xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

Türkiyədəki dəhşətli zəlzələnin yeni görüntüləri üzə çıxdı - VİDEO

27-02-2023, 13:28 21 dəfə baxılıb

Türkiyədəki dəhşətli zəlzələnin yeni görüntüləri üzə çıxdı - VİDEO


Türkiyədə fevralın 6-da Kahramanmaraş rayonunnda baş verən və Malatyada da dağıntı və tələfata səbəb olan zəlzələnin yeni görüntüləri yayılıb.

Türkiyə mətbuatı xəbər verir ki, zəlzələ anı Malatyada təhülkəsizlik kameralarına düşüb.

Görüntülərdə yeni məscidin, böyük otelin və binalardan birinin uçması öz əksini tapıb.
Digər tərəfdən görüntülərdə ikinci zəlzələdə dağıntılar altında xilasetmə tədbirləri, insanların qorxaraq qaçması və bir-birlərini qucaqlaması da yer alıb.

Videoda həmçinin “Yeni Malatyaspor” futbol klunun qapıcısı Əhməd Eyüp Türkaslanın qaldığı otelin uçması da görünür.

Qeyd edək ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.

Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 9 000-dən çox afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.

Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb olub. Türkiyənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub. Zəlzələ nəticəsində 44 mindən çox insan həlak olub.

Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi