xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:26 – İlham Əliyevin Paşinyanla görüşü keçirilir - Yenilənib - Fotolar 
  • 12:06 – Prezidentlə xanımını alqışlarla qarşıladılar 
  • 09:20 – İlham Əliyev: Dünyada Qarabağın bərpasında Azərbaycana ilk kömək edən ölkə Özbəkistandır 
  • 14:49 – Azərbaycanın “C6” formatında iştirakı... - Prezidentdən MÜHÜM AÇIQLAMA 

"Şahid"in nə olduğunu biləndə şoka düşdük - Ekspert

24-10-2022, 11:03 38 dəfə baxılıb

"Şahid"in nə olduğunu biləndə şoka düşdük - Ekspert


Hələ tam olaraq hazırlanıb istifadəyə verilməyən "Qarlista" ilə İranın “Şahid-136” kamikadze dronlarını müqayisə etmək olmaz.

Axar.az xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Sergey Qrabski deyib.

"Onları "Şahid"lə müqayisə etmək sadəcə olaraq düzgün olmazdı. Çünki onların fəaliyyət prinsipi fərqlidir. “Qarlitsa” kamikadze deyil, müəyyən miqdarda döyüş sursatını uzaq məsafəyə çatdıra bilən pilotsuz təyyarədir. Onun nə qədər döyüş sursatı daşıya biləcəyi isə iş tamamlanmadığı üçün tam məlum deyil", - o bildirib.

O qeyd edib ki, "Şahid" tamamilə fərqli silah növüdür:

"Bu, kustar şəraitdə hazırlana bilən terror silahıdır. Mən və həmkarlarım onun nədən ibarət olduğunu ayırd edəndə əvvəlcə şok vəziyyəti yarandı. Onlar bununla bizi qorxutmaq istəyirlər? "Şahid" kustar silahın əksidir, eyni zamanda çox yüksək terror təhlükəsi var. Ona görə də onları bizim “Qarlista"la, hətta "Akıncı", "Qızılalma" və ya "Bayraktar TB2” ilə müqayisə etmək qəbuledilməzdir. Ukrayna "Şahid"in istehsal olunduğu və saxlandığı yerlərin məhv edilməsi məsələsini nəzərdən keçirməlidir. Bunun üçün bizə yeni nəsil pilotsuz təyyarələr lazım olacaq”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ağustos 2026    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
 Valyuta məzənnəsi