xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 21:55 – Prezident Almaniyadadır - Fotolar+Yenilənib 
  • 12:20 – İlham Əliyev Fələstinin Baş nazirini qəbul etdi 
  • 15:09 – Prezidentin maşınında selfi çəkdi - Foto 
  • 11:07 – Azərbaycan Prezidenti Ukrayna ilə bağlı mövqeyini açıqladı 

Azərbaycanlı gənc ABŞ-da Vladimir Pozneri susdurdu – VİDEO

28-10-2019, 12:36 44 dəfə baxılıb

Azərbaycanlı gənc ABŞ-da Vladimir Pozneri susdurdu – VİDEO

ABŞ-ın Kaliforniya ştatında rusiyalı məşhur telejurnalist, ermənipərəst mövqeyi ilə seçilən Vladimir Poznerlə təşkil edilən görüş zamanı jurnalist azərbaycanlı Arzu Məmmədovanın sualı qarşısında çətin vəziyyətə düşüb.

“Report” xəbər verir ki, xanım Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən olduğunu, ölkəmizdə bir çox xalqların sülh və əmin-amanlıq şəraitində yaşadığını və İsrail vətəndaşlarına qarşı ayrıseçkiliyin olmadığını söyləyib.

Arzu bildirib ki, Vladimir Pozner kimi səviyyəli jurnalist qərəzsiz olmalıdır.

“Dağlıq Qarabağ Ermənistanın rəsmi olaraq işğal etdiyi ərazidir. İşğal olunmuş Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad edilməsini tələb edən bir sıra BMT qətnamələri var. Dünyanın heç bir ölkəsi, o cümlədən Ermənistan da Dağlıq Qarabağı müstəqil kimi tanımır “.

A. Məmmədova Dağlıq Qarabağda azərbaycanlıların və ermənilərin illərdir birgə yaşadıqlarını qeyd edərək, Bakının mərkəzində hələ də erməni kilsəsinin olduğunu diqqətə çatdırıb.

“Siz Ermənistanı dəstəkləməklə qadın və uşaq qatillərini alqışlayırsınız və bununla da minlərlə azərbaycanlıya, məcburi köçkünlərə, o cümlədən mənə və ailəmə qarşı ayrıseçkilik edirsiniz. Söz azadlığı ilə nifrət hissi arasındakı xətt haradan keçir?”.

Vladimir Pozner A. Məmmədovanın sualları qarşısında aciz qalaraq “Dağlıq Qarabağ Ermənistanın rəsmi olaraq tanıdığı ərazidir” dediyi zaman A. Məmmədova onun sözünü kəsərək, Dağlıq Qarabağın rəsmi şəkildə Azərbaycan respublikasının tərkibində olan ərazi olduğunu vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Temmuz 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
 Valyuta məzənnəsi