xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

“Sabah məktəbə getməliyəm...” - VİDEO

9-02-2023, 13:32 20 dəfə baxılıb

“Sabah məktəbə getməliyəm...” - VİDEO


Türkiyədə zəlzələ nəticəsində dağıntılar altında qalan şəxslərin xilas edilməsi ilə bağlı axtarışlar davam etdirilir.

Qafqazinfo xəbər verir ki, zəlzələdən əziyyət çəkən bölgələrdə 60 saatdan çox müddətdən sonra dağıntılar altından körpə və azyaşlı uşaqlar xilas edilib.

Məlumata görə, Kahramanmaraşın Elbistan bölgəsində 65 saat sonra bir ana 4 və 6 yaşlı 2 qızı ilə birlikdə dağılan binanın altından xilas edilib.
Kahramanmaraşta 71 saat sonra xilas edilən azyaşlılardan biri də Ahmet Eren adlı uşaq olub. Xəstəxanaya aparılan Ahmet Eren tibbi personala “Sabah məktəbə getməliyəm” deməsi ilə sosial şəbəkələrdə gündəm olub.

Hatayda isə Macarıstandan gələn xilasetmə qrupu 1 yaş 5 aylıq uşağı ağıntılar altından xilas edib. Hatayın Kırıkhan bölgəsində 65 saat sonra xilas edilənlər arasında 13 yaşlı bir uşaq da olub. Bununla yanaşı, Kırıkhanda 68 saat sonra 3-ü uşaq olmaqla 6 nəfər xilas edilib.

Adıyamanda isə 67 saat sonra 6 və 8 yaşlı iki bacı xilas edilərək dağıntılar altından çıxarılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi