xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 17:37 – 2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib 

Ukraynadakı müharibənin taleyini dəyişəcək addım - ABŞ generalları açıqladı

16-06-2022, 11:52 45 dəfə baxılıb

Ukraynadakı müharibənin taleyini dəyişəcək addım - ABŞ generalları açıqladı


ABŞ raket atıcı sistemi olan HIMARS-ı təlim keçmiş personalı ilə birlikdə iyun ayının sonuna qədər Ukraynaya daşınacağını açıqlayıb.

“Bunu ABŞ Müdafiə naziri Lloyd Ostin və Baş Qərargah rəisi general Mark Milley keçirdikləri birgə mətbuat konfransında deyib.

Ostinin sözlərinə görə, ABŞ-ın Ukraynaya veriləcək 1 mlrd dollarlıq silah yardımı paketinə çoxlüləli reaktiv yaylım atəşi (MRLS) sursatları, 18 ədəd M777 tipli haubitsa və onları yedəkləyən taktiki maşınlar, 36 min ədəd 155 millimetrlik haubitsa mərmiləri, 2 sahil Harpoon müdafiə sistemi minlərlə radio, gec görmə cihazları, termal cihazlar və digər optik avadanlıqlar daxildir.

“Biz koordinasiya və əməkdaşlığı dərinləşdirəcəyik və hamımızı qoruyan qaydalara əsaslanan beynəlxalq nizamın müdafiəsini davam etdirəcəyik”, - Ostin vurğulayıb.

Baş qərargah rəisi Milley isə deyib ki, HIMARS-lar 70 kilometrlik məsafədə olan hədəfləri dəqiqliklə sıradan çıxara bilir.

Milley ABŞ və müttəfiqlərinin HIMARS üçün 60 ukraynalı, M777 haubitsaları, zirehli personal daşıyıcıları və pilotsuz uçuş sistemləri üçün isə 420 ukraynalı personala təlim keçdiyini açıqlayıb. Milley bundan əlavə olaraq Ukraynaya 97 min tank əleyhinə sistem təqdim etdiyini də bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi