən Əziz Səncər ilə bağlı SƏRƏNCAM 

Türkiyə şokda - Daha bir ailə intihar etdi

15-11-2019, 15:17 40 dəfə baxılıb

Türkiyə şokda - Daha bir ailə intihar etdi

Türkiyədə daha bir ailə sianid maddəsinin qurbanı olub.

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, İstanbulun Bakırköy rayonunda 1-i uşaq olmaqla 3 nəfər evdə ölü şəkildə tapılıb. Ölənlərin ər-arvadla uşaqları olduğu məlum olub.

Hadisə yerinə gələn tibb işçiləri ailənin sianid adlı zəhərli maddəni içərək öldüklərini müəyyənləşdiriblər.

Polis əməkdaşları xüsusi geyimlərlə binanı və ətraf bölgəni yoxlamağa başlayıblar. Həmin binada zəhərli maddənin olub- olmadığını müəyyənləşdirmək üçün Afyonkarahisar Kimyəvi Bioloji Radioloji Nüvə Təhdidləri bölməsinin əməkdaşları hadisə yerinə dəvət ediliblər. Bina sakinləri təxliyyə edilib, küçədə hərəkət məhdudlaşdırılıb.

Qeyd edək ki, noyabr ayı ərzində Türkiyədə iki ailə sianid içərək canlarına qəsd edib. Bunlar eyni anda intihar edən 4 bacı-qardaş və daha bir 4 nəfərlik (ata, ana və iki uşaq) ailədir.


Türkiyə şokda - Daha bir ailə intihar etdiTürkiyə şokda - Daha bir ailə intihar etdi






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi